“Caspian Ecology” 2019

10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi 
13 - 15 noyabr 2019 
Bakı Ekspo Mərkəzi

“Caspian Ecology” 2019 - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir. Bu sahədə fəaliyyət göstərən yerli və xarici şirkətləri öz meydançasında bir araya gətirən Caspian Ecology sərgisi Azərbaycanda biznesinizin inkişafı üçün ən əlverişli vasitə olacaqdır. Bu il sərgidə Almaniya, Birləşmiş Krallıq,
Çex Respublikası, Frana, İsveçrə, İtaliya, Rusiya, Türkiyə və Xorvatiya şirkətləri ilə yanaşı 40-a yaxın şirkət bir araya gələcək.

SƏRGİNİN BÖLMƏLƏRİ

Ekoloji cəhətdən təhlükəsiz texnologiya və istehsal
Ətraf mühitin monitorinqi və ətraf mühitin çirklənməsinin
qiymətləndirilməsi üsulları
Eко - layihələr
Havaya buraxılan sənaye emissiyalarını təmizləyən sistemlər
Landşaft və dizayn
Polimer və rezin tullantılarının emalı (maşın və avadanlıq)
Şəhər ətraf mühit üçün təmizləyici nəqliyyat vasitələri və qurğuları
Sənaye tullantılarının idarə edilməsi və emalı
Səs izolyasiya texnologiyaları, səs-küy və vibrasiya nəzarəti
Su və tullantı sular
Torpağın təmizlənməsi və bərpası üsulları
Yaşıl enerji

Sərginin ziyarət saatları

13 noyabr, Çərşənbə 11:00 - 18:00
14 noyabr, Cümə axşamı 10:00 - 18:00
15 noyabr, Cümə 10:00 - 16:00