Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyası

Rəis – Ş.Səfərov,
baş geoloq – A.Ağakişiyev,
baş mühəndis
– A. Məmmədov
Ünvan: AZ2229 Goranboy rayonu, Qazanbulaq qəsəbəsi Tel/Fax: (0234)78200
Fəaliyyət sahəsi:
Kiçik Qafqazın Azərbaycan kəsimində bərk faydalı qazıntı axtarışı

Faydalı linklər
Milli Geoloji Kəşfiyyat Xidməti
Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyası
Naxçıvan Geoloji Axtarış Ekspedisiyası
Faydalı Qazıntıların Operativ Kəşfiyyatı Ekspedisiyası
Abşeron-Qobustan və Xəzəryanı Geoloji Axtarış Ekspedisiyası 
Geoloji Planalma Ekspedisiyası
Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası
Geoekoloji Monitorinq Mərkəzi
Mineral Xammal Elmi-Tədqiqat İnstitutu
Sahələrarası Kompleks Fiziki-Kimyəvi Tədqiqatlar Mərkəzi
Zənginləşdirilmiş konsentratdan seçilmiş ölçüləri (0.2-0.5 mm) olan sərbəst qızıl dənəcikləriKiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasında geoloji-kəşfiyyat işləri 10 obyektdə aparılmışdır. Nəcib metala (qızıl), tikinti materiallarına (qum, çınqıl, gil, qum-çınqıl qarışığı, əhəngdaşı, üzlük daş və s.) geoloji-kəşfiyyat işləri aparılmış, Daşkəsən və Xanlar inzibati rayonları ərazisində geoekoloji tədqiqatlar aparılmışdır. 2007-ci ilə ayrılmış büdcə vəsaiti  356800 manat olmuşdur. Göy göl filiz sahəsinin Tülallar təzahüründə kompleks qızıl yataqlarına aparılan işlərin hesabatı tərtib olunmuş, sənaye əhəmiyyəti daşıya biləcək proqnoz resurs müəyyənləşdirilmişdir. Gədəbəy filiz rayonunun Moruqludağ sahəsində aşkarlanmış mis-porfir tipli filiz yatağının ehtiyatı müəyyənləşdirilmişdir.

«Azərbaycanın  Uralı» (ifadə akad. M.Qaşqayındır)  adlanan  bu  region qara, əlvan,  nadir,  yüngül metallurgiya, eləcə də  tikinti materialları,  bəzək və üzlük daşları, habelə qiymətli və  yarımqiymətli  daşlar istehsalı  sənayelərini inkişaf etdirmək  üçün  geniş potensiala malikdir.

Daşkəsən   filiz rayonunda  dəmir və  kobalt,  Zəylik alünit, Gədəbəy filiz  rayonunda  qızıllı mis-porfir yataqları aşkar edilmişdir.

Qeyri-müəyyən formalı qızıl dənəcikləriQeyd  edilməlidir ki, ərazidə  tapılmış  105 faydalı  qazıntı  yatağı (Söyüdlü, Vejnəli qızıl,  Qızılbulaq qızıllı mis-kolçedanvə s.) işğal  olunmuş ərazilərdə  qalmışdır. Qazax  çökəkliyində  Dağ  Kəsəmən  sahəsində  nəcib metal yatağı  aşkarlanmışdır. Göygöl filiz sahəsində aparılmaqda olan intensiv geoloji kəşfiyyat işləri nəticəsində ölkədə qızılçıxarma sənayesinin yaranmasına və fəaliyyətinə əsas olacaq böyük mineral-xammal bazası yaradılmış, nəcib metallardan əlavə nadir, səpələnti elementlərin mövcudluğu ilə filizlərin kompleksliliyi təsdiqlənmişdir. Milli Geoloji Kəşfiyyat Xidmətinin fəaliyyət dövründə nəcib metalların ehtiyat və resursları bir neçə dəfə artırılmışdır. Bu göstəricilərin dəqiqləşdirilməsi və artırılması məqsədi ilə geoloji-kəşfiyyat işləri davam edir. Azərbaycanda ilk dəfə bu bölgədə səpinti qızıla aparılan axtarış işləri uğurla nəticələnmişdir (Kürəkçay hövzəsi).

Ölkədə  mineral-xammal  bazasının coğrafiyasının genişləndirilməsi məqsədi ilə  bu bölgədə müxtəlif təyinatlı  geoloji-kəşfiyyat işləri  aparılır.

Eyni zamanda  intensiv geoloji-kəşfiyyat, zənginləşdirmə və   istismar  işləri  aparıldığından  və  gələcəkdə  iri dağ-mədən müəssisələrinin fəaliyyət göstərəcəyini  nəzərə alaraq regionda  geoekoloji tədqiqatlar həyata keçirilir.


ekoloji-ugurlar



04/05/2012. Türkiyədə 5,1 gücündə zəlzələ baş verib
25/04/2012. Yaponiyada 5,5 bal gücündə zəlzələ olub
20/04/2012. Türkiyədə 4,3 bal gücündə zəlzələ olub
12/04/2012. Meksikada 7 bal gücündə zəlzələ olub
03/04/2012. Meksikada 6,3 bal gücündə zəlzələ baş verib













Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com