Xəzər dənizinin fiziki - coğrafi xarakteristikası. Xəzər dənizi yer kürəsində ən böyük qapalı su hövzəsidir. Dünya okeanında təcrid edilmiş Xəzərdə bütün yer kürəsində olan göllərdəki suların 45 faizə qədəri toplanmişdir.
Xəzər dənizi Avropa və Asya qitələrinin sərhəddində 45°07' və 36°33' şimal enlikləri, 46°43' və 54° 30' şərq uzunluqları arasında yerləşmiş və okean səviyyəsindən hal – hazırda (2007 – ci il) 27.00 - m aşağıdadır.
Meridian boyu dənizin uzunluğu 1200 km, orta eni 325 km, sahəsi 392 min kv km, suyunun həcmi 79 min kub km, orta dərinliyi 207 m və ən dərin yeri isə 1025 m –dir.
Fiziki-coğrafi, dibinin relyefi və sahillərinin morfoloji xüsusiyyətlərinə görə Xəzər dənizi 3 hissəyə bölünür. Şimali Xəzər, Orta Xəzər və Cənubi Xəzər. Xəzər dənizinə həm dəniz (ölçülərinin böyük olması, hidrometeoroloci xüsusiyyətləri, suyunun kimyəvi tərkibi, və s.) həm də göl (okeanlarla birbaşa əlaqəsi olmayıb, onlardan min km – lərlə məsafədə yerləşməsi və s.) xüsusiyyətləri məxsusdur
Xəzər dənizi sahilində 5 dövlət yerləşmişdir: Azərbaycan Respublikasi, Qazaxstan Respublikası, Iran Islam Respublikası, Rusiya Federasiyası və Türkmənstan Respublikası. Dövlətlər arasında sahil xəttinin uzunluğu (səviyyənin – 27.00 m BS qiymətində) aşağıdakı kimidir: Azərbaycan – 850 km, Qazaxstan – 2350 km, Iran – 900 km, Rusiya – 1000 km, Türkmənistan – 1200 km. Xəzər dənizində ümumi sahəsi 2 min kv km olan 50 ada yerləşmişdir.

Xəzər dənizinin fiziki – coğrafi vəziyyəti
I – Şimali Xəzər, II – Orta Xəzər, III – Cənubi Xəzər
Xəzər dənizininin əsas morfometrik xarakteristikaları
| Morfometrik xüsusiyyətlər |
Dənizin hissələri |
Tam dəniz |
Şimali |
Orta |
Cənubi |
Meridian üzrə uzunluq. km |
| Orta |
250 |
481 |
204 |
935 |
| Ən böyük |
307 |
605 |
417 |
1296 |
Paralel üzrə eni. km |
| Orta |
530 |
259 |
450 |
327 |
| Ən böyük |
624 |
341 |
481 |
624 |
| Ən kiçik |
202 |
194 |
337 |
194 |
Sahil xəttinin uzunluğu. km |
| Adalarsız |
2452 |
2152 |
2200 |
6804 |
| Adalar |
302 |
72 |
400 |
774 |
| Ümumi |
2754 |
2224 |
2600 |
7578 |
| Sahil xəttinin girintili-çxıntısı |
2,02 |
1,55 |
1,60 |
1,62 |
Sahəsi. km2 |
| Akvatoriya |
17188 |
154106 |
150818 |
422112 |
| Adalar |
732 |
123 |
1334 |
2189 |
| Ümumi |
117920 |
154229 |
152152 |
424301 |
Dərinlik |
| Orta |
6,1 |
170 |
334 |
184 |
| Ən böyük |
15,2 |
768 |
1025 |
945 |
| Həçm. km3 |
714 |
26351 |
50462 |
77527 |
|