Xəbərlər

Regionlarda ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici tədbirlər davam edir

28 Fevral 2025, 17:32

 
Regionlarda yaşayan əhalinin ekoloji məsuliyyət hissinin artırılması, təbiətin qorunması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi, xüsusən də gənc nəsildə davamlı həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

Növbəti görüşlər zamanı mütəxəssislər tərəfindən Ağcabədi rayon S. Hüseynov adına Xocavənd kənd 1 nömrəli tam orta məktəbin, İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin, Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbin, Füzuli rayon B.Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbin şagirdlərinə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması və s. sahələrdə ətraflı məlumatlar verilib, müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.