Hidrometeoroloj Proqnozlar Bürosunun (HPB) əsas funksiyaları ölkə ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində atmosferin yüksək təbəqələri də daxil olmaqla hidrometeoroloji hadisələri və prosesləri öyrənmək, alınmış məlumatları təhlil etmək və proqnozlaşdırmaqdır.
Büroda ölkənin 7 bölgəsi üzrə sutkalıq, sonrakı iki günlük, həftəlik proqnozlar, Xəzər dənizinin 6 rayonu üzrə sutkalıq və sonrakı 2 günlük proqnozlar, hidroloji proqnozlar və aylıq proqnozlar tərtib edilir.
HPB dövlət orqanlarını (hüquq-mühafizə, müdafiə strukturları, nəqliyyat, Xəzər dəniz gəmiçiliyi, Xəzər dəniz neft donanması, neft sənayesi, energetika, su təsərrüfatı, tikinti, kənd təsərrüfatı və s.) hidrometeoroloji məlumatlarla, təhlükəli atmosfer hadisələri haqqında xəbərdarlıqlarla, meteoroloji və hidroloji proqnozlarla, iqlim xarakteristikaları ilə təmin edir.
Əhalini gündəlik proqnoz və xəbərdarlıqlarla məlumatlandırılması HPB tərəfindən kütləvi informasiya - televiziya-radio və mətbuat vasitəsilə həyata keçirilir. Eyni zamanda, ayrı-ayrı təşkilatlar üçün xüsusiləşdirilmiş proqnozlarla həmin sahədə vacib olan meteoroloji elementlər daha geniş işıqlandırılır.
Hidrometeorologiya üzrə beynəlxalq təcrübə öyrənilir və ondan geniş şəkildə istifadə olunur.
Artıq bəllidir ki, dünya iqtisadiyyatı iqlim və hava şəraitinə daha çox həssas olur. Hidrometeoroloci hadisələr insanların təhlükəsizliyinə, qida və su ehtiyatlarına, əmlakına, ümumiyyətlə həyatın bütün sahələrinə və eləcə də dayanıqlı inkişafa öz təsirini göstərir. İqlimdə baş verən dəyişmələr təbii ki, iqtisadi və sosial itkilərə gətirib çıxarır və gələcəkdə bu itkilərin miqyasının daha da artacağı gözlənilir.
Belə ki, ölkədə təbii fəlakətlər nətijəsində baş verə biləjək itkilərin minimuma endirilməsi, fəsadların yüngülləşdirilməsi, həmçinin fövqəladə ekoloji vəziyyətlə bağlı fəlakətlərin qarşısının alınması üçün Hidrometeoroloji proqnozların rolu böyükdür.
Ölkə hidrometeoroloqları Respublika ərazisinin, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin hidrometeoroloji rejimini, iqlim xüsusiyyətlərini öyrənmək üçün müşahidələrin nəticələrini araşdıraraq, Respublika ərazisində, atmosferin yüksək təbəqələri də daxil olmaqla hidrometeoroloji hadisələr və prosesləri öyrənib, təhlil edib və proqnozlaşdıraraq, əhalini, dövlət orqanlarını, iqtisadiyyatın ayrı-ayrı sahələrini (kənd təsərrüfatı, tikinti, aviasiya, gəmiçilik, energetika və s.) hidrometeoroloji, hidroloji proqnozlarla, təhlükəli atmosfer hadisələri haqqında xəbərdarlıqlarla təmin edərək ölkəmizin dayanıqlı inkişafı naminə öz töhvəsini verməyə çalışırlar.
Büroda aşağıdakı növdə hidrometeoroloji proqnozlar tərtib edilir:
-
Respublikanın 7 bölgəsi və Bakı şəhəri üzrə qısamüddətli (sutkalıq) və ortamüddətli (2 sutkalıq) hava proqnozlar
-
Respublikanın 7 bölgəsi və Bakı şəhəri üzrə gözlənilən aylıq hava proqnozu
-
Xəzər dənizinin 6 akvatoriyası üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli (48, 72 saat) dəniz hidrometeoroloji proqnozlar
-
Böyük su anbarlarına tranzit çaylardan gözlənilən axım proqnozu
-
Kür çayının aşağı hissəsinə 2 və 3 günlük səviyyə proqnozu
-
Çaylarda gözlənilən sululuğa dair ongünlük proqnoz
-
Çaylarda gözlənilən sululuğa dair aylıq proqnoz
-
Böyük su anbarlarına gözlənilən axıma dair rüblük proqnoz
-
Yaz-yay gursululuğu dövrü çaylarda gözləninlən sululuğa dair proqnoz
-
Vegetasiya dövrü çaylarda gözləninlən sululuğa dair proqnoz
-
Ölkənin 37 şəhəri üzrə verilən qısamüddətli hava proqnozları
-
Gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barəsində xəbərdarlıqlar
Hidrometeoroloji Proqnozlar Bürosu
«TÜRKMETJAP» kompleksi
|