Radiometeorologiyanın predmeti troposferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin öyrənilməsi, metodu isə meteoroloji radiolokatorun köməyi ilə müxtəlif radiometeoroloji kəmiyyətlərin (istənilən hündürlükdə buludun və buludluğun üfüqi və şaquli kəsiklərinin, alt və üst sərhədlərinin, maksimal əksetdirmə qabiliyyətinin, hərəkət istiqamətinin və sürətinin, yağıntının intensivliyinin və miqdarının, dolunun ölçülərinin) ölçülməsi, həmçinin şimşək çaxan, yağış və dolu yağan ərazilərin və təhlükəli hava hadisələrinin (dolu, leysan, qar, şimşək, fırtına) müəyyən edilməsi və baş vermiş hidrometeoroloji proseslərin film şəklində göstərilməsidir.
Aerologiyanın predmeti sərbəst atmosferdə baş verən fiziki proseslərin öyrənilməsi, metodu isə aeroloji radiolokatorun və zondlama, yə,ni atmosferə qaldırılmış cihazın vasitəsi ilə müxtəlif meteoroloji kəmiyyətlərin (küləyin sürət və istiqamətinin, təzyiqin, temperaturun və rütubətin), həmçinin havanın qaz və aerozol tərkibinin ölçülməsidir.
Şamaxı, İsmayıllı, Xanlar, Şəki, Ağstafa və Tovuz Radiometeoroloji Stansiyalarındakı «MRL-5» tipli meteoroloji radiolokatorlar, Maştağa və Lənkəran Aeroloji Stansiyalarındakı «Titan AHK-1M» və «Meteorit-2» tipli aeroloji radiolokatorlar uzun müddət istismar olunduğu və əsaslı tə,mir olunmaq üçün ehtiyat hissələri ilə tə,min olunmadığı üçün 1995-ci ildə bu radiolokatorların işi dayandırılmış, radiometeoroloji və aeroloji müşahidə işləri aparılmamışdır.
Füzuli, Zəngilan və Ağdərə Radiometeoroloji Stansiyalarındakı meteoroloji radiolokatorlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır.
Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ilin birinci yarısında Şamaxı və Ağstafa Radiometeoroloji Stansiyalarındakı «MRL-5» tipli meteoroloji radiolokatorlar, 2003-cü ilin axırlarında isə Maştağa Aeroloji Stansiyasındakı «Titan AHK-1M» tipli aeroloji radiolokator əsaslı tə,mir edilmiş, fərdi kompüterlərdən istifadə etməklə avtomatlaşdırılmış radiometeoroloji və aeroloji müşahidə sistemləri quraşdırılaraq istifadəyə verilmişdir.
Bundan sonra Şamaxı və Ağstafa Radiometeoroloji Stansiyaları tərəfindən hidrometeoroloji proseslərin (şimşək-leysan və dolu buludları, onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin) radiometeoroloji müşahidələri, Maştağa Aeroloji Stansiyasından isə hər gün 40 km hündürlüyə qədər qalxan radiozond buraxılmaqla aeroloji radiolokatorların vasitəsi ilə atmosferin troposfer və stratosfer qatlarının aeroloji müşahidələri aparılmağa başlanmışdır.
Radiometeoroloji və aeroloji müşahidələr nəticəsində hərbi və mülki aviasiya, kənd təsərrüfatının müxtəlif sahələri və proqnozlaşdırma qurumları radiometeoroloji və aeroloji məlumatlarla, hidrometeorologiya üzrə Beynəlxalq Təşkilatlar isə atmosferin troposfer və stratosfer qatları haqqında aeroloji məlumatlarla təmin edilir.
Radiometeoroloji və aeroloji müşahidə mə,lumatlarının qəbulu, toplanması, saxlanması, arxivləşdirilməsi, işlənməsi, emalı və ötürülməsi fərdi kompüterlərin köməyi ilə avtomatlaşdırılmış rejimdə aparılır.
Radiometeoroloji müşahidə vasitələri ilə 250km məsafədə müxtəlif hündürlüklərdə yağıntının intensivliyi və miqdarı, yağış yağan və şimşək çaxan ərazilər, dolunun ölçüləri və dolu yağan ərazilər müəyyən edilir, bu mə,lumatlardan qısamüddətli hava proqnozlarının hazırlanmasında, hərbi və mülki aviasiyanın meteoroloji məlumatlarla tə,min olunmasında, sel və daşqınların proqnozlaşdırılmasında istifadə edilir.
