Dekabrın 6-da oduncağın tədarük olunduğu ərazilər
07 Dekabr 2021, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Ölkə üzrə 6 dekabr 2021-ci il tarixində ümumilikdə 350 m3 həcmində oduncaq tədarük olunub.
Belə ki, Göygöl rayonu üzrə 10 m3, Ağdaşda 4 m3, Bərdədə 7 m3, Xaçmazda 86 m3, Zaqatalada 35 m3, Balakəndə 48 m3, Şabranda 20m3, Lerikdə 75m3, Astarada 65m3 həcmində oduncaq tədarük olunub.
Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.