1955-ci il təvəllüdlüdür.
1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub.
1983-85-ci illərdə Bakıda və Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub.
1998-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində Fulbrayt professoru vəzifəsində çalışıb.
1990-cı ildə SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.
1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb.
1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində çalışıb.
1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib.
2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib.
2001-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziridir.
2005-ci ildə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti seçilib.
E-mail: ekologiya.nazirliyi@gmail.com |