Ekologiya və Təbii Sərvətlər Nazirliyi


AZ EN

Saytın xəritəsi  Ana səhifə  Saytın yenidən yüklənməsi   2010-cu il Azərbaycanda "Ekologiya ili"dir.


<<    >>




19/03/2010. Bu il quş qripi birinci dəfə ruminiyada qeydə alinmişdir
17/03/2010. Leysan yağışlar ABŞ-ı dərdə salıb
16/03/2010. Çili yenə yeraltı təkanların hədəfinə çevrildi
15/03/2010. Külək və yağış 450 min amerikalını işıqsız qoyub
09/03/2010. Türkiyə zəlzələdən sarsıldı: 57 ölü, 50 yaralı

 Bizə yazın











Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti
Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu

Əlaqələr

Ünvan: Az1008, Azərbaycan,
Bakı, Dəmirçizadə küç., 16
Tel.: (99412) 496 2280;
Tel/Fax: (99412) 496 3037;
E-mail: azfiri@azeurotel.com; m.akhundov@azeurotel.com

Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu (AzərETBTİ) 1912-ci ildə yaradılmışdır və tarixən Azərbaycanda ilk elmi mərkəz olmuşdur. A.N.Dercavin tərəfindən yaradılan və rəhbərlik edilən bu ilk elmi-tədqiqat mərkəzi Bakı İxtioloji Laboratoriyası adını almışdır. 2012-ci ilin Noyabr ayında AzərETBTİ-nin 100-illiyi tamam olacaq. İnstitut fəaliyyətdə olduğu müddətdə tarixi və şərəfli bir yol keçmişdir. AzərETBTİ-nin keçdiyi tarixi inkişaf yolunu aşağıdakı dövrlərə bölmək olar:
1. Bakı İxtioloji Laboratoriyasının əsasının qoyulması və onun formalaşması dövrü (1912-1922-ci illər);
2. Cənubi Xəzərdə balıqçılıq təsərrüfatı tədqiqatlarının intensiv inkişafı və Bakı İxtioloji Laboratoriyasının yenidən təşkili dövrü (1922-1940-cı illər);
3. Bakı İxtioloji Laboratoriyasının fəaliyyətinin İkinci Dünya Müharibəsi dövrü (1941-1945-ci illər);
4. Mərkəzi Elmi-Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun (METNBTİ) tərkibində Azərbaycan filialı olduğu dövr (1954-1989-cu illər);
5. Xəzər Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutun (XəzərETBTİ, KaspNİRX) tərkibində Azərbaycan filialı olduğu dövr (1989-1992-ci illər);
6. Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu müstəqil statusun alması dövrü (1992-2001-ci illər);
7. 2001-ci il may tarixindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından sonra AzərETBTİ-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tərkibində olduğu müasir dövr.

İnstitutun apardığı tədqiqatlar əsasında Xəzər dənizinin qiymətli vətəgə balıqlarının ehtiyatının artırılması, mühafizəsi və səmərəli istifadə olunması istiqamətində bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir, o cümlədən: Xəzərdə yeni balıq ovu qaydaları, dənizdə nərəcinsli balıqların ovunun qadağan olunması, balıq ovu aparılan vaxtın və ərazilərin məhdudlaşdırılması, qiymətli balıqların limit əsasında ovlanması, su hövzələrinin çirkləndirilməsinin qarşısının alınması, dənizdə dayanan torlarla siyənək və digər balıqların ovunun dayandırılması, neft və qaz yataqlarının axtarışı məqsədilə partlayıcı maddələrdən istifadə olunmasının ləğv edilməsi və s.

Nərə cinsli balıqXəzər dənizində yaşayan nərə cinsli balıq ehtiyatının mütləq sayının müəyyən edilməsi, müxtəlif yaş qruplarında təbii yolla məhv olma əmsallarının təyin edilməsi balıqçılıq tədqiqatları tarixində ilk dəfə olaraq İnstitut tərəfindən aparılmışdır. Uzunburun balığının timsalında nərə cinsli balıqların ehtiyatının hesablanması üzrə İnstitut əməkdaşlarının işləyib hazırladıqları və bu gün də öz əhəmiyyətini itirməyən orijinal metod klassik tədqiqatlar nümunəsi kimi təkrar nəşr olunmuşdur və bütün Xəzəryanı dövlətlər tərəfindən istifadə olunur. İnstitutun apardığı tədqiqatlarda qızılbalıq, nərə və çəki cinsli balıqların süni artırılması üzrə metodların işlənib hazırlanması həmişə diqqət mərkəzində olmuş və bu sahədə metodiki vəsaitlər nəşr olunmuşdur. Eləcə də əmtəə balıqçılığı üzrə təcrübələrin aparılması, tez böyüyən yeni hibrid formaların alınması və onların təsərrüfat miqyasında yetişdirilməsinin biotexnologiyasının hazırlanması İnstitutun fəaliyyəti sayəsində mümkün olmuşdur.
AzərETBTİ ətraf mühitin və su bioresursların vəziyyətinin tədqiqatları üzrə ixtisaslaşır:

