Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07

Son 5 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən büdcə vəsaiti hesabına nəqliyyat vasitələrinin alınması barədə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2005-2010-cu illərdə büdcə vəsaiti hesabına heç bir nəqliyyat vasitəsi alınmamışdır. Bu illər ərzində Nazirliyə yalnız büdcədənkənar vəsaitlər hesabına alınan və Nazirlər Kabineti tərəfindən ayrılan minik avtomobilləri daxil olmuşdur:
1. 2006-cı ildə Bakı şəhərində keçirilən dövlət əhəmiyyətli tədbirdə iştirak edən qonaqlara xidmət göstərilməsi üçün Nazirlər Kabinetinin aldığı BMW-730Li markalı avtomobillər sonradan nazirlər və komitə sədrlərinə xidməti avtomobil kimi istifadəyə verilmişdir. NK-nın 2006-cı il 10 iyul tarixli 200-8 sm nömrəli Sərəncamına əsasən bu maşınlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirinin istifadəsi üçün ayrılmışdır. Bundan əvvəl isə, 2001-ci ildə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılan müddətdən Nazirin xidməti istifadəsində  əvvəllər Ticarət Nazirliyinin balansından İqtisadi İnkişaf  Nazirliyinin, daha sonra ETSN-nin balansına  keçmiş 1994-cü il istehsalı olan “Peugeot-605” markalı minik avtomobili olmuşdur. Hazırda bu maşın istifadəyə yararsız vəziyyətdədir və  Nazirliyin avtomobil dayanacağında saxlanılır.
2.  Nazir müavinlərinin hazırda xidməti istifadəsində olan avtomobillər də büdcə vəsaiti hesabına alınmamışdır. Belə ki, Firdovsi Əliyev nazir müavini təyin olunan zaman Milli Hidrometeorologiya Departamentinin istifadəsində olmuş “Nissan Maxima” markalı avtomobil (hidrometeorologiya xidmətlərindən əldə olunan vəsait hesabına alınmışdır) onun xidməti istifadəsinə verilmişdir. Bu avtomobilin buraxılış ili  2003-cü il, qiyməti 28159 manatdır (əlavə 5069 manat ƏDV büdcəyə ödənilmişdir).
İkinci nazir müavini Novruz Quliyev təyin olunan zaman isə  Milli Geoloji Kəşfiyyat Xidmətinin istifadəsində olmuş, buraxılış ili 2006-cı il,  qiyməti 27941 manat (əlavə 5029 manat ƏDV büdcəyə ödənilmişdir) olan digər “Nissan Maxima” markalı maşın onun xidməti istifadəsinə verilmişdir.
Bir müddət bundan əvvəl elektron mətbuat orqanı tərəfindən ETSN-ə daxil olmuş sorğuya cavab olaraq Nazirliyin Maliyyə şöbəsi bildirmişdi ki, 2006-cı ildə Nazirlik bir UAZ 31159 markalı avtomobil satın almışdır. Araşdırma göstərdi ki, bu avtomobil də büdcə vəsaiti hesabına deyil, Ətraf Mühitin Mühafizəsi Dövlət Fondunun vəsaiti hesabına əldə edilmişdir. Avtomobilin alınmasına 10254 manat, ƏDV kimi büdcəyə 1846 manat vəsait ödənilmişdir. Həmin müddətdə Bakı bazarında bu markalı avtomobilin qiyməti sözügedən şirkətin təklif qiymətinə uyğun olmuşdur.
Avtomobil tender vasitəsilə alınmışdır və tenderdə 3 şirkət (“ALBA”LTD, “ALSU”MMC,“PM”MMC) iştirak etmişdir. İştirak edən hər üç şirkət ölkə qanunvericiliyinə müvafiq olaraq bütün aidiyyəti qurumlarda, o cümlədən Vergilər Nazirliyində qeydiyyatda olmuşdur. Həmin şirkətlərin VÖEN-ləri aşağıda göstərilib:

  • “ALBA” LTD - VÖEN 1300202121;
  • “ALSU” MMC - VÖEN 1300194451;
  • “PM” MMC - VÖEN 9900015671.

Tenderdə iştirak edən şirkətlərin rekvizitləri əks olunan sənədin skaner olunmuş surətini təqdim edirik:

Ümumiyyətlə, 2005-2010-cu illər ərzində ayrı-ayrı departamentlərin göstərdikləri xidmətlərdən Ətraf Mühitin Mühafizəsi Fonduna daxil olmuş vəsait hesabına bir neçə texnoloji avtomobil alınıb və əsasən ETSN-nin çöl işləri ilə məşğul olan qurumlarına verilib.
Bir qayda olaraq böyük şirkətlərlə rəqabətə dözmək üçün Rusiya istehsalı olan avtomobil bazarında kiçik şirkətlər nisbətən ucuz qiymətlər təklif etməli olur. Alıcılar, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi də Rusiya maşınlarının istismarında və təmiri məsələlərində qərb ölkələrinin avtomobillərinin satışında ixtisaslaşmış böyük satıcı şirkətlərdən asılı olmamaq üçün (Rusiya istehsalı olan avtomobillərə çoxsaylı xidmət məntəqələri mövcuddur və bu maşınlara xidmət satıcı şirkətə bağlı deyil) nisbətən ucuz qiymətə daha sərfəli qiymət təklif edən kiçik şirkətlərin xidmətlərindən istifadə edir.
Göründüyü kimi bu da təbiidir, yəni avtomobil alarkən alıcı (ETSN) şirkətin kiçik olduğu üçün gələcəkdə bağlana biləcəyini deyil, təklifinin sərfəliliyini əsas götürür.

ekoloji-ugurlar



04/05/2012. Türkiyədə 5,1 gücündə zəlzələ baş verib
25/04/2012. Yaponiyada 5,5 bal gücündə zəlzələ olub
20/04/2012. Türkiyədə 4,3 bal gücündə zəlzələ olub
12/04/2012. Meksikada 7 bal gücündə zəlzələ olub
03/04/2012. Meksikada 6,3 bal gücündə zəlzələ baş verib













Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com