Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Hidrometeorologiya / Elmi – tədqiqat institutu

HİDROMETEOPROLOGİYA ELMİ - TƏDQİQAT İNSTİTUTU

2006-cı ildə özünün 40 illik yubileyini qeyd edən Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun əsası 1966-cı il martın 16-da qoyulmuş və respublikamızda məlum struktur dəyişmələrindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində 06 mart 2002-ci il tarixdən öz fəaliyyətini davam etdirir.
Nazirliyin nəzdində İnstitut fəaliyyətini aşağıdakı əsas dörd istiqamət üzərində qurmuşdur:

  1. Elmi –tədqiqat işləri
  2. Elmi –metodiki işlər
  3. Elmi nəşrlər
  4. Yüksək ixtisaslı kadr hazırlığı

 2002 -2007-ci illərdə bu istiqamətlər üzrə aşağıdakı elmi –tədqiqat və elmi –metodiki işlər yerinə yetirilmişdir:

1. Elmi –tədqiqat işləri:

Elmi–tədqiqat işləri respublikamız üçün hidrometeorologiyanın müasir istiqamətlərini əhatə edən aşağıdakı dörd problem altında yerinə yetirilir

Problem 1. Müasir iqlim dəyişmələri və səth sularının öyrənilməsi
Problem 2. Təhlükəli hidrometeoroloji hadisələr
Problem 3. Xəzərin hidrometeorologiyası
Problem 4. Ətraf mühitin çirklənməsinin tədqiqi.

Bu problemlər altında aşağıdakı elmi tədqiqat işləri yerinə yetirilmişdir. 

 1. Böyük Qafqazın şimal – şərq yamacı çaylarının ekoloji axımının qiymətləndirilməsi (2002 -2004)
 2. Regional iqlim dəyişmələri və onun ətraf mühitə təsirinin tədqiqi (Şahdağ qoruğu timsalında) (2002 -2004)
 3.Azərbaycan respublikası ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisələrə dair sorğu kataloqunun hazırlanması (2002 -2006)
4.Azərbaycanın Şəki –Zaqatala və Gəncə – Qazax zonalarında dolu –leysan proseslərinin tədqiqi və onların qısa müddətli proqnozu (2002 -2003)
5. Dolu –leysan proseslərinin çox qısa müddətli proqnoz metodikasının  hazırlanması (2004 -2005)
6. Radiolokasiyanın tətbiqi ilə sel və daşqın hadisələrinin proqnozu» ( 2005-2007)
7. Orta Xəzərdə (Neft Daşları və Abşeron şelfi) külək və axınlar rejiminin struktur və spektral tədqiqi (2002 -2004)
 8. Xəzər dənizində güclü qasırğaların tədqiqi (2005 -2006)
9. Atmosfer yağıntılarının torpaqların fon tərkibinə təsirinin tədqiqi (2002 -2004)
 10. Abşeron torpaqlarında neft məhsullarının miqrasiyasının tədqiqi (2002 -2004)
11. Azərbaycan torpaqlarının fon tərkibinə yağışların təsirini müəyyənləşdirmək üçün metodiki göstərişlərin hazırlanması (2005 -2006)
12. «Atmosfer çirkləndirijilərinin fotokimyəvi proseslərdən asılı olaraq dəyişmə dinamikasının tədqiqi. (Bakı şəhəri üzrə,   2005-2007)
13. Azərbaycanda iqlim dəyişmələrinin  mövcud   vəziyyətinin
      qiymətləndirilməsi (2006 -2008- ci il)
14. Azərbaycanda müasir iqlim dəyişmələri və onun ətraf mühitə təsirinin qiymətləndirilməsi.   ( 2009 -2012).
İş 1. Azərbaycan Respublikası ərazisində gözlənilən iqlim dəyişmələrinin proqnozlarının statistik üsullarla hazırlanması (2009 -2010-cu il)
15. Çayların ekoloji axımının tədqiqi (2008 -2012-ci il)
   İş 1. Böyük Qafqazın cənub yamacı çaylarının ekoloci axımının tədqiqi (2008 –2009-cu  il,)
 İş2 . Qobustan çaylarının ekoloji axımının tədqiqi (-2010-2012-cu il) 
16.  Müasir iqlim dəyişmələrinin Azərbaycanın su ehtiyatlarına təsrinin qiymətləndirilməsi və daşqın axım  proqnozu  (2008 -2012- ci il)
   İş 1: «Su ehiyatlarına iqlim dəyişmələrinin təsirinin qiymətləndirilməsi»    (2008- 2009-cu il)
 17. Kür və Araz çayları hövzəsində hidroekoloji təhlükəsizlik              səviyyəsinin tədqiqi məsələləri (2005 -2008-ci il)
18. Təhlükəli hidroloci hadisələrin (THH) ekohidroloji problemləri.(2009 -2010) 

19. Təhlükəli hidrometeoroloji hadisələrin öyrənilməsi və onların  proqnoz məsələləri (2008 -2012-ci  il)
İş1 . Respublika ərazisində anomal hidrometeoroloji proseslərin tədqiqi (2008 -2009-cu il).