  • Nərə cinsli balıqların ovlanmasının tənzimlənməsi və onların ehtiyatının qiymətləndirilməsi;
  • Vətəgə ixtiologiyası;
  • Balıq ehtiyatlarının artırılması;
  • Əmtəə balıqçılığı;
  • Balıqların (nərəkimilər, çəkikimilər, siyənəklər) yem bazasının qiymətləndirilməsi (makrozoobentos, plankton) və qidalanması;
  • Su orqanizmlərinin yaşayış şəraitinin hidrokimyası;
  • Hidrobiontların ekotoksikoloji testləşdirilməsi;
  • Xəzər hövzəsində nərəkimilərin, kilkələrin və başqa vətəgə əhəmiyyətli obyektlərin bioloji müxtəlifliyinin qorunması və vətəgə ehtiyatlarının bərpası çərçivəsində aparılan Xəzər dənizinin Su Bioresursları Komissiyasının işində iştirakı.

Tədqiqat gəmisiAzərETBTİ-nin personalı yüksək ixtisaslı, Xəzərin Azərbaycan sektorunda müxtəlif ekoloji layihələrində iştirak etmiş və kifayət qədər beynəlxalq iş təcrübəsinə malik olan ixtioloq, hidrobioloq, kimyaçı və toksikoloq alim-mütəxəssislərdən ibarətdir. Su bioloji resursların öyrənilməsi həm çöl (dəniz, daxili hövzələr), həm də laboratoriya şəraitində həyata keçirilir.

Tədqiqat işləri həmçinin İnstitutun Yalama-6 (Yalama-Xudat zonası) və Nərimanabad-2 (Sara yarımadası) məntəqələrində yerləşən sahil müşahidə stansiyalarında aparılır. AzərETBTİ-nin dənizdə tədqiqat işləri aparmaq üçün cihaz və kompüterlərlə təchiz edilmiş laboratoriyaları (hidrobioloji, hidrokimyəvi, meteoroloji) və dəniz nümunələrini götürmək üçün (dərinlik 1000 m-ə qədər) tələb olunan bütün avadanlığı olan «Əlif Hacıyev» elmi-tədqiqat gəmisi (DGPS, exolot, sonar) vardır. «Əlif Hacıyev», nərə cinsli balıqların (ixtioloji) tral çəkilişlərini aparmaq imkanına malik olan yeganə Azərbaycan elmi-tədqiqat gəmisidir.

İnstitutun elmi-tədqiqat işlərinin əsas həcmi dənizdə və ya çöl şəraitində yerinə yetirilir. 

İnstitutda aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri bunlardır:

  • Xəzərin Azərbaycan sektorunda mühüm vətəgə balıqlarının (nərə cinsli, qızıl balıq, çəki cinsli və siyənəkkimilər) ehtiyatının vəziyyəti və onların mümkün olan ovu barədə proqnozların işlənib hazırlanması;
  • Kür çayında nərə cinsli və digər balıqların təbii çoxalmasının müasir vəziyyəti və onların yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Atma və dayanan torlar vasitəsilə siyənək və çəki cinsli balıqların ovu zamanı tora düşən nərə cinsli balıqların, xüsusən onların körpələrinin hesabının aparılması və bu sahədə əməli təkliflərin hazırlanması;
  • Kür çayında, Kürağzı ərazidə, eləcə də Orta Xəzərin qərb sahillərində   balıqların yem  bazasının  vəziyyətinin qiymətləndirilməsi, onları yaxşılaşdırmaq istiqamətində əməli təkliflərin hazırlanması;
  • Orta və Cənubi Xəzərin biotopuna antropogen amillərin təsiri şəraitində trofik strukturun formalaşdırılmasının qiymətləndirilməsi, yeni sakinlərinin təsir xüsusiyyətlərinin öyrənilməsi, Xəzər dənizi biosenozunun yaxşılaşdırmaq istiqamətində əməli təkliflərin və tədbirlərin işlənib hazırlanması;
  • Qiymətli vətəgə balıqlarının süni artırılması biotexnologiyasının təkmilləşdirilməsi və yenidən işlənməsi,  süni nərə balıqartırma zavodlarının səmərəliliyini yüksəltmək üzrə tədbirlərin işlənib hazırlanması;
  • Nəsli kəsilmək təhlükəsində olan qiymətli balıqların (kür qızılbalığı, qaya balığı) ehtiyatının bərpa olunması üzrə tədbirlərin hazırlanması.

