 Ekspedisiya üzrə 12 obyektdə geoloji-kəşfiyyat işləri davam etdirilmişdir. Məqsəd platin qrupu elementləri, səpinti-qızıl və tikinti materialları axtarışı olmuşdur. 2007-ci ilə 333 400 manat vəsait ayrılmışdır. Dağlıq Talış qırışıqlıq zonasında almaza, qızıla, platin qrupu metallara axtarış işlərinin, Lerik, Xaçmaz rayonlarında kompleks tikinti materiallarına axtarış işlərinin nəticələri haqqında hesabat tərttib olunmuşdur.
Son illər Azərbaycanda, xüsusən də onun əsrarəngiz paytaxtı Bakı və onun ətraf qəsəbələrində tikinti-quruculuq işləri geniş vüsət almışdır. Bu artım sürətini yerli tikinti xammalı hesabına təmin etmək üçün geoloji-kəşfiyyat işlərini gücləndirmək vəzifəsi ekspedisiyanın üzərinə düşmüşdür.
«Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» çərçivəsində tikinti sənayesinin yerli xammal hesabına bilavasitə bölgələrdə ödənilməsi tapşırığı müvəffəqiyyətlə icra olunur.
Siyəzən, Netçala, Quba, Xaçmaz, Lerik, Yardımlı, Qaradağ rayonları, habelə bütövlükdə Abşeron yarımadası ərazisində çoxsaylı müxtəlif təyinatlı gil, qum, qum-çınqıl, əhəng daşı yataqlarının ehtiyatları hesablanmışdır və onların bir çoxu istitsmar olunur.
Bununla yanaşı spesfik geoloji inkişaf tarixinə malik olan Dağlıq Talış bölgəsində faydalı qazıntıların yerləşmə qanunauyğunluqlarını öyrənmək, bölgənin geoloji quruluşunu, tektonik və maqmatik səciyyəsini araşdırmaq da bu ekspedisiyanın vacib fəaliyyət sahəsidir. Ərazidə mis, nikel, kobalt, qızıl, platin qrupu metalları nişanələri, ultraəsasi və əsasi tərkibli intruziv komplekslər aşkarlanmışdır. Bütövlükdə Dağlıq Talış bölgəsinin ciddi geoloji öyrənilməsinə böyük ehtiyac vardır və ekspedisiya bu istiqamətli tədqiqatlarla məşğuldur.
|