Xəbərlər


Dekabrın 8-də oduncağın tədarük olunduğu ərazilər

09 Dekabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 8 dekabr 2021-ci il tarixində ümumilikdə 189 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Şabran rayonu üzrə 15 m3, Lerikdə 20 m3, Lənkəranda 31 m3, Zaqatalada 29 m3, Bərdədə 4 m3, Göygöldə 8 m3, Qaxda 82 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.