Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Geologiya / Yeraltı suların axtarışı və kəşfiyyatı 2010

2010-cu il üzrə yeraltı şirin suların axtarışı və kəşfiyyatı

Hazırda ölkə hüdudlarında içməli, müalicəvi və termal su axtarışları davam etdirilir. Respublika ərazisində yerüstü və yeraltı şirin su hövzələri məhdud ehtiyatlara malik olmaqla ərazilər üzrə qeyri-bərabər paylanmışdır. Yerüstü şirin su ehtiyatları 28030 km3-dur və onun 72%-i ölkə hüdudlarından kənarda formalaşır. Buna görə də yeraltı suların böyük əhəmiyyəti vardır. Hal-hazırda Respublika üzrə yealtı suların istismar ehtiyatları gün ərzində 21606,06 min m3 həcmindədir.
Daha çox istismar ehtiyatına malik yeraltı sular Qarabağ-Mil - 7909,02 mln. m3 ; Gəncə-Qazax - 4218,6 mln m3; Qanıx-Əyriçay – 3822,0 mln m3; Samur-Qusarçay - 3470,72 mln m3 , Naxsıvan – 9022 mln m3, Şirvan - 517,7 mln m3 həcmində yayılmışdır.
Azərbaycanda 200 qrupdan artıq mineral su mənbəyi vardır ki, bunların da 1000-dən artıq çıxışı vardır. Kimyəvi tərkibə görə Azərbaycanın mineral suları 10 qrupda cəmləşmişlər:hidrokarbonat, hidrokarbonat-xlorid, hidrokarbonat-xlorid-sulfat, hidrokarbonat-sulfat, xlorid-hidrokarbonat, xlorid, xlorid-sulfat, sulfat-xlorid, sulfat-hidrokarbonat, göydaşlı. Mineral suların ümumi ehtiyatı 16 mln l/sutkadır. Ayrı-ayrı bölgələr üzrə ehtiyatlar: Böyük Qafqaz - 1898,6 min l/sutka, Kiçik Qafqaz - 11278,7 min l/sutka (o cümlədən Naxçıvan MR-sı - 4352,1 min l/sutka), Talış - 2793,9 l/sutka, Kür çökəkliyi – 50,0 min l/sutka təşkil edir.
Respublika üzrə termal suların proqnoz istismar ehtiyatları aşağıdakı kimi qiymət-ləndirilir:
Böyük Qafqazın cənub yamacı – 2000 m3/gün (t–30-500C) ;
Quba-Xaçmaz zonası – 21000 m3/gün (t–40-850C) ;
Abşeron yarımadası – 20000 m3/gün (t–40-900C) ;
Kiçik Qafqazın dağlıq hissəsi – 4000-5000 m3/gün (t–30-740C) ;
Naxçıvan MR – 3000 m3/gün (t–40-500C) ;
Talış dağlıq bölgəsi – 15000 m3/gün (t–31-430C);
Lənkəran düzənliyi – 7000-8000 m3/gün (t–44-640C);
Kür çökəkliyi – 170000 m3/gün (t–30-710C);
Respublika üzrə – 249000 m3/gün.
Respublikanın müxtəlif bölgələrində, xüsusən də aran hissəsində yerləşən rayonlarda əhalinin içməli suya, o cümlədən kənd təsərrüfatının suya olan tələbatı çox çətinliklə çay suları, əksər hallarda sanitar normalara cavab verməyən arx və kanal suları vasitəsilə ödənilir. Əhalinin suya olan ehtiyacının ekoloji təmiz sularla təmin etmək məqsədi ilə Beyləqan, İmişli, Saatlı, Ağstafa, Qobustan, Bərdə, Tovuz, İsmayıllı, Xızı, Samux rayonlarında 2-8 l/san debitə malik içmək və təsərrüfat məqsədləri üçün istifadəyə yararlı şirin və az minerallaşmış sular aşkar edilmişdir. Bakı şəhərinin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə Bakı-Oğuz-Qəbələ su kəmərinin tikintisinin hidrogeoloji cəhətdən əsaslandırılması işləri vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilmişdir. Qazılmış kəşfiyyat quyularından alınan nəticələrə əsaslanaraq göstərilən sahədə 5 m3/ san həcmində «İçməli Su» standartlarına cavab verən ekoloji  saf yeraltı su ehtiyatları qiymətləndirilmiş və təsdiqlənmişdir. Qaçqın düşərgələrində və İsmayıllı rayonunun Qalıncaq, Qoşakənd və Ruşan kəndləri ərazisində qazılmış quyular təmənnasız olaraq əhalinin istifadəsinə verilmişdir. Samux və İsmayıllı rayonlarında eləcə də, Girdmançay-Göyçay arası sahələrdə, Mil düzünün Hərəmi, sahəsində aparılan yeralti şirin su axtarışı işləri başa çatdırılmış, həmin regionların yeraltı su ehtiyatları ilkin qiymətləndirilmişdir. Şirvan Milli Parkı ərazisində,  o cümlədən qaçqın və məcburi köçgünlərin məskunlaşdığı ərazilərədə yeraltı suların axtarışı davam etdirilir.

2009-cu il üzrə yeraltı şirin suların axtarışı və kəşfiyyatı

2008-ci il üzrə yeraltı şirin suların axtarışı və kəşfiyyatı




17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü
11/01/2012. İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
06/01/2012. İranda 5 bal gücündə zəlzələ olub
05/01/2012. Braziliyada daşqınlar 8 nəfərin həyatına son qoyub












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com