Mineral-xammal resurslarından istifadə, dağ-mədən, dağ-kimya, filizzənginləşdirmə və emal sənayelərinin inkişafı təbiətdən itsifadənin və təbiəti mühafizənin optimal həlli yolunun tapılmasından keçir.
Azərbaycan təbiətini qorumaqla yeraltı və yerüstü təbii sərvətlərdən səmərəli itsifadə xalq təsərrüfatının davamlı tərəqqisində başlıca vəzifədir. İqtisadiyyatın neft və qeyri-neft sektorunun,həmçinin kənd təsərrüfatının intensiv inkişafı ekoloji tarazlığın pozulmasının qarşısının alınması, ətraf mühitin qayğı ilə qorunması ilə şərtlən-dirilməlidir. Bu məqsədlə aşağıdakı əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir:
- Böyük Qafqaz regionunda geoekoloji şəraitin qiymətləndirilməsi, filizçıxarma sənayesinin yaradılması ilə əlaqədar potensial çirklənmə zonalarının müəyyənləş-dirilməsi, qabaqlayıcı və bərpaedici tədbirlərin araşdırılması məqsədi ilə geoekoloji tədqiqatlar davam etdirilir.
- Akad. M.Qaşqayın təbirincə «Azərbaycan Uralı» adlandırılan Kiçik Qafqazda Gədəbəy, Daşkəsən filiz rayonlarında aparılmış intensiv geoloji-kəşfiyyat və istismar işləri nəticəsində ərazinin müasir geoekoloji durumunun qiymətləndirilməsi zərurəti meydana çıxmışdır. Bu sahədə gələcəkdə xarici şirkətlərlə birgə iri dağ-mədən müəssisələrinin yaradılacağını da əlavə etsək, geoekoloji amillərin dəqiqləşdirilməsinin vacibliyi aydın olar. Bu itsiqamətdə ilk olaraq Göygöl ( Xanlar) rayonunda tədqiqatlara başlanılmış, nəticədə geniş ərazidə kifayət qədər yüksək tutumlu (0.01-0.02%) molibden anomaliyası, Qoşqarçayda kobaltla çirklənmə sahəsi aşkarlanmışdır.
- Naxçıvan MR-da uzun müddət fəaliyyət göstərmiş Parağaçay, Gümüşlü mədənlərinin ətraf mühitə təsirini öyrənmək məqsədilə geoekoloji tədqiqatlar aparılır.
- Yeraltı suların hidrogeoekoloji durumu Siyəzən, Dəvəçi, Neftçala ərazilərində araşdırılır.
- Azərbaycan müstəqillik əldə etdikdən sonra bütövlükdə respublika ərazisinin geoekoloji durumunun qiymətləndirilməsi məqsədi ilə (məlumdur ki, sovetlər dönəmində kənd təsərrüfatında məhsuldarlığı yüksəltmək üçün zəhərli kübrələrdən, pestisidlərdən istifadə olunurdu, sovet ordu hissələri yerləşən ərazilərdə insan orqanizminə zərərli təsir edə biləcək tullantıların atılması ehtimalı böyükdür, habelə ətraf mühitə bir sıra texnogen amillərin təsiri araşdırılmalıdır), 1:200 000 miqyaslı planalma işləri aparılmasına hazırlıq görülür.
Geoekoloji Monitorinq Mərkəzində aparılan tədqiqatların ən son yenilikləri
- Mingəçevir-Şəmkir seysmoaktiv zonasının müasir geodinamik şəraiti, seysmikliyi və seysmogeoloji xüsusiyyətləri; - Mingəçevir su anbarı zonasının fon seysmikliyi, mikroseysmik şəraiti və potensial seysmik risk zonaları; - Bozdağ sürüşmə sahəsinin ən son məlumatlara əsasən vəziyyəti; - 2007-2009-cu illər ərzində aparılmış kompleks tədqiqatların nəticələrinə həsr edilmiş Yekun hesabat; - Abşeron periklinalı seysmotektonik blokunda əsas zəlzələ ocaqlarının (Maştağa, Puta və Z.Tağıyev) 1:100000 miqyaslı seysmomodelləri tərtib edilmiş, həmin ocaqlarda güclü zəlzələlərin ocaq mexanizmləri tədqiq edilərək seysmik proseslərin formalaşması və baş verməsinin əsas xüsusiyyətləri müəyyənləşdirilmişdir; - Seysmoaktiv zonada yaradılmış kompleks monitorinq şəbəkəsi üzrə geoelektrik, geomaqnit, seysmik, hidrodinamik və hidrokimyəvi tədqiqat nəticələrinə əsasən geodinamik şəraitin dəyişmələrinə nəzarəti təmin edəcək yeni metologiyanın bazası yaradılmışdır; - Seysmotektonik blok üçün seysmik proseslər – monitorinq nəticələri korrelyativ əlaqələrin mövcudluğu və onun əsas elementlərinə həsr edilmiş Yekun hesabat (2007-2009-cu illər üzrə) tərtib edilmişdir; - Şamaxı-İsmayıllı seysmoaktiv zonasında seysmik proseslərlə geodinamik şəraitin formalaşması arasında mümkün qanunauyğunluqlar öyrənilmiş, zəlzələlərin orta və qısa müddətli proqnoz əlamətlərinin öyrənilməsi metodikası təkmilləşdirilmişdir; - Ölkə ərazisi və qonşu seymoaktiv regionların geodinamik şəraitini əks etdirən xüsusi xəritə-sxemlər tərtib edilmiş, əsas zəlzələ ocaqları zonalarında dinamik proseslərin xarakteri, onların inkişaf trendi müəyyənləşdirilmiş, geodinamik şəraitin proqnozlaşdırılmasına xidmət edəcək operativ bülletenlər tərtib edilmişdir; - Bakı şəhərinin Yasamal yaylası və Biləcəri-Keşlə yaşayış massivlərinin seysmik mikrorayonlaşdırılması xəritə-sxemləri (miqyas 1:10000) tərtib edilmişdir.
Ümumi məlumatlarla (yekun hesabatlar) EKO TSN - in Ətraf Mühit və Dövlət Arxiv-İnformasiya fondunda, operativ və detal məlumatlarla isə GMM-in Analitik İnformasiya qrupunda tanış olmaq olar.
2009-cu il üzrə geoekoloji tədqiqatlar
2008-ci il üzrə geoekoloji tədqiqatlar |