2009-cu ildə elmi-tədqiqat işlərinə 258000 manat vəsait ayrılmışdır və 11 mövzu ətrafında tədqiqat işləri aparımışdır.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun (MXETİ) yaranma tarixi 1967-ci ildən başlanır.
Keçmiş SSRİ Geologiya Nazirliyinin əsas ocaqlarından biri sayılan Mərkəzi Elmi Tədqiqat Geoloji-Kəşfiyyat İnstitutunun (“SNİQRİ”, Moskva ş.) tərkibində 1967-ci ildə “Azərbaycan Laboratoriyası”yaradılmışdır. Sonralar bu “SNİQRİ”-nin Kompleks Tədqiqatlar Azərbaycan Şöbəsi, 1980-cı ildə-Cənub Metodik-Sınaq Dəstəsi, 1983-cü ildə - Cənub Kompleks Ekspedisiyası, 1988-ci ilin mart ayında “SNİQRİ”-nin Cənub Filialı kimi təsdiq edilir (YUCSNİQRİ).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 1992-ci il tarixli 263 saylı qərarı əsasında “YUCSNİQRİ” İnstitutu Əlvan və Nəcib Metallar üzrə Dövlət Elmi-Tədqiqat Geoloji Kəşfiyyat Müəssisəsi kimi “AZƏRDÖVLƏT-ƏLVANMETAL” Konserninin tərkibinə verilir.
1992-ci ilin oktyabr ayında İnstitutun əsasında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ilk dəfə olaraq Respublikada “AZƏRQIZIL”Dövlət Şirkəti yaranır. Azərbaycan Dövlət Elmi-Tədqiqat, Layihə nəcib, nadir və əlvan metallar üzrə İnstitutu (“YUCSNİQRİ”) isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə şirkətin bir tərkib hissəsi kimi təsdiq edilir.
2000-c ilin yanvar ayında “AZƏRQIZIL”DŞ ləğv edilmişdir. Bu zaman İnstitut bir elmi-tədqiqat qurumu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “AZƏRDÖVLƏTGEOLKOM”-un tərkibinə; 2001-ci ilin may ayından isə yeni yaranmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daxilinə Mineral Xammal Elmi-Tədqiqat İnstitutu kimi verilir.
Qeyd etmək lazımdır ki, əgər keçmiş SSSR-i Geologiya Nazirliyinin və “AZƏRQIZIL” DŞ-nin nəzdində olarkən bu qurum təkcə nəcib və əlvan metallarla bağlı olan məsələlərlə məşğul olurdusa, Mineral Xammal Elmi-Tədqiqat İnstitutu statusunu aldıqdan sonra, o ölkəmizdə bütövlükdə hər növ faydalı qazıntı yataqlarının geoloji məsələləri ilə kompleks məşqul olan yeganə xüsusiləşdirilmiş Elmi-Tədqiqat İnstitutudur.
İnstitutun əsas elmi fəaliyyəti geologiya və geoiqtisadiyyat, dağ-mədən, texnologiya, geoekologiya, riyazi proqramlaşdırma və fiziki-kimyəvi tədqiqatlar istiqamətlərindən ibarətdir. Bunlar aşağıdakı tərzdə müəyyənləşdirilib:
- Azərbaycan Respublikasında bütövlükdə hər növ faydalı qazıntı yataqlarının geoloji xüsusiyyətlərinin müəyyənləşdirilməsi üzrə kompleks tədqiqatların aparılması;
- müasir proqnozlaşdırma üsullarının tətbiqi əsasında dünya bazarının konyukturasını nəzərə almaqla, Respublika ərazisinin müxtəlif növ mineral xammallara potensial perspektivliyinin təyini istiqamətində tədbirlərin tərtibi; - geoloji-kəşfiyyat işlərinin məqsədyönlü aparılması üzrə perspektiv istiqamətlərin müəyyənləşdirilməsi və təkliflərin hazırlanması;
- müvafiq miqyasda xəritələr dəstinin tərtib olunması ilə kiçik və irimiqyaslı proqnoz-metallogenik tədqiqatların aparılması;
- geoloji-kəşfiyyat işlərinin səmərəliliyini qiymətləndirmək məqsədi ilə geoloji-iqtisadi elmi-tədqiqatların aparılması;
- filiz və qeyri-filiz mineral xammalının emalı üzrə mövcud texnologiyaların təkmilləşdirilməsi, elementlərin tam və kompleks çıxarılmasını təmin edən yeni və qeyri-ənənəvi texnoloji sxemlərin tərtib edilməsi;
- faydalı qazıntıların istismarında ətraf mühitin mühafizəsini təmin edən müasir sxemlərin işlənməsi;
- istismar olunan yataq sahələrinin, ayrı-ayrı filiz rayonlarının, yeraltı və yerüstü suların, ümumilikdə Respublika ərazisinin geoekoloji şəraitinin qiymətləndirilməsi və proqnozunun aparılması üzrə müvafiq təkliflərin hazırlanması.
