- Hacı Həsən gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihənin hazırlanması üçün 600 min manat vəsait nəzərdə tutulmuş, lakin istifadə olunmamışdır. Hazırda layihənin hazırlanması üçün açıq tender elan olunmuşdur.
- Bülbülə gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihənin hazırlanması üçün 600 min manat vəsait nəzərdə tutulmuş, lakin istifadə olunmamışdır. Hazırda layihənin hazırlanması üçün açıq tender elan olunmuşdur.
Kür və Araz çayları boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2010-cu ildə 63 kənddə başlanmış işlərdən əldə edilmiş qənaət hesabına əlavə olaraq 3 kənddə, cəmi 66 kənddə işlər tamamlanmaq üzrədir. Bu işlər əvvəlki illərdə ayrılmış maliyyə vəsaiti hesabına həyata keçirilir. Nəzərdə tutulan vəsait tam ödənilməmişdir.
2010-cu ildə ayrılmış 5 000 min manat və 63 kənddə modul tipli sutəmizləyici qurğuların qurulması ilə bağlı keçirilmiş tender nəticəsində əldə edilmiş 1 000 min manat qənaət hesabına, cəmi 6 000 min manat məbləğində açıq tender keçirilmiş və tenderin qalibi İsrailin “Odis Filtering LTD” şirkəti ilə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən hazırda İsrail şirkəti tərəfindən 30-dan artıq kənddə sutəmizləyici qurğuların quraşdırılması üzrə layihə-smeta sənədləri hazırlanır və müvafiq işlərə başlanmışdır. Ayrılan vəsaitdən istifadə edilməmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2011-ci il tarixli Sərəncamına əsasən Sabirabad rayonunda 8 min nəfər əhalinin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün layihə-smeta sənədləri hazırlanır və müvafiq işlər həyata keçirilir.