Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Kadrlarla İş / Görülən işlər

2010-cu il ərzində kadrlar və elm sahəsində görülən işlər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kadrlarla İş və Elm Şöbəsi 2010-cu ildə öz fəaliyyətini tərtib edilmiş iş planına, Nazirliyin və şöbənin Əsasnamələrinə, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinə və digər normativ–hüquqi sənədlərin tələblərinə uyğun olaraq həyata keçirmişdir.

Hal-hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qulluqçularının ştat sayı 877-dir; dövlət qulluğunda işləyənlərin sayı 722 nəfər, vakant yerlərin sayı isə 155-dir.

2010-cu il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının təşkil etdiyi müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçən 14 nəfər gənc mütəxəssis Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə vakant dövlət qulluğu vəzifələrinə stajçı, 4 nəfər daimi dövlət qulluğuna qəbul edilmiş, 3 nəfər dövlət qulluqçusu isə pensiya yaşına çatdığı üçün işdən çıxmış və dövlət qulluğu təqaüdü ilə təmin edilmişlər.

Qeyri-dövlət qulluğuna işə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun aparılır. Hal-hazırda Nazirliyin qeyri-dövlət qulluğu sistemində 8537 ştat sayı üzrə işləyənlərin sayı 7935 nəfərdir, vakant yerlərin sayı isə 602-dir.

İl ərzində sistem üzrə cəmi işə götürülənlərin sayı 1237 nəfər, işdən çıxanların sayı 767 nəfər olmuşdur (o cümlədən, vəzifələrinin icrasında buraxdıqları kobud səhvlərə görə “Əmək Məcəlləsi”nin və “Dövlət Qulluğu haqqında” Qanunun müvafiq maddələrinə əsasən işdən azad edilənlər – 20 nəfər). 2010-cu ildə Nazirliyin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin 4, 5, 6, 7 saylı Yaşıllaşdırma Müəssisələri fəaliyyətə başlamışdır.

Nazirliyin bütün dövlət qulluqçularının (ştat cədvəllərinə əsasən 877 nəfər) şəxsi işlərinin xüsusi kompüterlər sistemi vasitəsi ilə reyestrə salınması işi yekunlaşmışdır; dövlət qulluğu statusuna malik olan bütün təşkilatların strukturu, ştat cədvəli, işçilərin sayı barədə ətraflı məlumat mütəmadi olaraq hər ayın əvvəli Prezident Administrasiyasına və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına İnternet vasitəsi ilə göndərilir.

Bundan başqa, nazirliyin 6-cı və 9-cu təsnifatlar üzrə inzibati vəzifələrə dair vəzifə təlimatları sistemləşdirilərək dəyişikliklər aparılmaqla mütəmadi olaraq Komissiyaya təqdim edilir.

Hesabat dövrü ərzində xarici ölkələrdə keçirilən müxtəlif səviyyəli beynəlxalq iclas, görüş və toplantılarda, həmçinin konfrans, seminar və təlim kurslarında Nazirliyin 150-dən artıq əməkdaşı iştirak etmişdir.

Ekologiyanın müxtəlif sahələrində beynəlxalq təcrübə mübadiləsi aparmaq üçün Nazirliyin bir neçə əməkdaşı Rusiya, İsveçrə, Ukrayna, İsrail, Türkiyə, Gürcüstan, Almaniya və s. ölkələrə ezam olunmuşdur.

Şöbənin Kadr hazırlığı və elm sektoru mütəxəssıslərin ixtisasartırma işini əsasən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu vasitəsi ilə təmin edir. 2010–cu ildə İnstitut Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif şöbə və departament əməkdaşları üçün 11 seminar və 3 kurs keçirmişdir:

Sıra
№-si

Seminarın mövzusu

İnstitutun şöbəsi, departamentin adı

Keçirilmə yeri və tarixi

Dinləyici
lərin sayı

Seminarlar

1.

1. “Azərbaycan Respublikasının balıqçılıq əhəmiyyətli su obyektlərində məskunlaşan balıqlar haqqında”
2. “Ekoloji təhsil, ekoloji maarifləndirmə və ekoloji mədəniyyət ”

Bioloji Sərvətlər və Təbii ərazilər şöbəsi və ETSN-in Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti

Neftçala şəhəri, Xıllı Nərə Balıqartırma Zavodu 16-18 fevral

27 nəfər

2.

“Ətraf mühitin mühafizəsi və yerin təkindən istifadə”

Ekologiya və Ətraf Mühitin Mühafizəsi şöbəsi və ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti

Goranboy rayonu, 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 17-19 fevral

14 nəfər

3.

