Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Hidrometeorologiya / İqlim Dəyişmələri və Ozon Mərkəzi

OZON QATININ QORUNMASI SAHƏSİNDƏ
EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN FƏALİYYƏTİ

Milli Hidrometeorologiya Departamentinin
İqlim Dəyişmələri və Ozon Mərkəzi haqqında Ə S A S N A M Ə

Yerin bütün biosferindən və insanın özünün gələcəyindən söhbət gedəndə onların qorunması və insanın zəruri yaşayış şərtlərinin inkişafı prioritet məsələ olmalıdır.

1950-ci illərdən başdayaraq kimya sənayesinin inkişafı ilə atmosferdə ozondağıdıcı maddələrin (ODM) miqdarı artmağa başlamışdır. Atmosferdə ODM-in artması Günəşdən gələn ultrabənövşəyi şüaları udan, onların Yer səthinə çatmasına mane olan ozon qatınıın seyrəlməsinə gətirib çıxarmışdır.

Ozon qatının dağılması flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də  insan və heyvanların immun sisteminin zəifləməsinə gətirib çıxarır.

Stratosferdə ozonun ümumi miqdarının çox  olması həyat üçün nə qədər səmərəli hesab olunursa troposferdə ozonun miqdarının artması  canlı  orqanizm üçün zərərlidir.   

Stratosfer ozonunun miqdarının azalması təxminən 1970-ci ildən başlayaraq müşahidə olunurdu. Antarktika üzərində ozon təbəqəsində əmələ gələn ozon qatının çox aşağı konsentrasiyalı zonasının ölçüləri keçən əsrin 90-cı illərində Afrika qitəsinin sahəsinə bərabər olmuşdur.

Ozon qatının dağılmasının qarşısını almaq məqsədilə 1985-ci ildə «Ozon qatının mühafizəsi haqqında» Vyana Konvensiyası qəbul edildi.

1987-ci ilin sentyabr ayında Monreal şəhərində qəbul edilmiş ozon qatını dağıdan maddələr haqqında Protokola ozon qatını dağıdan maddələrin istehsal və istifadəsinin mərhələlər üzrə azaldılmasının kompleks qrafiki, eləcə də həmin maddələrin istehsal, ixrac və idxalının tənzimlənməsi tədbirləri daxil edilmişdir.

Azərbaycan Respublikası ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır. Keçid dövrünün maliyyə çətinliklərinə baxmayaraq bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması sahəsində müvafiq işlər görülmüşdür.

Azərbaycan Respublikası müstəqil bir dövlət kimi ekoloji problemi həll edən ozon qatının mühafizəsi haqqında Vyana Konvensiyasını (1985), Monreal Protokolunu (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərini ratifikasiya etmişdir.

Konvensiya, Protokol və düzəlişlər ratifikasiya edildikdən sonra Azərbaycan Respublikası tərəfindən ozon qatının dağılmasına qarşı mübarizə strategiyası hazırlanmışdır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən həmin strategiyanı rəhbər tutaraq bütün işlərini onun əsasında həyata keçirilir.

Strategiyada ən ümdə vəzifələrdən biri Monreal Protokolunun Əlavə A siyahısına daxil edilmiş ODM-in ölkəyə idxalının dayandırılması idi. Məsələnin həll edilməsi üçün həmin maddələrlə  işləyən texnologiyalar alternativ maddələrlə işləyən texnologiyalarla əvəz edilməli idi. Beynəlxalq təşkilatların maddi və texniki yardımı ilə texnologiyalar dəyişdirildi.

Bu tədbirlər həyata keçirildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 12 sentyabr 2005-cı il tarixli “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların düvriyyəsinin tənzimlənməsi sahəsində əlavə  tədbirlər haqqında” Fərmanı ilə təsdiq edilmiş Qaydalarda ODM-in dövriyyəsinə xüsusi icazə verən icra orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi təyin edildikdən sonra Protokolun A Əlavəsinə daxil olan maddələrin ölkəyə idxalı tamamilə dayandırıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalanmış 29 mart 2006-cı il tarixli “Ozondağıdıcı maddələrin idxal və ixracı  sahəsində dövlət tənzimlənməsi barədə” Fərmanı əsasında Protokolun digər əlavələrinə daxil olan ozondağıdıcı maddələrin ölkəyə gətirilməsinin tənzimlənməsi üzərində işlər davam etdirilir. Belə ki, 2010-cu ildən Əlavə 3 maddələrinin mərhələlərlə azaldılmsı istiqamətində kvotaların müəyyən edilməsi üçün Ozon Katibliyi  ilə məsləhətləşmələr aparılır. Hidroflüorkarbonların ölkədə miqdarının təyin edilməsi üçün 2008-ci ilin iş planında inventarlaşdırmanın aparılması nəzərdə tutulmuşdur. Həmin maddələri böyük miqdarda işlədən müəssisə və şirkətlər təyin edildikdən sonra texnologiyaların qrafiklə müəyyən edilmiş müddətdə istifadədən çıxarılması məsələri həll ediləcəkdir. Azərbaycan Respublikası ozon sahəsində qarşısında duran bütün vəzifələri yerinə yetirəcək və gələcəkdə nəzərdə tutulan tədbirlərdə aktiv iştirak etməklə problemin ümumbəşəri həllinə öz töhfəsini verəcəkdir.

Milli Hidrometeorologiya Departamentinin
İqlim Dəyişmələri və Ozon Mərkəzi haqqında Ə S A S N A M Ə




17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü
11/01/2012. İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
06/01/2012. İranda 5 bal gücündə zəlzələ olub
05/01/2012. Braziliyada daşqınlar 8 nəfərin həyatına son qoyub












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com