1992-ci ildən başlayaraq Azərbaycan Respublikası Xəzər dənizinin bioloji resursları üzrə Komissiyasının işində iştirak edir. Komissiyada Xəzəryanı ölkələr arasında Xəzər bioresurslarının (o cümlədən, nərəkimilərin) Ümumi Yol Verilən Ovlanma Həddi (ÜYVOH) razılaşdırılır. AzərETBTİ, nərə cinsli balıqların ehtiyatının qiymətləndirilməsi və ovlanmasının tənzimlənməsi üzrə həvalə olunmuş dövlət strukturudur. AzərETBTİ Xəzəryanı ölkələrin dövlətlərarası proqramı çərçivəsində nərə cinsli balıqların və kilkələrin vətəgə ovlanmasının analizinin, yayılmasının, miqdarının, populyasiyaların keyfiyyət tərkibinin qiymətləndirilməsini aparır, həmçinin ÜYVOH təyin edir. 1992-ci ildən başlayaraq AzərETBTİ tərəfindən göstərilən istiqamətlərdə aparılan tədqiqat işlərinin nəticələri hər il dövlətlərarası Xəzər dənizi Su Bioresursları Komissiyasına təqdim olunur, nərə balıqlarının ovu üzrə Azərbaycan Respublikasına ayrılan kvotanın həcmi müəyyən olunarkən bu tədqiqatlar əsas götürülür və Xəzərdə nərə balıqları ehtiyatının formalaşmasında ölkəmizin xidmətləri nəzərə alınır. AzərETBTİ tərəfindən Komissiyanın işi çərçivəsində dəniz bioresurslarının davamlı istifadə edilməsi, qorunması və birgə idarə edilməsi üçün Xəzəryanı ölkələrin Regional Proqramı üzrə tədbirlər planı yerinə yetirilir.
AzərETBTİ –nin göstərdiyi xidmətlər aşağıdakılardır:

  • Balıq ehtiyatlarına vurulmuş ziyanın qiymətləndirilməsi;
  • Dənizdə ətraf mühitin kompleks monitorinqinin aparılması;
  • Dənizin bioloji məhsuldarlığının formalaşdırılmasını səciyyələndirən ətraf mühitin abiotik (hidroloji və hidrokimyəvi) göstəricilərinin təhlili;
  • İxtiofaunanın, bentos makrofaunasının və zooplanktonun taksonomiyasının analizi;
  • Orta və Cənubi Xəzərdə mnemiopsis populyasiyasının monitorinqi və onun dəniz biotasına təsirinin qiymətləndirilməsi;
  • Biota birliklərinin ekoloji qiymətləndirilməsi, ekosistem analizi;
  • Dəniz orqanizmləri üzərində sənaye-kimyəvi reagentlərin bioloji testləşdirilməsi;
  • Heyvan toxumalarının patomorfoloji və ekotoksikoloji qiymətləndirilməsi;
  • Araz və Kür çaylarında nərə cinsli balıqların mümkün vətəgə qayıdışı miqdarının və təbii kürütökmənin səmərəliliyinin qiymətləndirilməsi;
  • Xəzərdəki bioloji obyektlərin vəziyyəti və digər ekoloji parametrlər üzrə informasiyalar şərhinin təqdim edilməsi;
  • Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ).

AzərETBTİ fəaliyyətinin son dövrü ərzində (1995-2006-cı illər) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AIOC, bp) çərçivəsində Xəzərdə neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsində ekoloji layihələri üzrə (Çıraq-1, AIOC, bp, 1995-1997; Talış-Dəniz və Lənkəran-Dəniz, 1998, TotalFina, ELF; İnam, 1998-1999, bp, AETC; Kürdaşı, 1998-1999, Agip, AETC; Dan ulduzu-Əşrəfi, 1999, NAOC; Oğuz, 1999, Exxon, AETC; Azəri-Çıraq-Günəşli, 2000, bp, Dames & More; Naxçıvan, 2000, Exxon, AETC; Yanan Tava – Atəşgah – Muğan Dəniz, 2000, ACEP, CAOC; Kürsəngi, 2000, Salian-oil, Dames & More; D-222, Yalama, 2002, LUKOİL; Qoşa qardaş, 2004, bp, AETC; Alov, 2004, bp, AETC; Zığ-Hövsan, Rosneft-ACEP, 2007; D-222, Yalama, 2007-2008, LUKOİL; Sənqaçal buxtasının ixtiofaunası, monitorinq, 1998-2008, ERT, Akvamilyo Caspian, bp), dəniz bioresurslarına zərərin ekspert qiymətləndirilməsinə cəlb olunur. AzərETBTİ texniki əməkdaşlıq, idarəetmə, balıq (nərə) təsərrüfatının dayanıqlı inkişafı.

