Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Geologiya / Faydalı qazıntıların axtarışı və kəşfiyyatı 2010

2010-cu il üzrə faydalı qazıntıların axtarışı və kəşfiyyatı

Güclü mineral-xammal bazası qüdrətli iqtisadiyyat deməkdir. Azərbaycan qeoloqlarının fədakar zəhməti sayəsində bir çox istiqamətlərdə dağ-mədən sənayesinin yaradılması və davamlı inkişafı üçün möhkəm təməl yaradılmışdır:
- Artıq kifayət qədər sənaye əhəmiyyətli ehtiyatları olduğuna görə dəmir, alüminium, sink və qurğuşun filiz yataqları axtarışı aparılmır.
- Qızılçıxarma sənayesinin yaradılması və səmərəli fəaliyyəti  üçün kifayət qədər nəcib metal ehtiyatı müəyyənləşdirilmişdir. Böyük və Kiçik Qafqazda, Talış və Naxçıvan bölgələrində bu mühüm istiqamətli axtarış,  axtarış-qiymətələndirmə, kəşfiyyat işləri davam etdirilir, bu növ yataqların yeni sənaye-genetik tiplərini  aydınlaşdırmaq  üçün tədqiqatlar aparılır. Üzvi birləşmələrlə bağlı qızıl-sulfid formasiyasına mənsub yataqlar axtarışında ciddi uğurlar qazanılmış, Göygöl filiz sahəsində filizləşmənin kompleksliyi aşkarlanmışdır. Tədqiqatlar davam edir.
- Kiçik Qafqazın Göygöl antiklinoriumu daxilində (Ağsu kəsimi) qızıl saxlayan zona 2000m izlənilmiş, 7,2m qalınlıqlı kəsimində P1 (R3*); C1+C2 (R2+R3*) kateqoriyaları ilə qızıl və gümüşün proqnoz resursları və ehtiyatları hesablanmışdır.2009-cu ildə aşkarlanmış və 500m öyrənilmiş qızıldaşıyan zona 2010-cu ildə daha 200m məsafədə öyrənilmiş, P1 kateqoriyası ilə proqnoz resursları-Au-9,24 t; Ag-31,4 t hesablanmışdır. -Kiçik Qafqazın Meydanyal, Fərəhli-Qarasu, Qoşqardağ-Çanaxçı sahələrində aparılmış axtarış işləri nəticəsində qızıl və gümüşə müsbət nəticələr alınmış, proqnoz resursları hesablanmışdır.
-Göygöl və Goranboy inzibati rayonlarının  Kəpəz filiz bölgəsində qızıl yataqlarının kəşf edilməsi imkanları baxımından kifayət qədər yüksək perspektivliyi ilə fərqlənən, qızılın və gümüşün sənaye tutumları təsbit edilmiş 8 zona tipli qızıl təzahürlərini ehtiva edən Göygöl filiz sahəsi ayrılmış, proqnoz resursları qızıl - 360,0 t və gümüş - 1120,0 t qədər hesablanmışdır.  Göygöl rayonunun cənub-şərq kəsimində təqribən 4 km2 sahədə aparılmış nüvə-geofiziki ölçülər nəticəsində klarkdan dəfələrlə yüksək tutumlu bir sıra metallar, o cümlədən radioaktiv elementlərdən torium, protaktinium, uran və platin qrupu elementlərdən platin, palladium, iridium, osmium aşkar edilmiş, bütün süxur kütləsində orta hesabla 2,23 q/t qızıl təyin edilibdir. Göygöl rayonunun Çıraqdərə sahəsində də 0,01% tutumlu platin təzahürü aşkar edilmişdir. -Şəmkir rayonu ərazisində xeyli zəngin dəmir-mis filiz təzahürü aşkar edilmişdir. Filizlərdən götürülmüş nümunələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nüvə-geofiziki tədqiqatlar laboratoriyasında, AMEA-nın Radiasiya Problemləri İnstitutunda və Fövqəladə Hallar Nazirliyinin “İzotop” Xüsusi Kombinatının analitik laboratoriyasında rentgen-flüoresent və qamma-spektrometrik təhlildən keçirilmişdir; bütün nümunələrdə orta hesabla 13,0 % mis, 25,0 % dəmir və 0,0675 % platin aşkar edilmişdir. Əlavə olaraq Moskva Mərkəzi Elmi-Tədqiqat Geoloji –Kəşfiyyat Əlvan və Nadir Metallar İnstitutuna platin qrupu elementlərinin kimyəvi təhlili üçün göndərilmiş sınaqların nəticələrinə görə 1,69 q/t qızıl, 0,02 q/t palladium, 0,09 q/t rodium və 359,09 q/t platin təyin edilmişdir.