1. “Azərbaycan Respublikasının balıqçılıq əhəmiyyətli su obyektlərində məskunlaşan balıqlar haqqında”
2. “Ekoloji təhsil, ekoloji maarifləndirmə və ekoloji mədəniyyət ”

Bioloji Sərvətlər və Təbii ərazilər şöbəsi və ETSN-in Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti

Yevlax rayonu, Varvara Balıqartırma Zavodu 16-18 mart

10 nəfər

4.

1.“Geoloji-axtarış işlərində ətraf mühitə münasibət”
2.“Ekoloji maarifləndirmə və məlumatlandırılmanın gücləndirilməsi”

Geologiya şöbəsi və ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidməti

Bakı şəhəri, Biləcəri qəs., MGKX-nin bazası 13 aprel

25 nəfər

5.

1.“Etik davranış və peşə etikası”.
2.“Korrupsiyaya qarşı aparılan mübarizə haqqında”
3.“Regionlarda ekoloji təbliğat və maarifləndirmə-nin gücləndirilməsi haqqında”.
4.“Landşaft ekologiyası, yaşıllıqların mühafizəsi”

Ekologiya və Ətraf Mühitin Mühafizəsi şöbəsi və ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti

Xaçmaz rayonu, Xudat qəsəbəsi, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 15-16 aprel

18 nəfər

6.

1.“Yaşıllıqların və Torpaq ehtiyyatlarının mühafizəsi”
2.“Korrupsiyaya qarşı aparılan mübarizə haqqında”
3. “Etik davranış və peşə etikası”

Ekologiya və Ətraf Mühitin Mühafizəsi şöbəsi və ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti

İsmayıllı şəhəri, 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 25-27 may

29 nəfər

7.

1. “Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının ərazisində layihə və əməli işlərin həyata keçirilməsi”,
2. “Ekoloji maarifləndirmə və məlumatlandırılmanın gücləndirilməsi”

Geologiya şöbəsi və ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidməti

Zaqatala rayonu, “Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası” 13-16 iyul

33 nəfər

8.

1. “Mühafizə olunan təbiət əraziləri və ekoloji təbliğat haqqında”

Ekologiya və Ətraf Mühitin Mühafizəsi şöbəsi və ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti

Zaqatala rayonu, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 21-25 sentyabr

29 nəfər

9.

1. “Azərbaycan Respublikasının balıqçılıq əhəmiyyətli su obyektlərində məskunlaşan balıqlar haqqında”
2. “Ekoloji təhsil, ekoloji maarifləndirmə və ekoloji mədəniyyət ”

Bioloji Sərvətlər və Təbii ərazilər şöbəsi və ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti

Qəbələ rayonu, Qızıl balıqyetişdirmə zavodu 16-18 oktyabr

25 nəfər

10.

1.Müəyyən Geoloji layihə və əməli işlərin həyata keçirilməsi”
2. “Ekoloji maarifləndirmə-nin vacibliyi haqqında.

Geologiya şöbəsi və ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidməti

Goranboy rayonu, Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyası 10-14 noyabr

37 nəfər

11.

“Torpaq ehtiyatlarının mühafizəsi və Yerin təkindən istifadə”

Ekologiya və Ətraf Mühitin Mühafizəsi şöbəsi və ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti

Bərdə rayonu 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 01-04 dekabr

26 nəfər

Kurslar

1.

“Ümumi Geologiya” - Ekzogen və Endogen geoloji proseslər haqqında

Geologiya şöbəsi və ETSN-in Milli Geoloji Kəşfiyyat Xidməti

12 fevral - 05 mart

20 nəfər

2.

Azərbaycan Respublikası çaylarında axımın uçotu, onun proqnozlaşdırılması və iqlim dəyişmələrinin çay axınına və su ehtiyatlarına təsiri

Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi şöbəsi və ETSN-in Milli Hidrometeorologiya departamenti

04 - 20 may

20 nəfər

3.

Azərbaycan Respublikasında Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqi

Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi şöbəsi və ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

27 sentyabr-12 oktyabr

17 nəfər

Beləliklə, 2010-cu il ərzində İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun seminar və kurslarında ETSN-nin müxtəlif struktur bölmələrində çalışan cəmi 330 mütəxəssisi iştirak etmişdir.

Hesabat dövründə beynəlxalq təşkilatlar və xarici mütəxəssislər İnstitutun və Nazirliyin tabe qurumlarının işçilərinin iştirakı ilə bir neçə seminarlar keçirmişlər.

