Ekologiya və Təbii Sərvətlər Nazirliyi


AZ EN

Saytın xəritəsi  Ana səhifə  Saytın yenidən yüklənməsi Ən sonda: Transsərhəd çaylarda monitorinqlər aparılıb



 Poçtunuzu yoxlayın!
 İstifadəçinin adı
@eco.gov.az
 Şifrə

Bizim poçtumuza yazın

BİZƏ YAZIN








Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Milli Hidrometeorologiya Departamenti haqqında Əsasnamə

Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin  «12»  mart 2003-cü il
tarixli  177/ü  nömrəli Əmri ilə
təsdiq edilmişdir. 

I. Ümumi müddəalar

2. Departanment Respublika ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün)  Azərbaycan Respublikasına mənsub olan akvatoriyasında hidrometeoroloji şərait və iqlim üzərində müşahidələr aparan, onların təhlilini və proqnozlaşdırılmasını həyata keçirən, milli və beynəlxalq tələbatın ödənilməsi üçün hidrometeoroloji və onunla bağlı xidmətləri göstərən orqandır.

III . Departamentin funksiyaları

10.1. Əhalini, idarə, müəssisə və təşkilatları qanunvericilikdə  nəzərdə  tutulmuş qaydada  hidrometeoroloji  məlumatlarla, təhlükəli atmosfer hadisələri haqqında xəbərdarlıqlarla, meteoroloji və aqrometeoroloji proqnozlarla,  iqlim xarakteristikaları, səth sularının hidroloji  recimi, Xəzər  dənizinin (gölünün) hidrometeoroloji  xüsusiyyətləri haqqında məlumatlarla  təmin edir;

10.2. Hidrometeoroloji məlumatların operativ olaraq yığılmasını, yoxlanmasını, təhlil edilməsini, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada yerli, regional və beynəlxalq təşkilatlarla yayımlanmasını    təmin edir;

10.3. Yerüstü  suların uçotunu aparır, Dövlət  Su  Kadastrının   aparılmasından irəli  gələn  məsələləri həll edir;

10.4. Müşahidə sistemlərinin  səmərəli fəaliyyət göstərməsini, hidrometeoroloji stansiya  və digər  müşahidə  məntəqələrinin normal işini təmin edir;

10.5. Yerüstü  su obyektlərində, kənd təsərrüfatı  bitkiləri üzərində, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşələrdə, otlaqlarda, yer səthində və atmosferdə radiasiya  durumu üzərində sistematik  müşahidələr aparır;

10.6. Antropogen  təsir  nəticəsində ozon təbəqəsində gedən  dəyişikliklər, eləcə də atmosferdə  ozonun ümumi miqdarı üzərində müşahidələr və tədqiqatlar aparır;

10.7. Xəzər dənizinin (gölünün) hidrometeoroloji və səviyyə rejimini öyrənmək məqsədi ilə müşahidələr  təşkil edir;

10.8. Əhaliyə, iqtisadiyyata  ziyan vuran, qəzalara gətirib çıxara biləcək təhlükəli və xüsusilə  təhlükəli hidrometeoroloji  hadisələr  (sellər, güclü küləklər, qasırğa, sahillərin subasması, qar uçqunları, güclü şaxtalar, quraqlıqlar və s.) haqqında  xəbərdarlıqların hazırlanmasını və  onların dövlət idarəetmə orqanlarına, əlaqədar təşkilatlarla  və əhalinin nəzərinə  çatdırılmasını təmin edir;

10.9.  Kür, Araz  çaylarının  və digər daxili  suların  hövzələri, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan  Respublikasına mənsub olan bölməsi üzrə məlumatların təhlili əsasında su təsərrüfatı balansının su ehtiyatalarından kompleks istifadənin və onların mühafizəsinin perspektiv sxemlərinin hazırlanmasında və onların həyata keçirilməsində  iştirak edir;

10.10. Atmosferdə,  Xəzər dənizinin  (golünün) Azərbaycan Respublikasına mənsub olan  bölməsində su tutarlarında habelə quruda, hidrometeoroloji proseslərin monitorinqini keçirir, regional iqlim dəyişmələrinin və bu sahədə digər qlobal hidrometeoroloji problemlərin ölkə əhalisinə və iqtisadiyyata təsirini araşdırır;

10.11. Beynəlxlaq və yerli aeronaviqasiyaya meteoroloji xidmətin göstərilməsi üçün səlahiyyətli meteoroloji orqan səlahiyyətlərini həyata keçirir;