-Cari ilin sonlarında Xızı rayonunun cənub kəsimində təqribən 10 km məsafədə yüksək (50-70 mkR/s) radioaktivliyə malik olan 50-60 m qalınlığında zona aşkar edilmişdir. Bütün göstəricilərinə görə bu sahə sənaye əhəmiyyətli radioaktiv filiz yataqlarının aşkar edilməsi baxımından kifayət qədər perspektivliyə malikdir.
- Baş Qafqazın cənub yamacında qalınlığı 7,0-20,0m olan 2,5-7,0 km məsafədə izlənilən filizləşmə zonasında qızıl saxlayan orta tutumlu molibden-mis filizləşməsi aşkar edilmişdir.
- Baş Qafqazın cənub-şərq gömülmə sahəsində nüvə geofizikası tədqiqatlarına və şırım sınaqlarının nəticələrinə əsasən orta tutumlu molibden-mis və polimetall, qara şistlərdə isə qızıl, gümüş filizləşmə zonaları təyin edilmişdir.Aparılmış əlavə tədqiqatlar nəticəsində bu ərazinin molibden və qızıla daha perspektivli olması təyin edilmişdir.  
- Naxçıvan MR-nın Əlincəçay hövzəsində aşkarlanmış mis-porfir tipli filizləşmə sahəsi iki kəsimdə uyğun olaraq 500m və 300m məsafədə izlənmiş, mis və yanaşı komponentlər kimi molibden, qızılın  P2 (R3*) kateqoriyası ilə proqnoz ehtiyatları hesablanmış, səpinti qızıla axtarış-qiymətləndirmə işləri davam etdirilir.
- Böyük Qafqaz regionunda aşkarlanmış nikel, kobalt, bismut, volfram, arsen minerallaşmasının sənaye konsentrasiyasını müəyyən etmək məqsədi ilə geoloji-kəşfiyyat işləri davam etdirilir.
- Tikinti materiallarına olan tələbatı yerli xammal resursları hesabına ödəmək  məqsədi ilə bölgələrdə gil, qum-çınqıl, əhəngdaşı yataqlarının axtarışı və kəşfiyyatı diqqət mərkəzində saxlanılır.
2008-ci ildə Qərbi Xəzəryanı sahənin Astara, Siyəzən, Duvanlı, Quba, Qobustan. Neftçala bölgələrində axtarış-kəşfiyyat işlərinin nəticəsində müxtəlif təyinatlı 25 inşaat materialı yataqları aşkarlanmışdır. O cümlədən: 13 qum (A+B-2,4 mln. m3; B+C1+C2-3,0 mln. m3; C1+C2-6,4 mln. m3; C2-1,2 mln. m3; 6 qum-çınqıl (C1-5,6 mln. m3; C2-10,4 mln. m3); 2 gil ( C2-3,6 mln. m3); 1 mergel (C2-5,0 mln. m3); 3 dolomit (C1+C2-7,6 mln. m3). 2009-cu ildə həmin yataqlar üzrə yekun hesabatlar tərtib olunmuş, həmçinin İmişli, Samux,  Oğuz, Balakən, Qobustan, Abşeron, Şəmkir, Şəki rayonlarında müxtəlif növ inşaat materialları yataqlarının axtarışı işləri aparılmış, nəticədə  19 sahədə qum, qum- çınqıl, gil, əhəngdaşi, sement xammalı, vulkan külü, bentonit  gili təzahürləri aşkarlanmış və qiymətləndirilmişdir.
Dağ- kimya sənayesinin tələblərinə uyğun olaraq qeyri-filiz xammalı (seolit, dolomit və s.) resurslarının ayrı-ayrı bölgələrdə axtarışı, qiymətləndirilməsi işləri davam etdirilir.
- Faydalı qazıntılara geoloji-kəşfiyyat işlərinin strateji xəttinin başlıca istiqamətlərdə mərhələli inkişaf proqramını müəyyənləşdirmək məqsədi ilə çoxşaxəli geologiya elminin  ən son nailiyyətlərindən yararlanmaqla tədqiqatlar davam etdirilir.

2009-cu il üzrə faydalı qazıntıların axtarışı və kəşfiyyatı

2008-ci il üzrə faydalı qazıntıların axtarışı və kəşfiyyatı




17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü
11/01/2012. İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
06/01/2012. İranda 5 bal gücündə zəlzələ olub
05/01/2012. Braziliyada daşqınlar 8 nəfərin həyatına son qoyub












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com