Ümumilikdə qeyd etməliyik ki, İnstitutun elmi-tədqiqat işlərində hazırda və xüsusən gələcəkdə Respublikamızın hüdudlarında olan filiz sahələrində və yataqlarında əvvəllər aparılmış axtarış-kəşfiyyat, geofiziki və geokimyəvi işlərin nəticələrinin dərin təhlilinə, onların ehtiyatlarının və proqnoz resurslarının yenidən hesablanmasına, struktur-tektonik yerləşmə qanunauyğunluqla-
rının dəqiqləşdirilməsinə və yeni elmi əsasda əməli proqnozlaşdırma meyarlarının tərtibinə, bütün növ filizlərin maddi-mineraloji tərkibinin öyrənilməsinə və müxtəlif texnoloji üsulları (flotasiya, geotexnoloji, avtoklav, bioloji qələviləşdirmə) tətbiq etməklə nəcib, əlvan və nadir metalların tam çıxarılmasına, yataqların yeni texnologiyaların tətbiqi baxımından yenidən qiymətləndirilməsinə xüsusi fikir verilmişdir. Bu məsələdə Respublikanın özünün və Dünya mineral-xammal bazarının konyukturası öyrənilərək ilk növbədə tələbatı olan mineral xammal növləri ön sırada durur. 2009-cu ildə texnoloji tədqiqatların əsas istiqaməti mis- porfir filizlərin topa qələviləşdirmə üsulu ilə emalı üzrə olmuşdur.
Son illərdə İnstitut geologiya və geoiqtisadiyyat sahəsində Azərbaycan ərazisinin qızıllılığının proqnoz qiymətləndirilməsi ilə məşğul olmuş və 2001-2015-ci illər üçün geoloji-kəşfiyyat işlərinin əsas istiqamətinin işlənilməsində iştirak etmişdir. Məxsusi qızıl və mahiyyətcə qızıllı kompleks filiz yataqlarının əmələ gəlməsi və yerləşməsini şərtləndirən maddi-struktur amillər kompleksi müəyyən edilmişdir. Respublika ərazisinin qızıla 1:1000000 miqyaslı metallogeniya və 1:500000 miqyaslı proqnoz-metallogeniya xəritələri tərtib edilmişdir. Qızıla və başqa nəcib metallara 2001-2015-ci illərə aparılacaq geoloji-kəşfiyyat və elmi-tədqiqat işlərinin aparılması üçün perspektivli sahələr seçilmiş, onların növbəliliyi və icra üsulları müəyyən edilmişdir.
Kiçik Qafqaz metallogenik əyalətinin perspektivli filiz sahələrində tam öyrənilməmiş filiz obyektləri təhlil edilmiş, onların proqnoz resursları qiymətləndirilmiş və Milli Geoloji-Kəşfiyyat Xidmətinə gələcək geoloji-kəşfiyyat işlərinin istiqaməti barədə tövsiyələr hazırlanmışdır;
Kiçik Qafqazın mərkəzi və cənub-şərq hissələrinin platin qrupu metallarına perspektivliyi qiymətləndirilmiş, axtarış və proqnoz meyarları işlənmişdir. PQM-ı üzrə geoloji-axtarış, proqnoz və s. işlərin aparılması üçün perspektivli sahələr seçilmişdir (Kiçik Qafqazın ofiolit zolağı və Dağlıq Talış zonası);
Naxçıvan Muxtar Respublikasının səpinti qızıla yararlılıq kondisiyaları tərtib olunmuş, maqnezium və s. məmulatların xammal mənbələri kimi dolomit filizlərinin geoloji-iqtisadi qiymətləndirilməsi həyata keçirilmişdir;
Azərbaycan Respublikasının palçıq vulkanları tullantılarında bor birləşmələri və digər yanaşı elementlərin sənaye ehtiyatları qiymətləndirilmişdir. Azərbaycan Respublikasının ərazisinin geoloji-iqtisadi rayonlaşdırılması həyata keçirilmiş və əsas faydalı qazıntılar üzrə 1:500000 miqyasda müvafiq xəritələr tərtib olunmuş, nəcib və əlvan metallar yataqlarının ilkin öyrənilmə mərhələsində geoloji-iqtisadi qiymətləndirilməsi üzrə metodik normativ Tövsiyələr, geoloji-axtarış işlərinin mərhələli aparılması barədə göstərişlər, 1:50000 və 1:25000 miqyasda Dövlət xəritələmə işlərinin aparılması üzrə Təlimat hazırlanmışdır;