20. cənubi Xəzərdə güclü qasırğaların tədqiqi. (2007 -2009).

 21.  Azərbaycan ərazisində turşulu yağışların tədqiqi (2008 -2012-ji il)
     İş 1. Xəzər sahili ərazilərdə (Bakı, Lənkəran və Xaçmaz) yağan yağışların kimyəvi tərkibinin öyrənilməsi (2008-ci il)
İş 2. Böyük Qafqazın şimal (Quba) və cənub (Qəbələ) yamacları, həmçinin Naxçıvan ərazisində yağışların kimyəvi tərkibinin tədqiqi  (2009-cu il).
22. Azərbaycanda hidrometeoroloji müşahidə şəbəkəsinin paylanma xüsusiyyətinin tədqiqi və onun optimallaşdırma məsələləri.  (2009 -2012)
İş1. Böyük Qafqazın şimal –şərq yamacı ərazisində hidrometeoroloji şəbəkənin paylanma xüsusiyyəti (2009 –cu il)

Yerinə yetirilən elmi tədqiqat işlərindən alınmış aşağıdakı elmi –praktik əhəmiyyətli nəticələri xüsusi ilə ayırmaq olar:

  1. İnstitutda ilk dəfə olaraq bütün tarixi müşahidə dövrlərini əks etdirən «Azərbaycan Respublikasının Sel Kataloqu» hazırlanmışdır.
  2. AMEA Coğrafiya İnstitutu ilə birlikdə ilk dəfə olaraq yeni keyfiyyətdə «Azərbaycan Respublikasının Sel  Xəritəsi» hazırlanmışdır.
  3. Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunda «Hidrometeoroloji şəraitdən asılı olaraq neftlə çirklənmiş torpraqların təmizlənməsi üsulu» işlənib hazırlanmışdır. Bu yeni üsul Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən xüsusi patent almışdır (İ 2007 01202)
  4. Dolu–leysan proseslərinin çox qısamüddətli proqnoz metodikası işlənilmişdir.
  5. 2008- ildə təhlükəli hidrometeoroloji hadisələrin öyrənilməsi və onların proqnoz məsələləri mövzusunda aparılan tədqiqat işinin nəticəsi olaraq respublika ərazisində anomal hidrometeoroloji şəraitə malik olan bölgələr müəyyənləşdirilmiş və bu bölgələrdə hidrometeoroloji hadisələrin təhlükəlilik dərəcəsi müəyyən edilmişdir.
  6. 2009-cu ildə Azərbaycan ərazisində turşulu yağışların tədqiqi mövzusunda aparılan tədqiqat işinin nəticəsi olaraq Xəzər sahili ərazilərdə (Bakı, Lənkəran və Xaçmaz) yağan yağışların kimyəvi tərkibinin öyrənilməsi üzrə metodik vəsait hazırlanmışdır.
  7. Cənubi Xəzərdə güclü qasırğaların tədqiqi mövzusu üzrə Xəzər dənizində güclü qasırğaların baş vermə səbəbləri, təkrarlanma və davamiyyəti, habelə yayılma dinamikası müəyyən edilmişdir.

 II. Elmi –metodiki işlər:

Nazir H.Bağırovun 16.06.2004 –cü il tarixli 43/ü saylı əmrinə əsasən Milli Hidrometeorologiya Departamentinin müvafiq xidmət sahələrində çox ehtiyac duyulan müxtəlif adda 17 metodik təlimatlar, tövsiyyələr, KOD və normativ sənədlər ilk dəfə olaraq azərbaycan dilində hazırlanmış respublikanın müvafiq təşkilatlarından dəvət olunan mütəxəssislərin iştirakı ilə keçirilən Nazirliyin Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Bölmə Elmi –Texniki Şurasında müzakirə edilmiş (protokol №8, 20. 07.07) və Nazirin 589/ü saylı  27.10.2007-ci il tarixli əmri ilə təsdiq edilmişdir.  2008-ci ildə aşağıdakı KOD, təlimatlar və  proqramlar  hazırlanıb nəşr edilmişdir.

