Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
DÖVLƏT TƏBİƏT QORUQLARI:
Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu

Ölkəmiz yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti  Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palsıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.
Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn, kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin-əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.

Son illər  Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarınına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə  daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.

Hələ 1982-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 167 №-li Qərarı ilə 4 palçıq vulkanına təbiət abidəsi statusu verilmişdi (Qobustan qəsəbəsində - Böyük Kənizdağ, Ayrantökən və Daşgil, Lökbatanda – Lökbatan palçıq vulkanları).

Daha sonra, təbii görkəmi və geoloci xüsusiyyətlərinə görə 23 palçıq vulkanına təbiət abidəsi statusu verilmiş, həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə «Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası» yaradılmışdır.
Bakı və Abşeron yarımadasında yerləşən  palçıq vulkanlarınına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust  2007-ci  il  tarixli 2315 nömrəli Sərəncamına əsasən «Bakı  və  Abşeron   yarımadasının   palçıq   vulkanları   qrupu   Dövlət Təbiət  Qoruğu»    yaradılaraq 52  palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.

Öz növbəsində  Azərbaycan  Respublikası Prezidentinin  15 avqust  2007-ci  il  tarixli 2315 nömrəli Sərəncamından   irəli gələn məsələlərin  həlli ilə əlaqədar müvafiq  işlərin yerinə yetirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14 sentyabr 2007-ci il tarixli 512/ü  nömrəli Əmri ilə müvafiq Tədbirlər Planı təsdiq edilmişdir.

Tədbirlər Planına əsasən Palçıq vulkanları qrupu  Dövlət Təbiət Qoruğunun  Əsasnaməsinin layihəsinin hazırlanması və Nazirlər Kabinetinə təqdim edilməsi, palçıq vulkanları qrupu dövlət təbiət qoruğuna daxil olan  vulkanların yerləşdiyi  ərazilərə baxış keçirilməsi və inventarlaşdırma işinin aparılması, ərazinin sərhədlərinin müəyyən edilərək   xəritə-sxeminin  hazırlanması, qoruq elan edilmiş palçıq vulkanlarından ən çox antropogen təsirlərə məruz qalanlarının (Pirəkəşkül, Keyrəki, Qaradağ, Daşgil, Bozdağ, Qobu, Hökməli və s.) real vəziyyətinin qiymətləndirilməsi və mühafizəsinin gücləndirilməsi üçün sərhədlərinin  müəyyənləşdirilməsi, qoruq elan olunmuş palçıq vulkanlarının mühafizəsinin təşkili, elmi cəhətdən hərtərəfli tədqiq olunması və  bu ərazilərdə aparılan  tikinti işlərinin qarşısının alınması istiqamətində işlərin təşkili nəzərdə tutulur.

Hazırda Tədbirlər Planına müvafiq olaraq tərəfimizdən «Bakı  və  Abşeron   yarımadasının   palçıq   vulkanları   qrupu   Dövlət Təbiət  Qoruğu»nun Əsasnaməsi hazırlanaraq aidiyyatı qurumlarla razılaşdırılmış və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilmiş, qoruq statusu verilmiş palçıq vulkanlarının  sxematik geoloci xəritələri hazırlanmışdır.

Hazırda Dövlət Təbiət Qoruğu statusu verilmiş palçıq vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində digər tədbirlər də ardıcıl olaraq həyata keçirilməkdədir.

ekoloji-ugurlar



04/05/2012. Türkiyədə 5,1 gücündə zəlzələ baş verib
25/04/2012. Yaponiyada 5,5 bal gücündə zəlzələ olub
20/04/2012. Türkiyədə 4,3 bal gücündə zəlzələ olub
12/04/2012. Meksikada 7 bal gücündə zəlzələ olub
03/04/2012. Meksikada 6,3 bal gücündə zəlzələ baş verib













Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com