Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Meşələr / Elmi-Tədqiqat Meşəçilik İnstitutu

Azərbaycan Respublikası Elmi-Tədqiqat Meşəçilik İnstitutu

    Azərbaycan Elmi-tədqiqat Meşəçilik İnstitutu 1949-cu ildə yaradılmışdır. O, 1959-cu ilə qədər Mərdəkan qəsəbəsində yerləşmiş, sonra Bərdə şəhərinə köçürülmüş, 1988-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsinə qaytarılmışdır. 1990-1991-ci illərdə keçmiş SSRİ Dövlət Meşə Komitəsinin, 1992-ci ildən "Azərmeşə" İB-nin tabeliyində olmuşdur. 2002-ci ildən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir.
    İnstitut meşə təsərrüfatı və aqromeşəmeliorasiya sahəsində Respublikada tədqiqat işləri aparan yeganə elmi idarədir. Institutun əsas vəzifəsi meşələrin bərpası, tərkibinin yaxşılaşdırılması, meşə sərvətlərindən səmərəli istifadə edilməsi, meşəsiz torpaqlarda qoruyucu meşələr salınması tədbirlərinin elmi əsaslar üzərində qurulmasını təmin etməkdən ibarətdir.
    Onun funksiyasına layihə-axtarış işlərinin aparılması da daxil olmuşdur.
    İnstitutun əməkdaşları keçən dövr ərzində apardıqları tədqiqatların nəticəsi olaraq Azərbaycan Respublikası meşələrində meşənin bərpası üçün qırılması; meşələrdə qulluq qırmaları; meşələrin təbii bərpası; meşə əkinlərinin aparılması; azqiymətli meşələrin yenidən əkilməsi; kolxoz və sovxozlarda tarlaqoruyucu meşə zolaqlarının salınması; qərzəkli cinslərin sənaye plantasiyalarının salınması; meşələrin xəstəliklərdən və zərərvericilərdən qorunması, meşələrin susaxlayıcı-qoruyucu rolunun artırılması, meşə təsərrüfatı, meşə əkinləri və meşə sərvətlərindən istifadənin və meşənin bərpasının elmi əsasları, meşə təsərrüfatının proqnozlaşdırılması, əsas cinslərin həcm cədvəllərinin müxtəlif standartlarının hazırlanması və s. barədə 50-ə qədər qaydalar, əsasnamələr, təlimatlar və bundan başqa bir çox elmi cəhətdən əsaslandırılmış sənədlər işləyib hazırlamış və istifadə üçün meşə təsərrüfatına vermiş, 12 cild əsər, 4 monoqrafiya, 14 kitabça və yüzlərlə elmi məqalə çap etdirmişlər.
    İnstitutda 3 nəfər elmlər doktoru, 32 elmlər namizədi hazırlanmış, 7 nəfər keçmiş SSRİ-nin başqa şəhərlərinə məqsədli aspiranturaya göndərilmişdir.
    Hazırda institutda cəmi 44 nəfər işləyir, onlardan 5 nəfəri  elmlər namizədidir. İnstitutun hal-hazırda 1aspirant və 1disertantı var.




17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü
11/01/2012. İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
06/01/2012. İranda 5 bal gücündə zəlzələ olub
05/01/2012. Braziliyada daşqınlar 8 nəfərin həyatına son qoyub












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com