Almaniyanın “Inwent-Beynəlxalq ixtisasartırma və inkişaf” təşkilatı 5 qısamüddətli kurs keçirmişdir:

Sıra
№-si

Kursun mövzusu

Keçirilmə yeri və tarixi

İştirakçıların sayı

1.

“Cənubi Qafqazda Regional Ekoloji siyasət” proqramı çərçivəsində təşkil edilən “Ekoloji siyasət və Hüquqi Çərçivələr”

30 iyun-02 iyul 2010

21 nəfər

2.

“Cənubi Qafqazda Regional Ekoloji siyasət” proqramı çərçivəsində təşkil edilən “Məlumatın idarə edilməsi”

13-14 iyul 2010

21 nəfər

3.

“Cənubi Qafqazda Regional Ekoloji siyasət” proqramı çərçivəsində təşkil edilən “Yaşıl sənaye siyasəti 1”

04-06 oktyabr 2010

14 nəfər

4.

“Cənubi Qafqazda Regional Ekoloji siyasət” proqramı çərçivəsində təşkil edilən “Tullantıların idarə edilməsi”

23-25 noyabr 2010

21 nəfər

5.

“Cənubi Qafqazda Regional Ekoloji siyasət” proqramı çərçivəsində təşkil edilən “Layihə planlaması və idarəetmə”

7-9 dekabr 2010

20 nəfər

Beləliklə, 2010-cu il ərzində İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun iştirakı ilə beynəlxalq kurslara 97 nəfər mütəxəssis cəlb olunmuşdur. İştirakçılar beynəlxalq standartlara uyğun sertifikatlar almışlar.

Cari ilin 26 aprel 30 may tarixinədək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hazırlanan mütəxəssislər üçün istehsalat təcrübələrini yüksək səviyyədə və uğurla həyata keçirmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi baza təşkilat kimi müəyyənləşdirilmişdir.

Aprel ayında dövlət qulluqçularının etik davranış qaydaları üzrə Nazirliyin və tabe qurumların işçiləri üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələri üzrə Komissiyanın nümayəndələrinin iştiraki ilə treninq keçirilmişdir.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatında və qurumlarında daxili intizam qaydaları haqqında” 699/Ü saylı 27.11.2008-ci il tarixli əmrə əsasən Nazirlikdə yaradılmış xüsusi qrup müntəzəm yoxlamalar keçirir.    

2010-cu ilin fevral ayı ərzində Şöbənin 3 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və UNDP-Azərbaycanın birgə layihəsi olan “İnsan resurslarının idarə edilməsi” adlı təlim kurslarında iştirak etmişdir.

Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi” mövzusunda qısamüddətli ixtisartırma kursları təşkil etmiş və bu kurslarda Nazirliyin 3 işçisi iştirak etmişdir. Bundan başqa, Akademiyanın “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti” mövzusunda təşkil etdiyi qısamüddətli ixtisartırma kursunda Nazirliyin Kadrlarla İş və Elm Şöbəsinin əməkdaşı Aybəniz Rafiq qızı Hüseynova iştirak etmişdir.
Hesabat dövründə peşə bayramı münasibəti ilə və “2010-cu il – Ekologiya ili” elan olunması münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyin 5 əməkdaşı “Tərəqqi” medalı, 4 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2 əməkdaşı isə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı ilə təltif olunmuşdur.

Şöbə işçiləri tərəfindən 2010-cu il ərzində 200-dən artıq məktuba baxılmış və icrası təmin edilmişdir. İl ərzində Nazirliyin işçilərinə 150-dən yuxarı müxtəlif məzmunlu – işçinin iş yeri və aldığı əmək haqqı barədə, dövlət qulluğu stajı barədə, pensiya yaşına çatmasına görə təqdimat xarakterli, – arayışlar hazırlanıb verilmiş və hətta həmin arayışlar tək Azərbaycan Respublikasının vətəndaşları üçün deyil, hal-hazırda digər ölkələrin vətəndaşları olan, lakin bir vaxt Azərbaycanda yaşayıb işləyən vətəndaşlar üçün də onların ərizələri əsasında hazırlanıb təqdim olunmuşdur.

ekoloji-ugurlar



20/02/2012. Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib
16/02/2012. Rumıniyada soyuqdan ölənlərin sayı 86 nəfərə çatıb
15/02/2012. Yaponiyada zəlzələ olub
17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com