Yer təkinin geoloji öyrənilməsində, stratiqrafiyasının, tektonikasının, maqmatizminin, strukturunun araşdırılmasında, yayılmış faydalı qazıntıların yerləşmə qanunauyğunluqlarının, sənaye–genetik tiplərinin müəyyənləşdirilməsində və bütövlükdə ərazinin həm faydalı qazıntılara perspektiv qiymətlənqdirilməsində, həm də müxtəlif ekzogen geoloji proseslərə həssaslığının təyin olunmasında regional və lokal, iri və kiçik miqyaslı geoloji planalma işlərinin mühüm rolu vardır.
- Aparılmış 1:200000 miqyaslı regional geoloji və geofiziki planalma işləri nəticəsində respublika ərazisinin ümumi geoloji, struktur, metallogenik, faydalı qazıntı ytaqlarının yerləşmə qanunauyğunluqları, geofiziki və geokimyəvi anomaliyalar, tektonomaqmatik xəritələri düzəldilmiş, tamamlanmış və dəqiqləşdirilmişdir.
- Böyük Qafqaz, Kiçik Qafqaz (o cümlədən Dağlıq Talış, Naxçıvan) regionları üzrə 1:50000 miqyaslı planalma işləri başa çatdırılmaqdadır.
- Böyük Qafqaz regionunun Şəki-Qəbələ kəsimində aşkar olunmuş ultraəsası və əsasi tərkibli maqmatik komplekslərin hüdudlandırılması məqsədi ilə 1:50000 miqyaslı məxsusi geofiziki işlər (qravikəşfiyyat) davam etdirilir.
- Böyük Qafqazın cənub- şərq kömülmə zonasında: Ələt- Bəndovan sahəsində (2010-cu ildə-150km2) 1:50000 miqyası ümumi axtarışla birgə geoloji planalma işləri başa çatdırılmış, Kiçik Kənizdağ sahəsində qalınlığı 1.0m, 5km məsafədə izlənən vulkan külü aşkar edilmişdir.
- K-39-111-V topovərəqinin hüdudlarında 140km2 sahədə 1:50000 miqyaslı geoloji planalma işləri aparılmış, Koun lay dəstəsinin daxilində bentonit gili və vulkan külü aşkarlanmışdır.
- Dağlıq Talışın şimalında, Burovar sahəsində 1:50000 miqyaslı ümumi axtarışla birgə geoloji planalma işləri icra olunur. Cari ildə 200 km2 həcmində planalma işləri aparılmış, ərazinin stratiqrafiyası, tektonikası üzrə yeni nəticələr alınmışdır. Böyük Qafqazın Tufan (50km2) və Kiçik Qafqazın Kəpəz (30km2) sahələrində ümumi geoloji, geofiziki axtarışla müşayiət olunan 1:25000 miqyasda planalma işləri aparılmışdır. Tufan sahəsində geokimyəvi sınaqlarda 0,01-0,02% tutumlu molibden aşkarlanmış, Kəpəz sahəsində öyrənilmiş Dardərə və Əhmədli zonalarından götürülmüş litokimyəvi sınaqlarda 0.01-0.02% tutumlu molibden təyin edilmişdir.
- Respublika ərazisinin faydalı qazıntıların perspektivliyinin yeni geoloji nəzəriyyələrə, son dövrlərdə müəyyənləşdirilmiş filiz formasiyalarına nəzərən yenidən qiymətləndirilməsindən ötrü geoloji tədqiqatlar davam etdirilir.
2009-cu il üzrə regional geoloji tədqiqatlar
2008-ci il üzrə regional geoloji tədqiqatlar
|