Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kadrlarla İş və Elm şöbəsi 2008-ci ildə öz fəaliyyətini ilin əvvəlində tərtib edilmiş iş planına, Nazirliyin və şöbənin əsasnamələrinə, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası qanununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinə və digər normativ–hüquqi sənədlərin tələblərinə uyğun olaraq həyata keçirmişdir.
Dövlət qulluqçularının şəxsi işləri Azərbaycan Respublikası Prezidentinin 05.02.2007-ci il tarixli 522 saylı «Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydalarının təsdiq edilməsi barədə” Fərmanına əsasən aparılır. Dövlət qulluğu sistemində ştat sayı 856, o cümlədən işləyənlərin sayı-769 nəfər, vakansiya- 87.
2008-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasında qəbul imtahanlarının 1-ci mərhələsindən (müsabiqə) və ikinci mərhələsindən (müsahibə) müvəffəqiyyətlə adlayan 11 nəfər gənc mütəxəssis Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə vakant olan dövlət qulluğu vəzifələrinə stajçı qəbul edilib.
Qeyri-dövlət qulluğuna işə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun aparılır. Nazirliyin qeyri-dövlət qulluğu sistemində ştat sayı 9026, o cümlədən işləyənlərin sayı - 8072 nəfər, vakansiya - 952.
İl ərzində sistem üzrə cəmi işə götürülənlərin sayı 600 nəfər, işdən çıxanların sayı 433 nəfər olmuşdur (o, cümlədən: ərizələrinə əsasən işdən azad edilənlər - 402 nəfər, vəzifələrinin icrasında buraxdıqları kobud səhvlərə görə Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən işdən azad edilənlər – 31 nəfər).
Kadr hazırlığı və Elm sektoru mütəxəssislərin ixtisasartırma işini əsasən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu vasitəsi ilə həyata keçirir. Belə ki, 2008–ci il ərzində aşağıda adları göstərilən kurs, seminar və treninqlər keçirilmişdir:
| № | Kurs və seminarların adları və keçirilmə tarixi | İştirakçıların sayı |
| 1 | Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi departamentinin Xıllı Nərəkimi Balıqartırma zavodunun mütəxəssisləri üçün “Balıq faunasının qorunması” mözusunda seminar-treninq (25.02.2008) | 13 |
| 2 | Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi departamentinin Çaykənd Balıqartırma zavodunun mütəxəssisləri üçün “Balıq faunasının qorunub saxlanılması” mözusunda seminar-treninq (28-30.02.2008) | 09 |
| 3 | Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası işçiləri üçün “Geoloji tədqiqatların metodları və əsas istiqamətləri” mövzusunda seminar-treninq (29.02.2008) | 30 |
| 4 | Ətraf mühit və təbii ehtiyatlarının monitorinqi kursu (04.03.2008-15.03 2008) | 21 |
| 5 | Balıq ehtiyatlarının mühafizəsi üzrə kurs (11.03.2008-14.03.2008) | 15 |
| 6 | Milli Geoloji Kəşfiyyat Xidmətinin Abşeron-Qobustan və Xəzəryanı Geoloji Axtarış və Faydalı Qazıntıların Operativ Kəşfiyyat Ekspedisiyasının işçiləri üçün qeoloji kəşfiyyat işlərinin təşkili üzrə seminar-treninq (30.05.2008) | 21 |
| 7 | Baş Qafqaz Geoloji Axtarışlar Ekspedisiyasının işçiləri üçün qeoloji kəşfiyyat işlərinin təşkili üzrə Zaqatala rayonunda 4-günlük seminar-treninq (30.05.2008) | 27 |
| | Cəmi | 136 |
Eyni zamanda 2008–ci ildə Beynəlxalq təşkilatlar və xarici mütəxəssislər İnstitutun işçilərinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbələri və departament əməkdaşları üçün seminarlar keçirilmişdir. Misal üçün Almaniyanın “İnWent” təşkilatı tərəfindən “Cənubi Qafqazda Ekoloji Siyasət” tədris proqramı çərçivəsində:
1.”Ətraf mühitə təsirin qiymətləndirilməsi metodologiyası”, 12-14 noyabr 2008–ci il, iştirakçıların sayı-19 nəfər.
2.”Strateji ekoloji qiymətləndirmə”, 24-26 noyabr 2008–ci il, iştirakçıların sayı-20 nəfər (cəmi iki treninqdə iştirakçıların sayı-39 nəfər).
Beləliklə Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 2008 – ci il ərzində kurs, seminar və treninqlərdə cəmi 175 nəfər iştirak etmişdir.
Azərbaycan Mllii Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmış 2008-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün aspiranturaya qəbul planına uyğun olaraq 5 nəfər mütəxəssis aspiranturaya qəbul edilib.
Nazirliyin bütün elmi-tədqiqat institutlarında inkişaf prosessi davam edir. Nazirin əmri ilə Hidrometeorologiya ETİ-nin 2015-ci ilədək inkişaf programı təsdiq olunub. Meşəçilik və Balıqçılıq Təsərrüfatı ETİ öz inkişaf programlarını hazırlayıblar. Mineral-Xammal ETİ-u öz inkişaf programını Milli Geoloji Kəşfiyyat Xidməti ilə birgə işləyib. Bütün institutların Elmi Şuraların əsasnamələri yenidən işlənilərək, təsdiq edilib.
2008-ci ildə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və digər yaxın və uzaq xaricdə fəaliyyət göstərən tədris müəssisələrinin tələbələri Nazirlikdə və tabe təşkilatlarda istehsalat təcrübəsi keçmişlər.
Şöbə işçiləri tərəfindən 2008–ci il ərzində 220-dən artıq məktuba baxılmış və icra olunmuşdur (işlə təmin olunmaya dair ərizələr, informativ, elmi-texniki mövzuda məktublar və s.), bir sıra vətəndaşlar şəxsi müraciətləri əsasında Nazirlikdə qəbul edilərək, dinlənilmiş və lazım gəldikdə Ekologiya və Təbii Sərvətlər Nazirinin qəbulunda olmuşlar.
Nazirliyin nümayəndələri Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və digər elm ocaqlarında ekoloji maarifləndirmə üzrə məruzələr oxuyurlar.
2007-ci il üzrə hesabatın xülasəsi
|