Xəzərin bioloji müxtəlifliyinin və onun ekosisteminin invanziv növlərdən qorunması məsələlərini əhətə edən beynəlxalq təşkilatların (EU, TACIS, CEP-UNDP, FAO, Xəzər dənizinin Su Bioresursları Komissiyası) strateji və regional proqramlarında iştirak edir, o cümlədən: Xəzərin Trans-Diaqnostik Analizi (2000-2004, CEP-UNDP), Xəzərdə mnemiopsisin monitorinqi (2001-2004, CEP-UNDP), Xəzər üzrə Milli Fəaliyyət Planı (2004-2006, CEP-UNDP), Cənubi Xəzərdə Beroe Ovata və Mnemiopsis Leidyi monitorinqi (2005-2006, CEP-UNDP), Xəzərin bioloji müxtəlifliyi üzrə məlumat bazasının yaradılması (2006-2007, CEP-UNDP). 

Balıqçılıq sahəsinə aid yeganə İnstitut kimi AzərETBTİ özünün illik, beşillik elmi-tədqiqat işlərinin planını və Elmi Şuranın tərkibini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırır. Hər il AzərETBTİ-nin elmi-tədqiqat işlərinin planı və Yekun Hesabatı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qeydiyyat Mərkəzi tərəfindən qəbul edilir və qeydiyyata alınır. AzərETBTİ-nin yerinə yetirdiyi elmi-tədqiqat işləri balıqçılıq üzrə beynəlxalq qurumlar tərəfindən (Xəzər dənizi Su Bioresursları Komissiyası, CITES, CEP-UNDP, AIOC və başqa  konsorsiumlar, bp və başqa neft şirkətləri) keyfiyyətinə, həcminə və mahiyyətinə görə şərhsiz qəbul olunub və həmişə yüksək qiymətləndirilib.

Elmi-Tədqiqat Balıqçılıq Təsərüffatı İnstitutunun Elmi Şurasının tərkibi

Soyadı, adı,
atasının adı

Elmi Şurada vəzifəsi

Elmi dərəcəsi
və elmi adı

İxtisas şifri və ixtisası

İş yeri və vəzifəsi

1

Axundov Mehman Maqsud oğlu

sədr

biol.e.d.,
professor

03.00.13 – insan və heyvan fiziologiyası

ETSN SHBRAMD, ET Balıqçılıq Təsərrüfatı İnstitutu, direktor

2

Zərbəliyeva Tamara Sultanovna

sədr müavini

biol.e.n.

03.00.18 – hidrobiologiya

ETSN SHBRAMD, ET Balıqçılıq Təsərrüfatı İnstitutu,  direktor müavini

3

Nadirov Səlamət Nurağa oğlu

elmi katib

biol.e.n.

03.00.16 – ekologiya

ETSN SHBRAMD, ET Balıqçılıq Təsərrüfatı İnstitutu, elmi katib

4

Bağırov Rauf Mömin oğlu

üzv

biol.e.d.

03.00.18 – hidrobiologiya

ETSN SHBRAMD, ET Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi

5

Hacıyev Rauf Vahid oğlu

üzv

biol.e.d.

03.00.08 – zoologiya;
03.00.13 – insan və heyvan fiziologiyası

ETSN, Su Hövzələ-rində Bioloji Resurs-ların Artırılması və Mühafizəsi Departa-menti, direktor

6

Qasımov Ağasadıq
Mirzağa oğlu

üzv

İxtioloq

ETSN, Su Hövzələ-rində Bioloji Resurs-ların Artırılması və Mühafizəsi Departa-menti, şöbə müdiri

7

Qasımov Rafiq
Yunis-Əli oğlu

üzv

biol.e.d.,
professor,
AMEA-nın müxbir üzvü

03.00.13 – insan və heyvan fiziologiyası

AMEA Fiziologiya İnstitutu, laboratoriya müdiri

8

Məmmədli Tariyel
Feyruz oğlu

üzv

İxtioloq

ETSN, Su Hövzələ-rində Bioloji Resurs-ların Artırılması və Mühafizəsi Departa-menti, baş məsləhətçi

9

Məmmədov Çingiz
Ağamusa oğlu

üzv

biol.e.n.