Fərdi kompüter vasitəsilə rəngli monitorda yerüstü hədəflərin fonunda aşağıdakılar formalaşdırılır və təsvir edilir:
1.Fəzanın seçilmiş istənilən nöqtəsində buludluğun parametrləri ölçülür;
2.Buludluğun (buludların) radioəkslərinin istənilən hündürlükdə üfüqi, istənilən istiqamətdə isə şaqüli kəsiklərinin xəritələri təsvir edilir;
3.Maksimal əksetmənin (Z10max - un və Z3,2max - un) xəritələri təsvir edilir;
4.Buludluğun (buludların) radioəkslərinin aşağı və yuxarı sərhədlərinin xəritələri təsvir edilir;
5.Yağıntının intensivliyinin və miqdarının sahələrinin xəritələri təsvir edilir;
6.Təhlükəli hava hadisələrinin (dolu, şimşək, qasırğa, leysan, qar) xəritələri təsvir edilir;
7.Buludluğun (buludların) yerdəyişməsinin istiqaməti və sürəti təsvir edilir;
8.Buludluğun (buludların) parametrlərinin zamana görə dəyişməsinin qrafiki təsvir edilir;
9.Yuxarıada sadalanan bütün xəritələrin zamana görə dəyişmələri videofilm şəklində göstərilir;
10.Radiometeoroloji müşahidə məlumatları sənədləşdirilir;
11.İlkin radiolokasiya məlumatları arxivləşdirilir;
12.Radiometeoroloji müşahidə məlumatları, o cümlədən də dolu proseslərinə fəal təsir işləri aparıldıqda fəal təsir materialları rəngli (və ya ağ-qara) printer vasitəsilə çap edilir;
13.Qorunan və ona yaxın ərazilərdə buludluq müşahidə edildikdə sistem avtomatik olaraq «Növbətçilik» rejimindən fasiləsiz müşahidə rejiminə keçir;
14.Qorunan və ona yaxın ərazilərdə təsir obyekti (TO) olmadıqda bir dövr müşahidədən sonra proqram MRL-5 radiolokatorunun işini dayandırır, verilmiş müəyyən müddətdən sonra isə (məsələn hər 15 dəqiqədən, 1 saatdan, 3 saatdan və s. sonra) radiolokatoru avtomatik olaraq yenidən işə salır və «Növbətçilik» rejimində yenidən müşahidələr aparır;
15.İşin rahatlığı üçün kompüterin ekranının istənilən hissəsinin miqyasını istənilən qədər böyütməyə imkan verən «Lupa» rejimi vardır.
Aeroloji müşahidə vasitələri ilə atmosferin şaquli zondlanması həyata keçirilir və atmosferin müxtəlif qatlarında atmosfer təzyiqi, havanın temperaturu və rütubətliyi, küləyin sürəti və istiqaməti təyin edilir. Bu mə,lumatlardan havanın proqnozlaşdırılmasında, həmçinin hərbi və mülki aviasiyanın aeroloji məlumatlarla tə,min olunmasında istifadə edilir.
Fərdi kompüter vasitəsilə rəngli monitorda yerüstü hədəflərin fonunda aşağıdakılar formalaşdırılır və təsvir edilir:
1.Zondun verdiyi temperaturun, rütubətin, təzyiqin, küləyin sürət və istiqamətinin qiymətləri hesablanır və qrafiklərii qurulur;
2. Şeh nöqtəsi hesablanır;
3. Standart hündürlüklər (100, 200, 400, 600, 800, 1000, 1200, 1400, 1600, 1800,
2000 ... 7000 Hp) seçilir və onların parametrlərinin qiymətləri yazılır;
4.Tropopauza (temperaturun 14 km ilə 17 km arasında və 18 km ilə 22 km arasında kəskin dəyişməsi) müəyyən edilir;
5.Xüsusi nöqtələr (temperaturun, rütubətin, sürətin və istiqamətin sıçrayışla dəyişdiyi yerlər) müəyyən edilir;
6.«Yerə yaxın təbəqə», «Təbəqə», «MK-04AB», «MK-04CD», «Şaquli dayanıqlıq», «Buzlaşma» məlumatları printer vasitəsilə çap edilir;
10.Aeroloji müşahidə məlumatları sənədləşdirilir və arxivləşdirilir.
Radiometeoroloji və Aeroloji Rəsədxana tərəfindən «Aeroloji təlimat», «Radiometeoroloji təlimat» və «Aeroloji müşahidə mə,lumatlarının ötürülməsi üçün kod - MK-04», işçilərin vəzifə təlimatları hazırlanmışdır.