10.12. Aviasiyanın meteoroloji təminatının beynəlxalq səviyyədə həyata keçirilməsi məqsədi ilə Nazirliklə  razılaşdırılmış  qaydada  aviameteoroloji stansiya  və məntəqələr  təşkil edir, müşahidələr  aparır və proqnozlar tərtib edir;

10.13. Təhlükəli hidrometeoroloji  və digər təbi hadisələrin əmələ gəlməsinin və inkişafının  doğurduğu  nəticələr  üzrə sistemli müşahidələr təşkil edir və aparır;

10.14. Qanunvericilikdə müəyyən edilmiş qaydada hidrometeoroloji məlumatların xarici ölkələrlə, beynəlxalq təşkilatlarla  mübadiləsini və uzlaşmasını  həyata  keçirir, bu sahədə  hidrometeorologiya,     habelə  hidrometeoroloji  proseslərə  fəal təsir üzrə qabaqcıl təcrübədən istifadə  olunmasını təmin edir;
10.15. Azərbaycan Respublikası ərazisində  Ümumdünya Meteorologiya  Təşkilatının  təlimatlarına  uyğun  olaraq radiometeoroloji  və aeroloji müşahidə  şəbəkəsinin  inkişafı  barədə  Nazirliyə təkliflər verir;

10.16. Radiometeoroloji  və aeroloji  məlumatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının  ərazisi  daxilində, regional  və beynəlxalq səviyyələrdə mübadiləsini həyata  keçirir;

10.17. Hidrometeoroloji proseslərə, iqlimə, təbii mühitə  antropogen  fəaliyyətin təsirini təhlil edir və onun mənfi  nəticələrinin  aradan  qaldırılması üzrə tövsiyyələr hazırlayır;

10.18. Fövqəladə hadisələrə gətirib çıxaran, yaxud  əhali və iqtisadiyyat üçün təhlükə törədən və dağıntılarla  nəticələnən təhlükəli hidrometeoroloji  hadisələrin vurduğu ziyanın minimuma endirilməsi məqsədi ilə mövcud üsul  və metodları vaxtaşırı  olaraq  təkmilləşdirir;

10.19.  Hidrometeorologiya sahəsində məlumatların  toplanması, istifadəsi, ötürülməsi , regional  və beynəlxalq səviyyədə məlumatlar mübadiləsi  üçün Ümumdünya Meteorologiya Təşkilatının təlimatlarına uyğun olaraq informasiya  və telekommunikasiya sisteminin  yaradılması və istismar  edilməsi haqqında  Nazirliyə  təkliflər verir və bu işlərin keçirilməsini təmin edir;

10.20. Hidrometeoroloji  müşahidələrin vahid sistemdə  aparılmasını, müvafiq milli  və beynəlxalq standartlara uyğunlaşdırılmasını  təmin edir;

10.21. Hidrometeorologiya sahəsində  mütərəqqi üsulların tətbiqi məqsədi ilə metodik göstəriş, təlimatların  təkmilləşdirilməsi  barədə  Nazirliyə  təkliflər  verir və tətbiq olunmasını təmin edir;

10.22. İstismarında olan bütün növ hidrometeoroloji  cihaz  və ölçü vasitələrinin  vaxtaşırı attestasiyasını, etalon  cihazlarla   tutuşdurulmasını  və yoxlanılmasının təmin edilməsi məqəsədi ilə ölçü vasitələrinin siyahısını Nazirliyin Metrologiya və Standartlaşdırma Mərkəzinə təqdim edir;

10.23. İqlimin   qlobal və regional  dəyişmələri  üzrə müşahidələr və  tədqiqatlar aparır, milli iqlim  proqramını  həyata keçirir;

10.24. Nazirlik tərəfindən təsdiq  edilmiş qayda və normalara uyğun olaraq mürəkkəb fiziki-coğrafi  şəraitdə  (yüksək dağlıq zonada,  adada, açıq dənizdə) ətraf mühitin  hidrometeoroloji  rejimi üzrə müşahidələr  və işlər aparan işçilərini  xüsusi geyim, ərzaq və digər fərdi mühafizə  vasitələri  ilə təmin edir;

10.25. Nazirlik tərəfindən Departanmentə həvalə edilmiş qanunvericiliyə uyğun digər funksiyaları  həyata keçirir.




Ən çox oxunanlar 
Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda
Bilirsinizmi? 
Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir