Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07



Hüquq Şöbəsi / Əsas fəaliyyət istiqamətləri

Hüquq Şöbəsinin əsas fəaliyyət istiqamətləri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq Şöbəsi aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:

    1) Nazirliyin və onun vəzifəli şəxslərinin fəaliyyətində qanunçuluğun təmin olunmasına hüquqi yardım göstərmək, o cümlədən aparatın vəzifəli şəxslərinə və struktur bölmələrinə (departament, xidmət, idarə və s.) Nazirliyin səlahiyyətləri və fəaliyyətinin əsas istiqamətləri üzrə hüquqi məsləhətlər və rəylər vermək;

    2) Normativ hüquqi və normativ aktların layihələrinin hazırlanmasında bilavasitə iştirak etmək;

    3) Sənədlərin (layihələrin) hüquqi ekspertizasını aparmaq, onlara dair irad və təkliflərini aidiyyəti üzrə təqdim etmək;

    4) Nazirliyin rəhbərliyinə imzalanmaq üçün təqdim edilən normativ hüquqi aktların və normativ xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;

    5) Nazirliyi müəyyən olunmuş qaydada məhkəmələrdə, hüquqi məsələlər və Nazirin göstərişi ilə başqa məsələlər üzrə digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətlərdə təmsil etmək, Nazirliyin qanunvericiliyə uyğun hüquqlarını və maraqlarını müdafiə etmək;

    6) Nazirliyin hüquqi şəxs statuslu qurumları tərəfindən həyata keçirilən hüquqi işlər, o cümlədən hüquqi ekspertiza və normativ-hüquqi təminat işləri, habelə əməyin mühafizəsi işləri üzərində təşkilati-metodiki rəhbərliyi həyata keçirmək və nəzarət etmək;

    7) Nazirin göstərişi ilə hüquqi məsələlər üzrə digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətlərdə Nazirliyi təmsil edərək, qanunvericiliyə uyğun hüquqlarını və maraqlarını müdafiə etmək.

Əsasnamə




17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü
11/01/2012. İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
06/01/2012. İranda 5 bal gücündə zəlzələ olub
05/01/2012. Braziliyada daşqınlar 8 nəfərin həyatına son qoyub












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com