Saytın Xəritəsi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında isə  20-50  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Aprelin 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 374 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 345 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 152 m3/s təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 20, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 23 sm azalma, Şirvanda 2, Salyanda 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2016-cı il aprelin 21-də 430 sm), Şirvanda 307 sm (2016-cı il aprelin 21-də 373 sm), Salyanda 238 sm (2016-cı il aprelin 21-də 249 sm), Bankədə 203 sm (2016-cı il aprelin 21-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2016-cı il aprelin 21-də 150 sm) təşkil edir. 

21 Aprel 2017

Oxunma sayı : 82