Bərk faydalı qazıntı yataqlarının ehtiyatlarının, proqnoz resurslarının təsnifatının və onların Azərbaycanda təşəkkül tapmış müxtəlif filizlərə (Au, Cu, Pb, Zn, Mo, Al, Mg, Fe, səpintilər) tətbiqi üzrə Təlimatların əksəriyyəti tərtib olunub;
Azərbaycanın köklü qızıl yataqlarının (Qoşa, Qızılbulaq, Dağkəsəmən yataqların timsalında) mövcud ehtiyatlar yenidən dəyərləndirilmiş, uzanma və yatım istiqamətlərində filizli zonaların perspektivliyi müəyyən edilmiş, perspektivli sahələr ayrılmış və proqnoz ehtiyatların hesablanması məqsədi ilə yataqların geoloji-genetik və həcmi modelləri tərtib edilmişdir. Bu modellər müvafiq morfogenetik tipli qızıl yataqlarının axtarışında, kəşfiyyat sistemlərinin qurulmasında və axtarış-kəşfiyyat mərhələsində filizləşmənin proqnozlaşdırılmasında kifayət qədər önəmli örnək kimi istifadə edilə bilər.
İlk dəfə olaraq geodinamik əsasda Azərbaycanın 1:500000 miqyasında “Mineragenik xəritəsi” tərtib edilmişdir. Bu xəritə müxtəlif növ faydalı qazıntıların proqnozlaşdırılmasına və geoloji-kəşfiyyat işlərinin optimal aparılmasına imkan verəcəkdir. 2005-2007-ci illərdə Azərbaycan Respublikası ərazisinin müxtəlif geoloji xəritələri tərtib edilir (“Əlvan qızıl və metal yataqları xəritəsi”, “Qeyri-filiz yataqları xəritəsi”, “Geoloji abidələr xəritəsi”, “Geoloji öyrənilmə xəritəsi”, “Geoloji-kəşfiyyat işlərinin aparılması və faydalı qazıntıların istismar şəraiti xəritəsi”). Sadalanan xəritələrin kompyuter variantına da keçirilməsi nəzərdə tutulur.
MXETİ-nin mütəxəssislərinin apardığı mineraloji tədqiqatlar nəticəsində Böyük Qafqazın Duruca ada qövsü strukturunda yerləşən Qalajıq və Həmzəli sahələrində molibden, Filfilliçay təzahüründə qara şistlərin qızıllılığı, Qonaqkənd sahəsində Mo, Ni, Co minerallaşması müəyyənləşdirilmiş və nəhayət ilk dəfə qum daşlarında 12-15% arsenopirit olduğu aşkar edilmişdir.
Dağ-mədən sahəsində mis-porfir yataqlarının açıq üsulla istismarı variantları hazırlanmışdır.
Texnologiya sahəsində 2001-2007-ci illərdə İnstitutun mütəxəssisləri dünya mineral-xammal bazarının konyukturasını araşdırmış və onları Respublikamızın geoloji imkanları ilə uzlaşdıraraq, Azərbaycanın tükənməz dolomit yataqları filizlərindən maqneziumun, palçıq vulkanlarının tullantılarından bor və onu müşayiət edən nadir elementlərin emalı və kompleksli çıxarılma texnologiyalarını tədqiq etmiş və onların tam mənimsənilməsinin mümkünlüyünü öyrənilmişdir. “Dolomitin emalı üsulu”, “Dolomitin kompleks emalı üsulu” barədə 28.02.2007-ci il tarixdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 2 patenti (№-i 20070044 və i 20070045) alınmışdır.
Neftkimya və elektron sənayesinin, həmçinin məişət kimyasının bəzi tullantılarının təmizlənməsi üzrə sınaqdan çıxarılmış üsullar qızıl, gümüş və platin kimi nəcib metalların ayrılmasına, dövriy-
yəyə qaytarılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına imkan verir.
Çovdar qızıl yatağı filizlərindən qızılın çıxarılma texnoloji emal sxeminin tərtibi ilə onların mineral tərkibi və texnoloji xüsusiyyətləri öyrənilmişdir. Naxçıvan MR-nın Əshabi Kəhf qrupu yataqlarının oliqosen yaşlı qızıllı konqlomeratlarının mineral tərkibi, prinsipial texnoloji emal sxemi qiymətləndirilmişdir.
