Xəbərlər


Ov qaydalarını pozan şəxslər cəzalandırılıb

06 Dekabr 2021, 11:20

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun “Sadıqlı” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. 
 
Araşdırma zamanı brakonyerin Qazax rayon sakini Natiq Qurbanov olduğu məlum olub. 
 
Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində isə ova cəhd edən Tovuz rayon sakinləri Samir Süleymanov və İsmayıl Abbasov saxlanılıb. 
 
Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.