Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Atmosfer havasının çirklənmə vəziyyəti

1. İri sənaye şəhərlərinin çirklənmə vəziyyəti

• ATMOSFER HAVASI
1. Monitorinq sistemi
2. Atmosfer havasının çirklənmə vəziyyəti
Faydalı linklər

Кompleks analitik tədqiqat laboratoriyalari

• SƏTH SULARI
1. Monitorinq sistemi
2. Səth sularının çirklənmə vəziyyəti

• TORPAQ
1. Monitorinq sistemi
2. Torpaqların çirklənmə vəziyyəti

Ətraf mühitin radioaktivliyi
Struktur
Əlaqə

Sistematik müşahidə nəticələrinin təhlili əsasında gündəlik olaraq atmosfer havasının vəziyyəti təhlil olunur, atmosfer havasının faktiki vəziyyəti qiymətləndirilir və növbəti gün üçün gözlənilən çirklənmə vəziyyətinin proqnozu müvafiq metodikaya uyğun olaraq tərtib edilir və xüsusi bülletenlər hazırlanaraq respublikanın qərar qəbul edən şəxslərinə, dövlət və icra orqanlarına, KİV-ə təqdim olunur və İnternetdə yerləşdirilir.

Monitorinqin nəticələri göstərir ki, respublikanın iri sənaye şəhərlərində atmosfer havası bu şəhərlərdə fəaliyyət göstərən sənaye sahələrindən asılı olaraq, müxtəlif dərəcədə çirklənməyə məruz qalır. Bakı şəhəri üçün havanın spesfik çirkləndiricilərindən toz, dəm qazı, azot 4-oksid, his və furfurolun miqdarı ayrı - ayrı günlərdə yol verilən qatılıq həddini ötür. Sumqayıt şəhəri üzrə xlor, azot 4-oksid, hidrogen flüorid və digər spesifik çirkləndiricilər müşahidə edilmişdir. Gəncə şəhərində zərərli maddələrdən yalnız hidrogen flüoridin miqdarı normanı ötür. Şirvan şəhərində atmosferin azot 4-oksidlə çirklənməsi daha xarakterikdir. Naxçıvan, Şəki, Mingəçevir və Lənkəran şəhərlərinin atmosfer havasının çirklənməyə məruz qalmadığı müşahidə edilib.

2000-ci ildə stasionar mənbələrdən atmosfer havasına atılan tullantıların ümumi miqdarı 515 min ton olduğu halda, 2009-cu ildə bu rəqəm 300 min ton təşkil etmişdir. Lakin son illər respublikada, əsasən də Bakı şəhərində avtonəqliyyat vasitələrinin sayının intensiv şəkildə artması səyyar mənbələr tərəfindən atmosferə atılan zərərli qazların miqdarını artırmışdır. 2009-cu ildə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr ümumi tullantıların 70%-ni təşkil etmişdir. Aşağıda verilən diaqramlarda 2000-ci ildən başlayaraq ölkə üzrə atmosfer havasına atılan ümumi tullantıların miqdarı və 2009-cu ildə mənbələr üzrə atmosferə atılan tullantılar haqqında məlumatlar verilmişdir.

Respublika üzrə atmosfer havasına atılan tullantıların miqdarı min tonla (2000-2009-cu illər)

2009-cu ildə atmosfer havasına atılan tullantıların mənbələr üzrə miqdarı (min tonla)

2.Atmosfer yağıntılarının çirklənmə vəziyyəti

Respublikamızın ərazisində atmosfer yağıntılarının kimyəvi tərkibi üzrə müşahidələr hər ay 21 məntəqədə aparılır.

Atmosfer yağıntılarının tərkibində 11 kimyəvi göstərici-sulfatlar (SO42-), nitratlar (NO3-), ammonium ionu (NH4+), xlorid ionu (Cl-), fosfatlar (PO43-), hidrokarbonatlar (HCO3-), kalsium ionu (Ca2+), maqnezium ionu (Mg2+), codluq, elektrik keçiriciliyi və hidrogen göstəricisi (pH) təyin edilir.

Kimyəvi tərkib mövsümi dəyişmələrə məruz qaldığı üçün qarışıqların qatılıqlarının miqdarı cari ilə görə orta qiymətlə hesablanır.

Atmosfer yağıntılarının tərkibində olan qarışıqların qatılığının ümumi orta illik miqdarı üzrə müşahidə məntəqələri 3 qrupa ayrılır:

I  qrupa qarışıqların qatılığı nisbətən az olan məntəqələr-Şəki, Lənkəran, Damarçın, Daşkəsən, Kəlvəz, Sabirabad, Mingəçevir, Zərdab aiddir. Bu qrup məntəqələrdə ionların qatılıqlarının ümumi miqdarı 54,5-99,2 mq/l-dir

II qrupa qarışıqların qatılığı nisbətən çox olan məntəqələr- Sumqayıt, Pirallahı, Neftçala, Ağstafa, Qobustan, Gəncə, Biləsuvar, Qəbələ və Xaçmaz məntəqələri aid edilmişdir. Ən az miqdar Ağstafa, ən çox miqdar isə Neftçalaya aiddir. Bu qrup məntəqələrdə ionların qatılıqlarının ümumi miqdarı 100,6-198,6 mq/l-dir.

III qrupa Bakı, Zaqatala, Quba və Qırız məntəqələri aid edilmişdir. Ən az miqdar Bakıda (219,0 mq/l), ən çox miqdar isə Zaqatalada (370,9 mq/l) müşahidə olunub.
Müşahidələrin nəticələrinə görə respublika üzrə il ərzində orta hesabla atmosfer yağıntılarının kimyəvi tərkibinin 18,7%-ni sulfat, 6,7%-ni nitrat, 1,2%-ni ammonium, 13,8%-ni xlorid, 42,4%-ni hidrokarbonat, 2,5%-ni fosfat, 11,1%-ni kalsium və 3,6%-ni maqnezium ionları təşkil edir.

ekoloji-ugurlar



04/05/2012. Türkiyədə 5,1 gücündə zəlzələ baş verib
25/04/2012. Yaponiyada 5,5 bal gücündə zəlzələ olub
20/04/2012. Türkiyədə 4,3 bal gücündə zəlzələ olub
12/04/2012. Meksikada 7 bal gücündə zəlzələ olub
03/04/2012. Meksikada 6,3 bal gücündə zəlzələ baş verib













Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com