İnstitutun fəaliyyətində zəruri istiqamətlərdən biri geoekoloji tədqiqatlar sayılır. Bu nöqteyi-nəzərdən Xəzəryanı regionunda (10 km sahil zonası), Böyük Bakıda və Sumqayıtda, Abşeron yarımadasında, həmçinin Xəzər dənizinin 0,5, 10, 15, 25, 50, 100, 200 və 300 m dərinlik akvatoriyasında, Xəzərin Abşeron və Bakı arxipelaqları adalarında, Kür çayı hövzəsində, sahilboyu sahəni drenaj edən və Xəzər dənizinə tökülən su axınlarında, Abşeronun göllərində geniş miqyaslı dəqiq geoekoloji işlər aparılmışdır.
Ətraf mühiti çirkləndirən müəssisələr, onun qurğuşunla, sinklə və digər ağır, yüksək zəhərli metallarla çirklənməsində avtonəqliyyatın təsiri təyin edilmişdir. Atmosfer-hidrosfer-biosfer sistemində pozulmuş ekoloji tarazlığın sabitləşməsi səviyyəsinin təyini üzrə meyarlar, ətraf mühitin qorunması üzrə tövsiyələr və tədbirlər tərtib edilmişdir. İnstitut tərəfindən Xəzər dənizinin Azərbaycan sektoru və Xəzəryanı regionu üzrə ekoməlumatlar paketi çapa hazırlanmışdır (ingilis dilində ekoloji-geokimyəvi xəritələrlə). 2001-2005-ci illərdə İnstitut tərəfindən aparılan tədqiqatlar əsasında ekoməlumatlar kataloqu tərtib olunub.
Riyazi proqramlaşdırma sahəsində geoloji-geofiziki və digər məsələlərin riyazi proqramlaş-
dırılması, təminatı və tətbiqi üzrə işlər aparılmışdır, müvafiq proqramlar tərtib olunub.
Fiziki-kimyəvi tədqiqatların sahəsində silikat süxurların element tərkibi və molekulyar struk-
turunun fiziki-kimyəvi, kimyəvi-analitik tədqiqatlarında kompleks miqdarı instrumental üsulu 2 variantda işlənib hazırlanmışdır. Təklif olunmuş üsul silikat analizin iş material tutumunun azalmasına, dəqiqliyinə və məlumatlılığının yüksəlməsinə kömək edir.
Beləliklə, MXETİ-da yüksək elmi-təcrübi səviyyədə, dünya ölkələrinin qabaqcıl təcrübəsini və geologiya elminin nailiyyətlərini rəhbər tutaraq, potensial yataqların və filizli sahələrin qiymət-
ləndirilməsi, qabaqlayıcı axtarış-proqnoz, morfostruktur, mineraloji, texnoloji və s. işlərin aparılması istiqamətində məqsədyönlü tədqiqatlar yerinə yetirilmiş və böyük nailiyyətlər əldə edilmişdir.
Ötən illər ərzində İnstitutun mütəxəsisləri tərəfindən bir sıra elmi monoqrafiyalar və məqalələr müxtəlif curnallarda dərc edilib. Müəlliflik şəhadətnamələri və patentləri alınıb. “Rusca-Azərbaycanca-İngiliscə geoloji terminlər lüğəti” (Müəlliflər: A.Əliyev, Ə.Kərimov, B.Mustafazadə), geologiya, dağ-mədən, metallogeniya, qazma işləri üzrə “Azərbaycan-Rus-İngilis-Fransız İzahlı Geoloji terminlər lüğəti” (Müəlliflər: M.Məmmədov, A.Əliyev, Y.Şirinov və başqaları), “Azərbaycanın bentonitlərinin istehsalı əsasları” (Müəlliflər: H.H.Muxtarov, Y.R.Şirinov); “Kedabek” (müəlliflər: M.Məmmədov, H.Muxtarov, Y.Şirinov) monoqrafiyaları çapdan çıxmışdır. ”Ətraf mühitin çirklənmə mənbələrinin ekoloji-geokimyəvi qiymətləndirilməsi üzrə metodik tövsiyələr” 2007-ci ildə dərc olunub (Müəlliflər: M.Məmmədov, S.Hajıyeva). “Azərbaycanın təbii zonalarının ekoloji durumu”(Müəlliflər: S.Hacıyeva, Ə.Kərimov) monoqrafiyası çapa hazırlanıb.
|