Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikasında qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin edən idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə ölkə Prezidentinin “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 13 iyun 2008-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində ölkədə yaşıllaşdırma sahəsində xidmət göstərən, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturların inkişafı ilə bağlı digər işləri yerinə yetirən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir.
Nazirlər Kabinetinin 77 saylı 06 may 2009-cu il tarixli Qərarı ilə ASC-nin Nizamnaməsi təsdiq edilmiş və Səhmdar Cəmiyyət 01 iyul 2009-cu il tarixindən etibarən fəaliyyətə başlamışdır.
Ayrı-ayrı ərazilərdə yaşıllıqlara qulluq göstərilməsi üçün Səhmdar Cəmiyyətin nəzdində 8 yaşıllaşdırma idarəsi yaradılmışdır:

1 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisi Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq-Hacıqabul hissəsini əhatə edir.

2 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisi Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafını əhatə edir.

3 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisi Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafını əhatə edir.

4 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisi Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsini əhatə edir.

5 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisi Bakı-Şamaxı magistral avtomobil yolunun Pirəkəşkül-Çaylı kəndinin ətrafını əhatə edir.

6 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisi Bakı-Quba magistral avtomobil yolunun Z.Tağıyev-Zarat qəsəbələri arasındakı hissəsini əhatə edir.

7 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisi Bayıl yamacını əhatə edir.

8 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisi Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq hissəsini əhatə edir.

Hazırda Səhmdar Cəmiyyət Respublikanın qeyri-meşə fondu torpaq sahələrində, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıqların salınması və onlara qulluq göstərilməsi işini həyata keçirir.

ekoloji-ugurlar



04/05/2012. Türkiyədə 5,1 gücündə zəlzələ baş verib
25/04/2012. Yaponiyada 5,5 bal gücündə zəlzələ olub
20/04/2012. Türkiyədə 4,3 bal gücündə zəlzələ olub
12/04/2012. Meksikada 7 bal gücündə zəlzələ olub
03/04/2012. Meksikada 6,3 bal gücündə zəlzələ baş verib













Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com