1. 18 fevral 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş
2. 04 aprel 2003-cü il Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kanadanın Dövlət İdarəçilik İnstitutu arasında Xəzər Hövzəsində İstilik Effekti Yaradan Qazların tullantılarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramına dair Anlaşma Memorandumu
3. 22 sentyabr 2003-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ATƏT-in Bakı Nümayəndəliyi ilə əməkdaşlıq Sazişi (Azərbaycanda Ətraf Mühitə dair Ictimai Məlumat Mərkəzinin yaradılması üzrə)
4. 08 dekabr 2004-cü il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında Anlaşma Memorandumu
5. 09 iyul 2004-cü il tarixli "Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Razılaşma"
6. 19 iyul 2004-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Hidrometeorologiya Baş Idarəsi arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş
7. 05 avqust 2004-cü il tarixli "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Ətraf Mühit Departamenti arasında Anlaşma Memorandumu"
8. 13 oktyabr 2004-cü il tarixli "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (ÜTMF) arasında Azərbaycan Respublikası ərazisində təbiəti mühafizə sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"
9. 25 oktyabr 2004-cü il tarixli "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Almaniya Maliyyə Əməkdaşlığı (KFW) təşkilatı arasında "Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı"nın hazırlanması üzrə Anlaşma Memorandumu"
10. 13 noyabr 2004-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Vəhşi Təbiəti Fondu arasında təbiətin mühafizəsinə dair Anlaşma Memorandumu
11. 22 fevral 2007-ci il – Moldova Respublikası və Azərbaycan Respublikası arasında Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq üzrə Saziş
12. 24 aprel 2007-ci il – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Respublikasının Ehtiyatlar Korporasiyası və Koreya Respublikasının Mineral Ehtiyatlar Geoelmlər İnstitutu arasında mineral ehtiyatların işlənməsi sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu
13. 07 may 2007-ci il – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misir Ərəb Respublikasının Misir Mineral Ehtiyatlar Qurumu arasında Texniki Əməkdaşlığa dair Protokol
14. 05 sentyabr 2007-ci il – Ukrayna Respublikası və Azərbaycan Respublikası arasında Ətraf təbii mühitin mühafizəsi sahəsində əməkdaşlıq üzrə Saziş
15. 4 oktyabr 2007-ci il – Almaniya Federativ Respublikasının Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında təmiz inkişaf mexanizmi layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu