Ekologiya və Təbii Sərvətlər Nazirliyi


AZ EN

Saytın xəritəsi  Ana səhifə  Saytın yenidən yüklənməsi Ən sonda: Transsərhəd çaylarda monitorinqlər aparılıb



 Poçtunuzu yoxlayın!
 İstifadəçinin adı
@eco.gov.az
 Şifrə

Bizim poçtumuza yazın

BİZƏ YAZIN








Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
2007–ci ildə ətraf mühitin mühafizəsinə
nəzarət sahəsində görülən işlər haqqında

Ətraf Mühitin Mühafizəsi Departamenti Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri ilə birlikdə 2007–ci ildə aşkar olunmuş qanun pozuntularına görə 4751 akt və protokol yazılmış, müəyyən edilmiş nöqsanlarla əlaqədar idarə, müəssisə və təşkilatlara 846 icrası məcburi göstərişlər verilmişdir. 112 iş üzrə sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına, 545 iş Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına, 288 iş isə məhkəmələrə göndərilmişdir. Qanun pozuntusuna yol verdikliklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 2034 iş üzrə 121421,49 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 76510,98 manatı ödənilməklə 63,01 %–i, ətraf mühitə dəymiş ziyanla bağlı 1121 iş üzrə 1145667,18 manat məbləğində iddia qaldırılmış, ondan 222060,3 manatı ödənilməklə 19,4 %–i, 2725 iş üzrə 445177,36 manat ödəmə verilmiş, ondan 181712,48 manatı ödənilməklə 40,8 % –i təmin olunmuşdur. 2007–ci il ərzində ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ümumilikdə 457644,0 manat vəsaitin köçürülməsi təmin edilmişdir. Ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərini pozduqlarına görə ETSN tərəfindən «Azərsiolit» MMC-yə qarşı 56980 manat məbləğində, «Şərq Əcəmi» firmasına qarşı 32340 manat, “Azfen” BM 59400 manat, “Azəralüminum” ASC 85109 manat, Vəlvələçay qum-çınqıl “İnşaat” MMC 34980 manat, Qaradağ Sement ASC-yə 10247 manat məbləğində və s. iri müəssisələrə qarşı iddialar qaldırılmışdır.Qaldırılmış iddialardan bir hissəsinin ödənilməsi təmin edilmiş, ödənilməmiş iddialarla əlaqədar işlər məhkəmə icraatındadır.




Ən çox oxunanlar 
Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda
Bilirsinizmi? 
Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir