“Bir ağac - min nəfəs”
24 Noyabr 2022, 15:00
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 26 noyabr 2022-ci il tarixində saat 16:00-da Əhmədli qəsəbəsində Bravo hipermarketin qarşısında ağac tinglərinin paylanılması aksiyası keçiriləcək.
Tullantıları tinglərə dəyişin:- plastik (ümumi tutumu minimum 10 litr);
- şüşə (ümumi tutumu minimum 5 litr);
- kağız;
- və ya işlənmiş batareya (minimum 3 ədəd) tullantılarını təhvil verərək əvəzində ting əldə edin.
Hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.
Ünvan: Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 4 - Bravo Əhmədli