Xəbərlər


“Planetimizi Sağaldaq” uşaqlar üçün rəsm müsabiqəsinin qalibləri elan olunub

10 İyun 2021, 17:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı ə və BMTİP Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş rəsm müsabiqəsinin qaliblərini elan ediblər.
 
Müsabiqədə 7-12 yaş arası 200-ə yaxın uşaq iştirak edib və ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatın zənginləşdirilməsində öz yaradıcı töhfəsini verib.
 
İnkişaf və ətraf mühit üzrə ekspertlərdən ibarət münsiflər heyəti bütün əl işlərini qiymətləndirib. Ən yaxşı 6 əl işinə isə kitab mağazasından hədiyyə kartları, sertifikatlar və rəsm dəstləri təqdim olunub. 
 
7-9 yaş kateqoriyası üzrə qaliblər:
1-ci yer - Kövsər Qurban (7 yaş)
2-ci yer – Xədicə Əzimli (8 yaş) 
3-cü yer - Könül Məmmədova (9 yaş)
 
10-12 yaş kateqoriyası üzrə qaliblər:
1-ci yer - Aylin Əliyeva (10 yaş)
2-ci yer - Sehri Zeynalabdinova (12 yaş)
3-cü yer - Mehriban İmamverdiyeva (11 yaş)
 
Bundan əlavə, 44 uşağa nailiyyət sertifikatları, təqdirnamələr, eləcə də rəsm dəstləri verilib.
 
Bütün qalibləri və iştirakçıları təbrik edirik!