    • Qarölçmə məlumatlarının verilməsi üçün KOD - MK -24
    • Rəhbər sənəd FM71 –X İqlim və MK -19 dekada KOD-u
    • FM -12 –IX SYNOR beynəlxalq KOD MK-01
    • Stansiyalarda meteoroloji müşahidələr
    • Mənqtəqələrdə  meteoroloji müşahidələr
    • Dolu –leysan proseslərinin çox qısamüddətli proqnoz metodikası
    • Azərbaycan torpaqlarının fon tərkibinə yağışların təsirini müəyyənləşdirmək üçün metodiki vəsait
    • Bazardüzü –Şahdağ-Tufandağ Ekosisteminin Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin plan və proqramı (2009-cu il)

     

    III. Elmi nəşrlər

    Hidrometeorologiya sahəsində aşağıdakı nəşrlər həyata keçirilmişdir:

    ●   Прогноз дождевых паводков на реках Азербайджа (müəllif: R.Mahmudov, 2001-ci il)
    ●   Azərbaycanın su ehtiyatları ( azərbaycan, rus və ingilis dillərində)   (R.Mahmudov, 2003-cü il
    ● Hidrometeorologiya, İqlim dəyişmələri, Təbii fəlakətlər və   Həyat (R.Mahmudov, 2006-cı il)
    ●   Azərbaycanda hidrometeoroloji xidmət son üç əsrdə   (R.Mahmudov, 2007-ci il)
    ●   Azərbaycanda hidrometeoroloji şərait və təhlükəli hidrometeoroloji  Hadisələr (S.Şirəliyev, R.Mahmudov, 2008)
    ●   Azərbaycanın  sel təhlükəli çaylarının kataloqu   (R.Mahmudov, 2008-ci  il)
    ●   Meteoroloji informasiya- ölçü sistemləri və müşahidələr (X.Muxtarlı, 2009-cu il)  

    3.1. Dərs vəsaitləri:

    ●  Hidrometriya  (M.Məmmədov, İ.İmanov, R.Mahmudov, 2001-ci il)
    ●  Hidroloji proqnozların əsasları(R.Mahmudov, 2006-cı il)

    3.2. Jurnal və icmallar:
    Təhlükəli hidrometeoroloci hadisələrə dair illik XÜLASƏLƏR
    (2001 -   2009-cu illər)
    ●  Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi  jurnalı (№3, 2006,
    №4, 2007)

    Aparılan elmi-tədqiqat işlərinin vajib nətijələrinə həsr olunan – «Qeyri - iqlim amillərinə əsasən Kür çayının mənsəb hissəsində baş verən daşqınların  təhlili»  (müəlliflər: c.e.d., prof.  R.Mahmudov, c.en. R. Abbasov) məqaləsi  dünyada məşhur olan və nəşri dünya alimləri tərəfindən qəbul edilən «Sprinqel» nəşriyyatında  (Təbii  fəlakətlər curnalı, Hollandiya) və «Azərbaycanın hidrometeorloji şəraitinə iqlim dəyişmələrinin təsiri» (R.Mahmudov), «Yeraltı və səth suları arasındakı əlaqələrə əsasən Kür çayının maksimal axımının qiymətləndirilməsi» ( R.Mahmudov, R.Abbasov) Beynəlxalq Elm Akademiyasının 3-cü buraxılışında (Avstriya, Inisburk, 2009)  ingilis dilində  nəşr olunmuşdur.
    2009 –cu il noyabrın 14-də Azərbaycan Teleqraf Agentliyi milə bi rlikdə «Müasir iqlim dəyişmələri və Azərbaycan» mövzusunda KİV  nümayəndələri üçün tədbir ikeçirilmiş və məruzələr nəşr iedilmişdir.
    İnstitut əməkdaşlarının hidrometeorologiyanın müxtəlif problemlərinə dair respublikada və beynəlxalq curnallarda çoxsaylı məqalə və tezisiləri nəşr olunmuşdur.

     

