Mineral-xammal resurslarından istifadə, dağ-mədən, dağ-kimya, filizzənginləşdirmə və emal sənayelərinin inkişafı təbiətdən itsifadənin və təbiəti mühafizənin optimal həll yolunun tapılma-
sından keçir.
Azərbaycan təbiətini qorumaqla yeraltı və yerüstü təbii sərvətlərdən səmərəli itsifadə xalq təsər-
rüfatının davamlı tərəqqisində başlıca vəzifədir. İqtisadiyyatın neft və qeyri-neft sektorunun,
həmçinin kənd təsərrüfatının intensiv inkişafı ekoloji tarazlığın pozulmasının qarşısının alınması, ətraf mühitin qayğı ilə qorunması ilə şərtləndirilməlidir. Bu məqsədlə aşağıdakı əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
- Böyük Qafqaz regionunda geoekoloji şəraitin qiymətləndirilməsi, filizçıxarma sənayesinin yaradılması ilə əlaqədar potensial çirklənmə zonalarının müəyyənləşdirilməsi, qabaqlayıcı və bərpaedici tədbirlərin araşdırılması məqsədi ilə geoekoloji tədqiqatlar davam etdirilir.
- Akad. M.Qaşqayın təbirincə «Azərbaycan Uralı» adlandırılan Kiçik Qafqazda Gədəbəy, Daşkəsən filiz rayonlarında aparılmış intensiv geoloji-kəşfiyyat və istismar işləri nəticəsində ərazinin müasir geoekoloji durumunun qiymətləndirilməsi zərurəti meydana çıxmışdır. Bu sahədə gələcəkdə xarici şirkətlərlə birgə iri dağ-mədən müəssisələrinin yaradılacağını da əlavə etsək, geoekoloji amillərin dəqiqləşdirilməsinin vacibliyi aydın olar. Bu itsiqamətdə ilk olaraq Xanlar rayonunda tədqiqatlara başlanılmışdır. Cari ildə tədqiqatlar davam etdirilmişdir.
- Naxçıvan MR-da uzun müddət fəaliyyət göstərmiş Parağaçay, Gümüşlü mədənlərinin ətraf mühitə təsirini öyrənmək məqsədilə geoekoloji tədqiqatlar aparılır.
- Yeraltı suların hidrogeoekoloji durumu Siyəzən, Dəvəçi, Neftçala ərazilərində araşdırılır.
- Azərbaycan müstəqillik əldə etdikdən sonra bütövlükdə respublika ərazisinin geoekoloji duru-
munu qiymətləndirilməsi məqsədi ilə (məlumdur ki, sovetlər dönəmində kənd təsərrüfatında məhsuldarlığı yüksəltmək üçün zəhərli kübrələrdən, pestisidlərdən istifadə olunurdu, sovet ordu hissələri yerləşən ərazilərdə insan orqanizminə zərərli təsir edə biləcək tullantıların atılması ehti-
malı böyükdür, habelə ətraf mühitə bir sıra texnogen amillərin təsiri araşdırılmalıdır), 1:200 000 miqyaslı planalma işləri aparılmasına hazırlıq görülür.
|