Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Geologiya / Faydalı qazıntıların axtarışı və kəşfiyyatı 2009

2009-cu il üzrə faydalı qazıntıların axtarışı və kəşfiyyatı

Güclü mineral-xammal bazası qüdrət-li iqtisadiyyat deməkdir. Azərbaycan qeoloqlarının fədakar zəhməti sayəsində bir çox istiqamətlərdə dağ-mədən sənayesinin yaradılması və davamlı inkişafı üçün möhkəm təməl yaradılmışdır:
- Artıq kifayət qədər sənaye əhəmiyyətli ehtiyatları olduğuna görə dəmir, alüminium, sink və qurğuşun filiz yataqları axtarışı aparılmır.
- Qızılçıxarma sənayesinin yaradılması və səmərəli fəaliyyəti  üçün kifayət qədər nəcib metal ehtiyatı müəyyənləşdirilmişdir. Böyük və Kiçik Qafqazda, Talış və Naxçıvan bölgələrində bu mühüm istiqamətli axtarış, axtarış-qiymətələndirmə, kəşfiyyat işləri davam etdirilir, bu növ yataqların yeni sənaye-genetik tiplərini  aydınlaşdırmaq  üçün tədqiqatlar aparılır. Üzvi birləş-
mələrlə bağlı qızıl-sulfid formasiyasına mənsub yataqlar axtarışında ciddi uğurlar qazanılmış, Göygöl filiz sahəsində filizləşmənin kompleksliliyi aşkarlanmışdır. Tədqiqatlar davam edir.
- Kiçik Qafqazın Göygöl antiklinoriumu daxilində qızıl saxlayan zona 2000m izlənmiş, 7,2m qalınlıqlı kəsimində P1 (R3*); C1+C2 (R2+R3*) kateqoriyaları ilə qızıl və gümüşün proqnoz resursları və ehtiyatları hesablanmışdır.2009-cu ildə həmin zonanın şimal, şimal-şərq cinahları, həmçinin yeni aşkarlanmış qızıldaşıyan zona daha 500m öyrənilmiş, P1 kateqoriyası ilə proqnoz resursları hesablanmışdır.
- Daşkəsən sinklinoriumu ilə Murovdağ antiklinoriumunun təmas zonasında 1,5 km2 sahədə kifayət qədər üstün tutumlu mis-porfir tipli filizləşmə aşkarlanmışdır. 2009-cu ildə Həmin filiz təzahüründə aparılmış axtarış- qiymətləndirmə işlərinin nəticələri əsasında mis və molibdenin ehiyatları C2 və proqnoz resursları P1 kateqoriyaları ilə hesablanmışdır.
- Baş Qafqazın cənub yamacında qalınlığı 7,0-20,0m olan 2,5-7,0 km məsafədə izlənilən filizləşmə zonasında qızıl saxlayan orta tutumlu molibden-mis filizləşməsi aşkar edilmişdir.
- Baş Qafqazın cənub-şərq gömülmə sahəsində nüvə geofizikası tədqiqatlarına və şırım sınaqlarının nəticələrinə əsasən orta tutumlu molibden-mis və polimetall, qara şistlərdə isə qızıl, gümüş filizləşmə zonaları təyin edilmişdir.Aparılmış əlavə tədqiqatlar nəticəsində bu ərazinin molibden və qızıla daha perspektivli olması təyin edilmişdir.  
- Naxçıvan MR-nın Əlincəçay hövzəsində aşkarlanmış mis-porfir tipli filizləşmə sahəsi iki kəsimdə uyğun olaraq 500m və 300m məsafədə izlənmiş, mis və yanaşı komponentlər kimi molibden, qızılın P2 (R3*) kateqoriyası ilə proqnoz ehtiyatları hesablanmışdır.
- Böyük Qafqaz regionunda aşkarlanmış nikel, kobalt, bismut, volfram, arsen minerallaşması-
nın sənaye konsentrasiyasını müəyyən etmək məqsədi ilə geoloji-kəşfiyyat işləri davam etdirilir.
- Tikinti materiallarına olan tələbatı yerli xammal resursları hesabına ödəmək  məqsədi ilə bölgə-
lərdə gil, qum-çınqıl, əhəngdaşı yataqlarının axtarışı və kəşfiyyatı diqqət mərkəzində saxlanılır.
2008-ci ildə Qərbi Xəzəryanı sahənin Astara, Siyəzən, Duvanlı, Quba, Qobustan. Neftçala böl-
gələrində axtarış-kəşfiyyat işlərinin nəticəsində müxtəlif təyinatlı 25 inşaat materialı yataqları aşkarlanmışdır. O cümlədən: 13 qum (A+B-2,4 mln. m3; B+C1+C2-3,0 mln. m3; C1+C2-6,4 mln. m3; C2-1,2 mln. m3; 6 qum-çınqıl (C1-5,6 mln. m3; C2-10,4 mln. m3); 2 gil ( C2-3,6 mln. m3); 1 mergel (C2-5,0 mln. m3); 3 dolomit (C1+C2-7,6 mln. m3). 2009-cu ildə həmin yataqlar üzrə yekun hesabatlar tərtib olunmuş, həmçinin İmişli, Samux,  Oğuz, Balakən, Qobustan, Abşeron, Şəmkir, Şəki rayonlarında müxtəlif növ inşaat materialları yataqlarının axtarışı işləri aparılmış, nəticədə  19 sahədə qum, qum- çınqıl, gil, əhəngdaşi, sement xammalı, vulkan külü, bentonit  gili təzahürləri aşkarlanmış və qiymətləndirmə işlərinə başlanılmışdır.
Dağ- kimya sənayesinin tələblərinə uyğun olaraq qeyri-filiz xammalı (seolit, dolomit və s.) resurslarının ayrı-ayrı bölgələrdə axtarışı, qiymətləndirilməsi işləri davam etdirilir.
- Faydalı qazıntılara geoloji-kəşfiyyat işlərinin strateji xəttinin başlıca istiqamətlərdə mərhələli inkişaf proqramını müəyyənləşdirmək məqsədi ilə çoxşaxəli geologiya elminin  ən son nailiyyətlərindən yararlanmaqla tədqiqatlar davam etdirilir.

2008-ci il üzrə faydalı qazıntıların axtarışı və kəşfiyyatı

ekoloji-ugurlar



04/05/2012. Türkiyədə 5,1 gücündə zəlzələ baş verib
25/04/2012. Yaponiyada 5,5 bal gücündə zəlzələ olub
20/04/2012. Türkiyədə 4,3 bal gücündə zəlzələ olub
12/04/2012. Meksikada 7 bal gücündə zəlzələ olub
03/04/2012. Meksikada 6,3 bal gücündə zəlzələ baş verib













Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com