Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Ekoloji təbliğat / Mətbuatla iş

Mətbuatla İş sektoru haqqında məlumat

Mətbuatla İş sektoru KİV-lərlə əlaqəni yaratmaq və Nazirliyin fəaliyyəti barədə onlara daha dolğun və keyfiyyətli məlumatın verilməsi məqsədi ilə təsis olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən  onun tabeli qurumlarının fəaliyyətinə dair ictimaiyyəti maraqlandıran məlumatların onlara çatdırılması kimi mühüm və məsuliyyətli  işi Mətbuatla İş sektoru yerinə yetirir. Burada məqsəd əhaliyə düzgün ekoloji məlumatların çatdırılması, ekoloji maarifləndirmə və ekoloji təbliğat işlərinin düzgün təşkil olunmasıdır.

KİV nümayəndələrinin ətraf mühitin mühafizəsi, meşələrin qorunması, respublikamızın ekoloji durumu, bioloji müxtəlifliyin inkişafı, su bioresurslarının artırılması, qlobal ekoloji problemlərlə bağlı sorğularını cavablandırmaq, mütəxəssislərlə, cavabdeh şəxslərlə müsahibələrin, televiziya çəkilişlərinin  təşkili də sektorun fəaliyyətinin əsas istiqamətlərinə daxildir.

Sektor Nazirliyin qurumlarından daxil olmuş məlumatları mütəmadi olaraq press-reliz şəklinə salaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında (www.eco.gov.az) yerləşdirir ki, bu da mətbuat işçilərinin, eləcə də maraqlananların həm işini yüngülləşdirir, həm də onların operativ şəkildə məlumat almasını təmin etmiş olur.

Mətbuatla İş sektoru ilə əlaqə

Telefon:    (+99412) 432-41-52
Faks:         (+99412) 432-41-52 
E-mail:       ekologiya.nazirliyi@gmail.com




17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü
11/01/2012. İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
06/01/2012. İranda 5 bal gücündə zəlzələ olub
05/01/2012. Braziliyada daşqınlar 8 nəfərin həyatına son qoyub












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com