Iqlimi. Xəzər dənizinin iqlimini təyin eden əsas faktorlar bunlardır: dənizin coğrafi vəziyyəti, atmosfer sirkulyasiyalarının xarakteri, ətraf quru ərazilərin təsiri (şərqdə - Aral – Xəzər ovalığı, qərbdə - Qafqaz dağları) və dənizin müxtəlif hissələri arasında su mübadilələrii. Xəzər dənizi iqliminin əsas xarakterik cəhəti bunlardır: antitsiklonlu hava şəraitinin üstünlük təşkil etməsi, il boyu temperaturun kəskin dəyişmələri, Şimali Xəzərdə qışın soyuq və küləkli, Cənubi Xəzərdə isə isti olması və yayın bütün Xəzər üzrə isti, quru və sakit olmasıdır.
Qışda dəniz üzərində temperatur sahəsi xeyli qeyri bircinslidir, şimal hissədə hər yerdə temperaturlar mənfidir. Şaxtalar oktyabr-mart aylarında müşahidə edilir, yanvar – fevral aylarının temperaturu sahildə -7°C -11°C , dənizdə isə - 4°C, -7°C təşkil edir.
Orta Xəzərdə qış yumşaq keçir, yanvar və fevral aylarında orta aylıq hava temperaturu şimal - şərqdə -3°C-dən cənub şərqdə 3 - 4°C - ə qədər dəyişir, şaxtalar yanvar–fevral aylarında olur.
Cənubi Xəzərdə yanvar ayının orta temperaturu şimal-şərqdə 3°C-dən cənubda 8 -12°C - qədər dəyişir.
Yay aylarında Xəzər dənizi üzərində tropik hava kütlələri hakimdir və burada dayanıqlı quru, isti və zəif küləkli hava uzun müddət qala bilir.
Iyul və avqust aylarının orta aylıq temperaturlar dənizin şimali hissəsində 22,3 °C orta hissəsində 24,13°C cənub hissəsində 25 - 27°C , şimal- şərqdə 29°C-ə qədər enir.

Xəzər dənizi üzərində hava temperaturunun aylar üzrə dəyişmələri:
1 – Şimali, 2 – Orta, 3 – Cənubi, 4 – bütün Xəzər dənizi üzrə
Külək rejimi. Xəzər dənizinin müxtəlif rayonlarında küləyin gücü qeyri bircinslidir. Ən sürətli küləklər (tufanlar) Abşeron, Maxaçqala və Manqışlaq ərazilərində müşahidə edilir.
Abşeron dəniz rayonunda “Bakı nordu” (yerli adı “Xəzri”) adlanan küləyin sürəti 30 m/s - dən də çox olur, davam etmə müddəti isə 10 saatdan artıqdır. Dənizin və ətraf ərazilərinin qeyri bərabər qızması və soyuması nəticəsində, xüsusilə, onun cənub hissəsində musson və briz küləkləri də müşahidə edilir. Həmcinin Orta və Cənubi Xəzərın qərb sahillərində, dağların sahilə yaxın ərazilərində, Qafqaz dağlarından əsən fen küləkləri də mövcuddur. Şimali Xəzərdə ilin soyuq aylarinda əsasən şərq və cənub - şərq küləkləri əsir. Ilin isti vaxtlarında isə şimal - şərq küləkləri üstündürlər, şərq, qərb və şimal-qərb küləklərinin ehtimalları eynidir.
Sürəti 30 m/s böyük küləklər əsasən şimal-qərb istiqamətlidir. Il ərzində tufanlı günlərin sayı isə 25 - 30 gün təşkil edir.
Sürəti 15 m/s böyük olan küləklər əsasən şərq və cənub - şərq istiqamətlidirlər. Zəif küləklərin (< 6 m/s) təkrarlanması yayda 60%, digər vaxtlarda isə 40 - 45% təşkil edir.
Orta Xəzərin qərb sahillərində bütün il ərzində əsasən şimal-qərb və cənub - şərq istiqamətli küləklər hakimdirlər. Güclü küləklər Abşeron (40 m/s-ə qədər) və Maxaçqala (35 m/s - ə qədər) əraziləri üçün xarakterik olub, müvafiq olaraq əsasən şimal, şimal - qərb və cənub - şərq və cənub - qərb istiqamətlidir.
Qərb sahillərində tufanlı günlərin orta sayı il ərzində 70 gün, davametmə müddətləri isə bir neçə günə çatır.
Orta Xəzərin şərq sahillərində ilin soyuq vaxtlarında əsasən şərq, isti vaxtlarda isə şimal - qərb və qərb küləkləri hakimdirlər. Burada sürəti 30 m/s - ə qədər olan küləklər Fort - Şefçenko və Qara – Boğaz - Qol körfəzi ərazisində müşahidə edilir, istiqamətləri isə əsasən şərq və cənub - şərq, davametmə müddətləri isə 20 - 24 saata qədər təşkil edir.
Orta Xəzərdə zəif küləklərin (< 6m/s) təkrarlanması payızda və qışda 40%, yazda, yayda isə 55% təşkil edir.
Cənubi Xəzərdə il ərzində qərb sahillərində şimal və şimal-şərq küləkləri, soyuq aylarında isə bəzən cənub və şərq küləkləri hakimdirlər. Il ərzində tufanlı küləklərin sayı orta hesabla 12 gün təşkil edir. Şərq sahillərdə soyuq aylarda şərq və şimal - şərq, isti aylarda isə şimal - qərb küləkləri üstünlük təşkil edirlər. Burada tufanlı küləklər əsasən yazda və yayın əvvəllərində ildə orta hesabla 20 - 40 gün təşkil edir.
Cənubi Xəzərdə zəif küləklərin (< 6 m/s) təkrarlanması payız və qış aylarında 44%, yaz və yayda isə 60% təşkil edir.
Xəzər dənizində külək sürətinin aylar üzrə dəyişmələri:
1 – Şimali, 2 – Orta, 3 – Cənubi, 4 – bütün Xəzər dənizi üzrə
Xəzər dənizində tufanlı (sürəti 15 m/s- dən böyük) küləkli günlərin illik sayları
|