    IV. Kadr hazırlığı

     2002-2005-ci illrdə İnstitutun 4 əməkdaşı (S.Əsədov, Z.Allahverdiyev, F.Dadaşova, Y.Eyvazova) namizədlik dissertasiyalarını müdafiə etmişdir.              
    2008-ci ildə  ilk dəfə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində «25.00.27 -Qurunun hidrologiyası, su ehtiyatları, hidrokimya», «25.00.28–Okeanologiya», 25.00.30–Meteorologiya, iqlimşunaslıq, aqromete-opologiya» ixtisaları üzrə 3 əyani aspirant və 3 qiyabi aspirant Hidrometeorologiya Elmi –Tədqiqat İnstitutunda təhsillərini davam etdirirlər.
    05.03.2007 –ci ildən Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu Mərkəzi Ofis İsveçin Stokholm şəhərində yerləşən «Qlobal Su Əməkdaşlığı» təşkilatına Tədqiqat İnstitutu kimi daxil edilmişdir.
    2008-ci ildə  prof. R.Mahmudov 12.07 .2008 –ci il tarixdə (protokol № 075) Beynəlxalq EKO Energetika Akademiyasının həqiqi üzvü  və Akademiyanın vitse –prezidenti,    24 noyabr 2009 –cu il tarixdə isə Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) həqiqi üzvü seçilmişdir.
    R.Mahmudov Milli Elmlər Akademiyasının Prezidentinin sərəncamı ilə Coğrafiya və Xəzər  dənizi üzrə Respublikada Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə problem şuralarının üzvü təyin edilmişdir.
    R.Mahmudov AMEA-nın Coğrafiya İnstitutunun nəzdində doktorluq dissertasiya Şurasının üzvü olmaqla bərabər, o iki doktorluq və bir namizədlik dissertasiyasının opponenti  olmuşdur. Onun rəhbərliyi altında iki  elmlər doktoru və altı aspirant dissertasiya işləri üzərində tədqiqatlarını davam etdirir.

    Hidrometeorologiya Elmi tədqiqat İnstitutunun inkişaf perspektivləri

    Elmi tədqiqatlarla bağlı İnstitutun inkişaf perspektivi Azərbayjan respublikasının  prezidenti cənab İ.Əliyevin təsdiq etdiyi «Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişaf Proqramı»nda elmi tədqiqatlarla bağlı maddə olan  -4.5 –də öz əksini tapmışdır.
    Maddə 4.5. Hidrometeoroloci elmi tədqiqatlar
    Hidrometeorologiya elminin gələcək inkişafında aşağıdakı istiqamətlərin əsas fəaliyyət sferası kimi formalaşması nəzərdə tutulmalıdır:
    - Müasir iqlim dəyişmələri və onun ətraf mühitə təsirinin qiymətləndirilməsi:
    - Su ehtiyatlarının qiymətləndirilməsi və çayların daşqın proqnozu metodikasının hazırlanması:
    - Çayların ekoloji axımının tədqiqi
    - Meteoroloji və hidroloji quraqlıq hadisələrinin tədqiqi və onların proqnoz metodikasının işlənilməsi:
    - Təhlukəli hidrometeoroloji hadisələrin öyrənilməsi və onların proqnoz məsələləri:
    - Xəzər dənizinin hidrometeoroloji rejiminin tədqiqi:
    - Biometeoroloji tədqiqatların aparılması:
    Hazırda Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu respublikamızda hidrometeorologiya elminin gələcək inkişafında aşağıdakı prioritet istiqamtləri özünün əsas fəaliyyət sferası kimi nəzərdə tutur:
      Respublikamızda gedən islahatlara, onun iqtisadi inkişafına cavab verə bilən respublikamızın hidrometeoroloji şəraitinin öyrənilməsinə dair aktual elmi tədqiqat işlərinin aparılması
      Respublikamızda Hidrometeoroloji Xidmətin elmi əsaslara istinad edən kompleks elmi bazasını təmin etmək
    •   Dünya hidrometeorologiyasının tərkib hissəsi kimi dünya hidrometeorologiyasında baş verən elmi texniki yeniliklərin respublikamızda tətbiq məsələlərini öyrənmək və həyata keçirmək
    •   Müasir səviyyəli regional hidrometeoroloji tədqiqatları və beynəlxalq layihələrdə iştirakı ilə dünya hidrometeorologiyasına inteqrasiyanı artırmaq.
    •   Regional iqlim dəyişmələri nəzərə alınmaqla respublikanın təbii su ehtiyatlarının və yüksək dağlıq ərazilərin qar, buz ehtiyatlarının qiymətləndirilməsi

    Göstərilən məsələləri həll etmək məqsədilə nazir H.Bağırov tərəfindən
    Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun 2007 -2012 –ji illər üçün «İnkişaf Proqramı»ı təsdiq edilmişdir (Əmr №323/ü, 20.06.07).

    Rəhbərlik və büdcə xərcləri haqqında məlumatlar

    I. Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun rəhbərliyinə daxildir:

    1. Direktor   
    2. Direktor müavini
    3. Elmi katib   
    4. Baş mühasib 
    5. Kadrlar üzrə mütəxəssis 

    II.  Hidrometeorologiya Elmi Tədqiqat İnstitututnun strukturu

    III. Hidrometeorologiya Elmi Tədqiqat İnstitututnun illik smeta xərcləri (2007 –ci il üzrə) 84851  manat təşkil etmişdir.




17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü
11/01/2012. İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
06/01/2012. İranda 5 bal gücündə zəlzələ olub
05/01/2012. Braziliyada daşqınlar 8 nəfərin həyatına son qoyub












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com