Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kadrlarla İş və Elm şöbəsi fəaliyyətini iş planına, Şöbənin və Nazirliyin əsasnamələrinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinə və s. normativ-hüquqi sənədlərin tələblərinə müvafiq qaydada həyata keçirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2007-ci il tarixli 522 saylı “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydalarının təsdiq edilməsi barədə” Fərmanına əsasən əməkdaşların şəxsi işlərinin yeni qaydada tərtibi başa çatdırılmışdır.
Dövlət qulluğuna qəbulla bağlı test bankı hazırlanmış, ştat cədvəlləri, vakant iş yerləri haqqında məlumatlar və vəzifə təlimatları Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya göndərilmişdir.
Nazirlikdə dövlət qulluğuna işə qəbul «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu və onun tətbiqi üçün qəbul edilmiş normativ-hüquqi aktlar əsasında aparılır.
Nazirlikdə dövlət qulluğu ştatı 856 nəfərdir. Artıq dövlət qulluğuna aid ümumiləşdirilmiş informasiya sisteminin təşkili üzrə işlərə başlanılmış, reestr tərtib olunaraq, dövlət və qeyri-dövlət qulluğunda çalışan işçilər haqqında məlumatlar elektronlaşdırılır.
Qeyri-dövlət qulluğuna işə qəbul isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri əsasında aparılır. Nazirliyin qeyri-dövlət qulluğu sistemində 8385 ştat vahidi var.
İl ərzində sistem üzrə işə götürülənlərin sayı 394 nəfər, işdən çıxanların sayı isə 341 nəfər (onlardan öz xahişi ilə 317 nəfər, vəzifələrinin ijrasında buraxdıqları kobud səhvlərə görə ƏM-nin müvafiq maddələri əsasında isə 24 nəfər) olmuşdur.
2007-ci ildə Nazirliyin kadr üzrə mütəxəssisləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən təşkil edilən əmək yarmarkalarında iştirak etmişlər. Baş Məşğulluq İdarəsinin Yasamal rayon şöbəsi ilə sıx əlaqə yaradılaraq, mövcud vakansiyaların dinamikasına dair tələblərə müvafiq qaydada informasiya mübadiləsi aparılmışdır.
2007-ci ildə Şöbəyə daxil olmuş 240-dan artıq məktublara (işlə təmin olunmaqla bağlı ərizələr, informativ, elmi-texniki mövzuda, şikayət və s. məktublar) baxılmış və icra olunmuşdur. Bir sıra vətəndaşlar şəxsi müraciətləri əsasında Nazirlikdə qəbul edilərək dinlənilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirinin qəbulunda olmuş və bir çoxu işlə təmin edilmişlər.
Milli Geoloji Kəşfiyyat Xidmətinin mühəndis-texniki işçilərinin attestasiyası keçirilmişdir.
Dövlət qulluğunda 1 il, 5 il, 10 il və 15 il stacı olan işçilərin siyahısı Maliyyə və Təsərrüfat şöbəsinə, hərbi mükəlləfiyyətlilər haqqında hesabat isə İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmişdir.
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, “Azərbalıq” Dövlət Konserni, “Azərbmeşə” İB-nin dövründən qalmış bütün sənədləri çeşidləmiş, məxfi sənədlərdən ayırmış və sistemləşdirərək Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fonduna təhvil vermişdir.
Nazirlik üzrə mütəxəssislərin ixtisasının artırılması məqsədi ilə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunda cari ildə 295 nəfərin iştirakı ilə 5 kurs və 12 seminar təşkil edilmişdir.
Eyni zamanda ekoloji təqvim günlərinə həsr edilmiş və beynəlxalq təşkilatların, xarici mütəxəssislərin iştirakı ilə də bir sıra kurs və seminarlar təşkil edilmişdir.
- Alman mütəxəssislərinin iştirakı ilə Ramsar Konvensiyasına həsr olunmuş Beynəlxalq Su-Bataqlıq Əraziləri günü münasibəti ilə seminar (02 fevral).
