5 iyul - Şirvan Milli Parkının yaranması günüdür
05 İyul 2021, 09:00
Şirvan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında yaradılmışdır.
Rast gəlinən bitki növləri: Xəzər sarıbaşı (Kalidium caspicum), Xəzər şahsevdisi (Halostachus caspica), iydə ağacı, kol çərəni (Suaeda dendroides), qarağan (Salsla dendroides), Şoviç yovşanı (Artemisia Szovitsiana), budaqlı qışotu (Petrosimonia brachiata), ətli şoranqə (Salsola crass), ətirli yovşan və s.
Rast gəlinən heyvan növləri: su-bataqlıq quşları, canavar, çaqqal, dovşan, ərəb dovşanı, ilan və s.
”Qırmızı kitab”a daxil olan növləri: ceyran, qamışlıq pişiyi, adi flaminqo, bəzgək və s.