03.00.10 – İxtiologiya

ETSN SHBRAMD, ET Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi

10

Palatnikov Qriqoriy Mixayloviç

üzv

biol.e.n.

03.00.13 – insan və heyvan fiziologiyası

AMEA Fiziologiya İnstitutu, böyük elmi işçi

11

Süleymanov Süleyman
Şakir oğlu

üzv

biol.e.n.,
dosent

03.00.08 – zoologiya

ETSN SHBRAMD,  ET Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi






Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda


Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com
Ambien US, Vicodin, Xanax US, Darvon Uk, Propecia Uk, Adderall US, Ritalin US, Soma US, Tramadol UK, Valium, Valtrex US, Carisoprodol, Lafayette Louisiana Travel, Ambien Hallucinations, La Times Travel, RPGs, La Times Travel Section, Buy Vicodin, Vicodin Vicodin, Buy Vicodin Without A Prescription, Ambien Withdrawal, Hotels, Corticosteroids Ambien, Ambien Maximum Dosage, Parental Control, La Quinta Travel, Business Formation, Ambien Suicide, Ambien Alcohol, Ambien Qvar, Ladies Travel Hats, Discount Ambien, Lafayette Travel Agencies, Student Loans, Ambien Cr And Weight Gain, La Times Travel Show, Dating, Ambien Cr Overdose, 90 Ambien, Ambien Online Consultation, Study Abroad, TV, Vicodin Without Prescription, Toys, Ambien Buy Online, Ladakh Tour Travel, Buy Tramadol, Long Term Effects Of Ambien, Business, Music, Generic Ambien, Ladakh Monastery Package Travel, La Fiesta Travel Mexico, Side Effects Of Ambien, Buy Ambien Online, Auto Leases, Cooking, Make Vicodin, La Travel Information, Ambien And Hair Loss, Ambien Without A Prescription, Generic Ambien Without A Prescription, Homes For Sale, Ambien Cr Info, Society, Vicodin, Ladakh Travel Agents, Vicodin Without Rx, Ambien Buy Online With Presription, Ambien Affects Prostate, La Travel Guide, No Prescription Ambien, Ladakh Tour And Travel, Cars, Vicodin Withdrawl, Vicodin No Prescription, Ambien Free Consultation, Lady Golf Travel Bag, Buy Ambien Online Fast, Personal Injury, La Limousine Travel, Darvocet Vs Vicodin, Help For Ambien Addiction, Ambien For Sale, Vitamins, Lachine Travel, Drug Interaction Between Morphine And Ambien, Vicodin Facts, Ambien And Class Action Law Suit, Ambien Interactions, Lafayette Travel Cruise, Lacrosse Travel Teams, Ladakh Travelogue, Ambien Long Term Use Dangerous, Taking Ambien And Motrin, Ambien Lunesta, La Times Travel Expo, Ambien Latest Side Effects, Where Can I Purchase Vicodin Online, Education. Gemgle Search.Download Movie To Save A Life.Buy Movie Alice In Wonderland.Buy Movie My Name Is Khan.Movie The Bounty Hunter. 1992 Movie Quentin Tarantino, Movie Reviews For 21, New Movies December 2008, Movie Captivity 2007, 1996 Demi Moore Movie, Top 20 2009 Movies, Movie 2004 Hotel Rwanda, Holocaust Movies 2009, Massage Table Accesories, 1920 Movie Theaters Built, Highest Grossing Movie 1996, Space 1999 Movies, Barely 18 Movies, Makerefmovie 2.0, Movies In 1990, Movies Romantic Comedy 2007, Movie New Releases 2008, Century 16 Movie, Summer Movies 2000, Hitman 2007 Download Movie, Dale Earnhart, Uk 2007 Movie Websites, Movie Simpson Suspect 2008, Mattt Damon Movie 2009, Premonition 2007 Movie, 2009 Released Movies, 1900 2000 Movie Stars, Movie Maverick 1994, Movies 14 Times, 1980 S Flamenco Movies, Movie 1995 Nude Kidnapped, Waitress Movie Film 2007, 1987 Operatic Movie, November 2009 Movie Release, Best Movies Of 1997, Woodbury 10 Movies, Movie Conspiracy 2008, September 2007 Movie Releases, 1999 Mcconaughey Movie, 1980 Dom Deluise Movie, Movie Gallery Close 2009, Moviemonster 15 Min Free