Yer təkinin geoloji öyrənilməsində, stratiqrafiyasının, tektonikasının, maqmatizminin, strukturunun araşdırılmasında, yayılmış faydalı qazıntıların yerləşmə qanunauyğunluqlarının, sənaye–genetik tiplərinin müəyyənləşdirilməsində və bütövlükdə ərazinin həm faydalı qazıntılara perspektiv qiymətlənqdirilməsində, həm də müxtəlif ekzogen geoloji proseslərə həssaslığının təyin olunmasında regional və lokal, iri və kiçik miqyaslı geoloji planalma işlərinin mühüm rolu vardır.
- Aparılmış 1:200000 miqyaslı regional geoloji və geofiziki planalma işləri nəticəsində respublika ərazisinin ümumi geoloji, struktur, metallogenik, faydalı qazıntı ytaqlarının yerləşmə qanunauyğunluqları, geofiziki və geokimyəvi anomaliyalar, tektonomaqmatik xəritələri düzəldilmiş, tamamlanmış və dəqiqləşdirilmişdir.
- Böyük Qafqaz, Kiçik Qafqaz (o cümlədən Dağlıq Talış, Naxçıvan) regionları üzrə 1:50000 miqyaslı planalma işləri başa çatdırılmaqdadır.
- Böyük Qafqaz regionunun Şəki-Qəbələ kəsimində aşkar olunmuş ultraəsası və əsasi tərkibli maqmatik komplekslərin hüdudlandırılması məqsədi ilə 1:50000 miqyaslı məxsusi geofiziki işlər (qravikəşfiyyat) davam etdirilir.
- Böyük Qafqazın cənub- şərq kömülmə zonasında: Ələt- Bəndovan sahəsində 400km2 sahədə aparılan 1:50000 miqyası ümumi axtarışla birgə geoloji planalma işləri davam etdirilir, Yaşma sahəsində ( Qərbi Xəzəryanı bölgə) isə 390 km2 sahədə 1:50000 miqyası geoloji planalma işləri başa çatdırılmışdır. Ələt-Bəndovan sahəsində kvars qumlarında 0,0016-0,01% molibden, həmçinin molibdenin 0,02-0,025% tutumlu törəmə anomal zonaları aşkar edilmiş, Yaşma sahəsində isə Sumqayıt lay dəstəsinin terrigen- çökmə süxurlarında manqana anomal sahə ayrılmışdır.
- Acınohur geoloji əyalətinin Daşüz sahəsində 600 km2 ərazidə aparılan 1:50000 miqyaslı geo-
loji planalma işləri başa çatdırılmış, litokimyəvi sınaqlama nəticəsində Mn(0,3- 0,8%), Mo (0,003- 0,008 %) metallarına zəif anomaliya sahələri ayrılmışdır.
- Dağlıq Talışın şimalında, Burovar sahəsində 1:50000 miqyası ümumi axtarışla birgə geoloji planalma işləri icra olunur. Cari ildə 200 km2 həcmində planalma işləri icra olunmuş, filiz faydalı qazıntılarına hələlik müsbət nəticə əldə edilməmişdir.
- Böyük Qafqazın Tufan və Kiçik Qafqazın Kəpəz sahələrinin yüksək dağlıq hissələrində filizə perspektivli hesab olunan ərazilərdə lokal filiz sahələri, təzahürləri və yataqlari aşkarlamaq məqsədi ilə uyğun olaraq 194 km2 və 200 km2 ərazilərdə ümumi geoloji, geofiziki axtarışla müşayiət olunan 1:25000 miqyasda planalma işləri aparılır. Cari ildə Tufan sahəsində 30 km2 ərazidə planalma işləri icra olunmuş, Şahnabatçayın dib çöküntülərindən alınmış sınaqlarda 0,012-0,016% molibden tutumu təyin olunmuşdur.Kəpəz sahəsinin 40 km2 hissəsində 1:25000 miqyasda xəritələmə və axtarış işləri davam etdirilmişdir. Burada litokimyavi sınaqlarda molibdenin klardan yüksək törəmə tutmları müəyyən edilmişdir.
- Respublika ərazisinin faydalı qazıntılırın perspektivliyinin yeni geoloji nəzəriyyələrə, son dövrlərdə müəyyənləşdirilmiş filiz formasiyalarına nəzərən yenidən qiymətləndirilməsindən ötrü geoloji tədqiqatlar aparılır.
2008-ci il üzrə regional geoloji tədqiqatlar
|