Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
YERALTI SULAR
YERALTI ŞIRIN SULAR. Respublikada su
ehtiyatlarının qeyri-bərabər paylanması
və məhdud ehtiyatlara malik olması səbəbindən
iqtisadiyyatın, ilk növbədə kənd
təsərrüfatının inkişafında
yaratdığı məhdudiyyətləri, əhalinin
su təchizatında mövcud olan ciddi problemləri
aradan qaldırmaq məqsədi ilə hidrogeoloji
tədqiqatlar əsasən yeraltı suların
ehtiyatlarının müəyyənləşdirilməsi,
bu ehtiyatlardan istifadə imkanlarının araşdırılmasına
yönəldilmişdir.
Yeraltı su yataqlarının kəşfiyyatı,
ehtiyatların hesablanması və istifadə
imkanlarının müəyyənləşdirilməsinə
dövlət standartları və normativ təlabatlar
nəzərə alınmaqla yeraltı suların
əlverişli toplanma şəraitinə malik
düzənlik və dağətəyi bölgələrdə
əhatəli geoloji-kəşfiyyat işləri
aparılmışdır.
Müxtəlif illərdə Naxçıvan, Gəncə,
Xankəndi, Yevlax, Ucar, Ağdaş, Göyçay,
Qazax, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz,
Ağdam, Şamaxı, Beyləqan, Imişli,
Füzuli, Zəngilan, Cəbrayıl, Ağsu, Şuşa,
Xocavənd, Hadrut rayonlarının yaşayış
məntəqələrinin, sənaye obyektlərinin
su təchizatı məqsədi ilə yeraltı
suların kəşfiyyatı aparılmış,
ehtiyatları təsdiq edilmişdir.
Bakı şəhəri və Abşeron yarımadasının
su təchizatı problemlərinin həll edilməsi
məqsədi ilə uzun illər ərzində
III Bakı su kəməri ilə əlaqədar
Samur-Vəlvələçay düzənliyinin
yeraltı sularının dəqiq kəşfiyyatı
aparılmış, ehtiyatları təsdiq edilmişdir.
Böyük miqdarda yeraltı su götürülməsinin
ətraf mühitə, ilk növbədə meşə
örtüyünə təsirini öyrənmək
üçün Azərbaycan Respublikası Elmlər
Akademiyası ilə birlikdə Xaçmaz rayonu
ərazisində xüsusi təcrübə sahəsində
unikal tədqiqatlar aparılmış və neqativ
təsirin olmaması müəyyən edilmişdir.
Azərbaycan Respublikasının
şirin (1,0 q/l-dək) və az minerallaşmaya
(1-3 q/l) malik yeraltı sularının istismar
ehtiyatları
Sıra
N-si
Regionlar
Yeraltı
suların istismar ehtiyatları, min m3/gün
Cəmi
Aprobasiya
olunmuşdur
Cəmi
1
2
3
4
5
I.
Dağətəyi və düzənlik bölgələr
1
Samur-Dəvəçi düzənliyi
1686,1
-
1686,1
2
Şəki-Zaqatala düzənliyi
2000,0
-
2000,0
3
Gəncə-Qazax düzənliyi
447,4
3771,2
4218,6
4
Qarabağ-Mil düzənliyi
665,8
1565,7
2231,5
5
Cəbrayıl düzənliyi
234,6
-
234,6
6
Naxçıvan düzənliyi
902,2
-
902,2
7
Şirvan düzənliyi
158,7
359,0
517,7
8
Muğan-Səlyan düzənliyi
76,0
-
76,0
9
Lənkəran düzənliyi
86,0
-
86,0
10
Abşeron yarımadası
0,3
-
0,3
11
Böyük Qafqaz
17,7
-
17,7
12
Kiçik Qafqaz
74,6
-
74,6
13
Naxçıvanın dağlıq
hissəsi
24,3
-
24,3
14
Şamaxı-Qobustan bölgəsi
9,8
-
9,8
CƏMİ
6383,5
5695,9
12079,4
Bakı şəhəri və Abşeron
yarımadasının alternativ su təchizatı
mənbəyi kimi Alazan-Əyriçay vadisində,
Oğuz və Qəbələ rayonları ərazisində
hidrogeoloji tədqiqatlar nəticəsində saniyədə
15 m3 miqdarında yeraltı su götürülməsinin
mümkünlüyü araşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab
I.Əliyevin Bakı, Sumqayıt və Abşeron
yarımadasının digər yaşayış
məntəqələrinin əhalisinin ekoloji
təmiz içməli suya olan tələbatının
yaxşılaşdırılması barədə
tapşırığını yerinə yetirmək
üçün "Azərsu" SC-nin sifarişi ilə
2005-ci ildə Oğuz-Qəbələ sahəsində
yeraltı suların kəşfiyyatı aparılmış,
saniyədə 5 m3 miqdarında yeraltı su götürülməsinin
mümkünlüyü müəyyən edilmişdir.
Yeraltı sulardan suvarmada istifadə edilməsi
imkanlarını araşdırmaq üçün
respublikanın müxtəlif regionlarında əhatəli
tədqiqatlar aparılmış və təkliflər
verilmişdir. Bu tədqiqatların nəticələri
əsasında 70-ci illərdən başlayaraq
respublika ərazisində 15 mindən çox su
istismar quyusu qazılmışdır.
Yeraltı sulardan suvarmada istifadə edilməsi
imkanlarının müəyyənləşdirilməsi
respublika ərazisinin hidrogeoloji-meliorativ şəraitinin
tədqiqi ilə müşayiət olunmuşdur.