Ekologiya və Təbii Sərvətlər Nazirliyi


AZ EN

Saytın xəritəsi  Ana səhifə  Saytın yenidən yüklənməsi Ən sonda: Transsərhəd çaylarda monitorinqlər aparılıb



 Poçtunuzu yoxlayın!
 İstifadəçinin adı
@eco.gov.az
 Şifrə

Bizim poçtumuza yazın

BİZƏ YAZIN








Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Regional hidrogeoloji tədqiqatlar

Bu tədqiqatalar Respublika ərazisində yaşayış məntəqələrinə, müxtəlif təsərrüfat obyektlərinə və infostrukturlara xeyli ziyan vuran ekzogen geoloji proseslərin (sürüşmələr, abraziya, yarğanəmələgəlmə, subasma və s.) öyrənilməsi, proqnozlaşdırılması və onların qarşısının alınması üçün təkliflərnin hazırlanmasının, yeraltı suların hidrokimyəvi və hidrodinamiki  xüsusiyyətlərinin, onların çirkləndiricilərinin öyrənilməsinə, 1:200000 miqyaslı hidrogeoloji planalma işlərinin aparılmasına yönəldilmişdir.
Ekzogen geoloji proseslərin (EGP) öyrənilməsi. Respublika ərazisində ekzogen geooji proseslərdən  ən geniş  yayılanı torpaq sürüşmələridir. Torpaq sürüşmələrinə məruz qalan ərazilərin  əhatə dairəsi 8000 km2-dən, burada yerləşən  yaşayış məntəqələrinin sayı 1300-dən çoxdur.
Ekzogen geoloji proseslər Naxçıvan MR, Lerik, Yardımlı, Cəlilabad, İsmayıllı, Şamaxı, Ağsu, Dəvəçi, Qax, Xızı, Qobustan, Quba, Qusar, Şəki, Zaqatala, Mingəçevir, Gədəbəy, Xanlar, Daşkəsən rayonları, Abşeron yarımadası və Bakı şəhəri ərazisində geniş yayılmışdır. Abşeron yarımadası ərazisində və dövrü olaraq sahələri su basması, sürüşmələr, torpaq çökmələri,  eol prosesləri, sahillərin abraziyası,  yarğanəmələgəlmə və s. baş verir, dövlətə və əhaliyə küllü miqdarda ziyan dəyir.
EGP-in yaranma şəraiti, rejimi və dinamikasının öyrənilməsi üzrə işlərin əsas vəzifəsi aşağıdakılardır:
- monitornqin təşkili (EGP-in inkişaf rejimi üzərində məxsusi müşahidə sistemi), təbii və texnogen faktorların təsiri nəzərə alınmaqla proqnozlaşdırma,  EGP-in ətraf mühitə mənfi təsirinin aradan qaldırılması üzrə  təkliflərin hazırlanması;
- geoloji mühitə təsiri və fəallığın qiymətləndirilməsi;
- EGP-in inkişafına antropogen fəaliyyətin dərəcəsinin və xarakterinin öyrənilməsi və qiymətləndirilməsi;
- müxtəlif  EGP-in yaranması və inkişaf  proqnozlarının tərtibi;
- proqnozların dəqiqləşdirilməsi, yoxlanması və etibarlılığının qiymətləndirilməsi;
- xalq təsərrüfatı obyektlərinin  EGP-yə məruz qalma dərəcəsinin qiymətləndirilməsi;
- EGP-dən mühafizə üzrə təkliflərin hazırlanması və ondan səmərəli istifadə edilməsi;
- EGP-in öyrənilməsi üzrə  dayaq müşahidə şəbəkəsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, o cümlədən mühüm xalq təsərrüfatı əhəmiyyətli məsələlərin həll edilməsi üçün məxsusi müşahidə şəbəkəsinin yaradılması;
- EGP-in proqnozlaşdırılması məqsədi ilə daimi fəaliyyət göstərən modellərin hazırlanması və tətbiqi (ilk növbədə Bayıl sürüşmə zonasında və Mingəçevirdə);
-  bütün maraqlı təşkilatların, ilk növbədə FHN-nin, EGP-in inkişafı üzrə  proqnoz  məlumatları ilə təmin edilməsi;
Respublikanın müxtəlif  rayonlarında EGP-in inkişaf etdiyi 165 məntəqə dövrü müşahidələr, yüksək təhlükəlik dərəcəsinə malik 30-a qədər sürüşmə sahəsində manitorinq aparılır.
Müşahidələrin nəticələrinə əsasən xüsusi bülleten (aylıq, rüblük və illik) hazırlanır və Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş 15 təşkilata göndərilir.
Hidrogeoloji planalma  -    Hidrogeoloji planalma ərazisinin hidrogeoloji xüsusiyyətlərini (sulu kompleks və horizontların stratiqrafik yeri, süxurların sululuğu, yeraltı suların rejimi və keyfiyyəti, yeraltı və yerüstü suların fəaliyyəti ilə əlaqədar fiziki – geoloji proseslər, müxtəlif  relyef formalarının yaranması və s.) müəyyən edilməsi üçün aparılır.  
Respublika ərazisinin 43,4%-i (37,3 min kv.km) 1:200 000 miqyaslı dövlət hidrogeoloji planalma işləri ilə, bütün ərazi isə eyni miqyaslı mühəndisi-geoloji planalma ilə  örtülmüş, müvafiq miqyasda xəritələr tərtib olunmuşdur. Hazırda Respublikanın cənubi-şərq hissəsində (K-39-XXXII, XXXIII vərəqləri hüdudlarında) 7500 kv.km ərazisində eyni miqyaslı planalma işləri  başa çatdırılmışdır, J-39-II vərəqi hüdudlarında  aparılır və J -39 –I, III vərəqlərində davam  etdirilməsi planlaşdırılır.
Meliorativ məqsədlər üçün  1:200 000 miqyaslı və 1:50 000 miqyaslı kompleks hidrogeoloji  və mühəndisi-geoloji planalma işləri müvafiq olaraq 18,3 və 36,1 min km2 sahədə  aparılmış və praktiki olaraq mənimsənilən bütün torpaq sahələrini əhatə etmişdir.




Ən çox oxunanlar 
Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda
Bilirsinizmi? 
Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir