Ov mövsümü açıq elan edilir
07 Oktyabr 2026
Müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir (cədvəl əlavə edilir).
Ov həyata keçirən şəxslər müəyyən edilmiş müddət və normalara, eləcə də ovla bağlı digər qanunvericilik tələblərinə riayət etməlidirlər.
Ov icazələrinin əldə edilməsi və ov qaydaları ilə bağlı əlavə məlumat almaq üçün vətəndaşlar aidiyyəti Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müraciət edə bilərlər.
|
Ov obyekti olan vəhşi heyvan və quş növü |
Ovlanma müddəti
|
Adambaşına 1 dəfəlik norma
|
|
Qaban (Çöl dönuzu) |
10 oktyabr 2026-cı il – 27 dekabr 2026-cı il |
1 baş (3 nəfərdən az olmayan qrup ovçulara) |
|
Dovşan |
13 noyabr 2026-cı il – 10 yanvar 2027-ci il |
2 baş |
|
Cüllüt (ağquyruq çökükdimdik, çığırqan çökükdimdik, kiçik əyridimdik, böyük əyridimdik, böyük oxcüllüt, sağsağan cüllüt, qırmızıdöş qumluq cüllütü, yoğundimdik (iridimdik) bozca, kəkilli cüllüt, çöl haçaquyruğu, adi bizdimdik istisna olmaqla) |
10 oktyabr 2026-cı il – 22 noyabr 2026-cı il |
4 ədəd |
|
Qaz (ağqaş və qırmızı döş qaz istisna olmaqla) |
10 oktyabr 2026-cı il – 28 fevral 2027-ci il |
1 ədəd |
|
Ördək (ağgöz dalğıc, göydimdik, qılquyruq, qırmızıbaş dalğıc, uzunquyruq ördək və mərmər cürə istisna olmaqla) |
10 oktyabr 2026-cı il – 28 fevral 2027-ci il |
3 ədəd
|
|
Qaşqaldaq |
10 oktyabr 2026-cı il – 28 fevral 2027-ci il |
3 ədəd
|
|
Bildirçin |
10 oktyabr 2026-cı il – 22 noyabr 2026-cı il |
4 ədəd |
|
Göyərçin (alabaxtadan başqa) |
10 oktyabr 2026-cı il – 22 noyabr 2026-cı il |
4 ədəd |