Xəbərlər


Dekabrın 7-də oduncağın tədarük olunduğu ərazilər

08 Dekabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 7 dekabr 2021-ci il tarixində ümumilikdə 161 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Balakən rayonu üzrə 65 m3, Lerikdə 10 m3, Lənkəranda 25 m3, Şabranda 15 m3, Bərdədə 14 m3, Ağdaşda 4 m3, Göygöldə 8 m3, İsmayıllıda 20 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.