- Berlin Texniki Universitetinin professoru, doktor Volfqanq Vendin rəhbərliyi ilə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə dörd günlük seminar (12 – 15 mart).
- Beynəlxalq Biomüxtəliflik günü münasibəti ilə seminar (22 may).
- Avropa Qonşuluq Siyasəti Təşəbbüsləri Çərçivəsində yeni TWİNİNG Layihəsi üzrə ekoloji siyasət qanununa dair seminar (19 – 20 iyun).
- Berlin Universitetinin elmlər doktoru Kristian Sakerin rəhbərliyi ilə Tullantıların İdarə Edilməsi haqqında iki günlük seminar ( 21– 22 iyun).
2007–ci ildə digər bir yenilik isə ötən illərdən fərqli olaraq səyyar seminar və kursların regionlarda keçirilməsinə üstünlük verilməsi olmuşdur. Bu yanaşma təcrübə mübadiləsinə daha çox imkan verir, praktiki məşğələlərinin səmərəliliyini artırır və ezamiyyə xərclərinin azaldılmasına imkan yaradır.
ETSN–nin Kollegiya qərarlarının icrasını təmin etmək məqsədilə 376/ü nömrəli, 13.07.2007–ci il tarixli Əmrə əsasən İnstitutun Bioloji Sərvətlər və Təbii Ərazilər şöbəsi, Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti ilə birgə 2007–ci il 22-27 oktyabr və 17-21dekabr tarixlərində səyyar seminarlar keçirilmişdir.
-
Türyançay Dövlət Təbiət Qoruğunda
-
İsmayıllı Dövlət Təbiət Qoruğunda
-
Pirqulu Dövlət Təbiət Qoruğunda
-
Şirvan Milli Parkında
-
Ağ göl Milli Parkında
Ötən illərlə müqayisədə Nazirliyin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun fəaliyyətinə nəzər saldıqda, seminar və kursların təşkili, cəlb edilən mütəxəssislərin sayı və həyata keçirilən tədbirlərin keyfiyyətində ciddi dəyişikliklər baş verdiyinin şahidi olarıq. Belə ki, illər üzrə mütəxəssislərin İxtisasartırma Nazirliyin 2002-ci ildə 7 kurs (120 nəfər), 2003-cü ildə 5 kurs (81 nəfər) və 3 seminar (103 nəfər), 2004-cü ildə 7 kurs (115 nəfər) və 2 seminar (72 nəfər), 2005-ci ildə 4 kurs (69 nəfər) və 2 seminar (39 nəfər), 2006-cı ildə 7 kurs (106 nəfər), 2007-ci ildə isə ixtisasartırma ilə bağlı 5 kurs (76 nəfər) və 12 seminar (219 nəfər) keçirilmişdir.

Hesabat dövründə Nazirlikdə elm sahəsində də yeniliklər baş vermişdir. İlk dəfə olaraq 7 ixtisas üzrə Nazirliyin aspiranturası yaradılmış və 2007-2008-ci tədris ilində istehsalatdan ayrılmaqla (üç), və istehsalatdan ayrılmadan (dörd) yeddi nəfər Aspiranturaya qəbul olmuşdur.
Nazirin əmri ilə Hidrometeorologiya ETİ-nin 2015-ci ilədək Inkişaf Proqramı təsdiq edilmişdir. Digər ETİ-nin Inkişaf Proqramları da yekunlaşmaq üzrədir.
Bütün institutların Elmi Şuralarının əsasnamələrinə yenidən baxılmış və Nazir tərəfindən təsdiq edilmişdir.
Nazirlik, həmçinin, gələcək mütəxəssislərin yetişdirilməsinə də böyük önəm verir. Bununla əlaqədar, bir neçə elm ocaqlarının tələbələrinə Nazirlikdə və tabe təşkilatlarda istehsalat təcrübəsi keçmək üçün şərait yaradılmışdır.
Nazirliyin nümayəndələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və başqa elm ocaqlarında ekoloji maarifləndirmə üzrə məruzələr oxuyurlar.
|