Dekabrın 10-da oduncağın tədarük olunduğu ərazilər
11 Dekabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 10 dekabr 2021-ci il tarixində ümumilikdə 253 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, İsmayıllı rayonu üzrə 70 m3, Zaqatalada 17 m3, Lənkəranda 7 m3, Lerik 13 m3, Şabranda 70 m3, Xaçmazda 64 m3, Göygöldə 12 m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.