Xəbərlər


Dekabrın 9-da oduncağın tədarük olunduğu ərazilər

10 Dekabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 9 dekabr 2021-ci il tarixində ümumilikdə 289 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, İsmayıllı rayonu üzrə 80 m3, Şabranda 65 m3, Zaqatalada 30 m3, Balakəndə 24 m3, Lənkəranda 15 m3, Ağcabədidə 22 m3, Bərdədə 21 m3, Göygöldə 32 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.