1. Müşahidə şəbəkəsi
Ölkə üzrə Atmosfer havasının çirklənməsinin monitorinqi şəbəkəsi ölkənin iri sənaye şəhərləri olan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli-Bayramlı, Naxçıvan, Lənkəran və Şəkidə fəaliyyət göstərən 8 atmosfer havasının monitorinqi laboratoriyasından və 26 müşahidə məntəqəsindən ibarətdir. Bu şəhərlərdə atmosfer havasında çirkləndiricilərin təyin edilməsi üçün gündə üç dəfə, 07:00, 13:00, 19:00 saatlarında nümunələr götürülərək, hər bir şəhərin sənaye profilinə uyğun olan aşağıdakı spesifik çirkləndiricilər üzrə kimyəvi analizlər aparılır:
Bakı şəhəri üzrə: |
Sumqayıt şəhəri üzrə: |
· toz,
· kükürd qazı (SO2)
· dəm qazı (CO)
· azot dioksid (NO2)
· azot oksid (NO)
· hidrogen sulfid
· his
· bərk flüoridlər
· hidrogen flüorid
· xlor
· civə
· ammonyak
· sulfat turşusu
· formaldehid
· furfurol
·həll olunan sulfatlar |
· toz
· kükürd qazı
· sulfatlar
· dəm qazı
· azot dioksid
· azot oksid
· bərk flüoridlər
· hidrogen flüorid
· ammonyak
· civə |
Gəncə şəhəri üzrə: |
Naxçıvan, Əli-Bayramlı,
Şəki və Lənkəran şəhərləri üzrə: |
· kükürd qazı
· toz
· dəm qazı
· sulfatlar
· azot dioksid
· azot oksid
· hidrogen sulfid
· bərk flüoridlər
· hidrogen flüorid
· sulfat turşusu |
· toz
· kükürd qazı
· dəm qazı
· azot oksid
· azot dioksid |
Atmosfer yağıntılarının tərkibində (yağış, qar) atmosfer havası ilə uzaq məsafələrə transsərhəd daşınan çirkləndiricilərin tərkibinin öyrənilməsi, onların ətraf mühitə təsirinin qiymətləndirilməsi və yağıntıların keyfiyyət göstəricilərinə nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərində dörd məntəqədə qarın kimyəvi tərkibi, 21 məntəqədə isə atmosfer yağıntılarının kimyəvi tərkibi üzərində sistematik monitorinqlər aparılır.
Atmosfer yağıntılarının tərkibində aşağıdakı keyfiyyət və çirkləndirici göstəricilər üzərində təyinatlar aparılır:
· elektrik keçiriciliyi
· codluq
· hidrogen göstəricisi - pH
· sulfat ionu
· nitrat ionu
· ammonium ionu
· xlorid ionu
· fosfatlar
· hidrokarbonat ionu
· kalsium ionu
· maqnezium ionu
2. Qanunvericilik və metodologiya
Atmosfer havasının çirklənməsinin monitorinqi, «Hidrometeorologiya fəaliyyəti haqqında», «Atmosfer havasının mühafizəsi haqqında», Azərbaycan Respublikasının Qanunları, bu qanunların icrası ilə əlaqədar hazırlanmış «Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında» Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir) ilə həyata kecırılır. Bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
Ətraf mühitin monitorinqi işləri proqramlar əsasında, dövlət büdcəsi və büdcədən kənar ödəmələrlə maliyyələşdirilir. Ətraf mühitin monitorinqi üzrə məlumatların istifadəsi ödənişsiz və ödənişli olur. Ödənişli məlumatlar istehlakçıların sifarişi ilə tərəflər arasında bağlanmış müqavilələr əsasında hazırlanır, ötürülür və istifadə olunur (Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, maddə: 17; 23)
|