Saytın Xəritəsi

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

16-30 noyabr 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 212 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 25 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 59 iş üzrə 42800 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 60 iş üzrə 75454,62manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 166 iş üzrə 112935,71 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 32, icra qurumlarına 73 iş göndərilib.

06 Dekabr 2017

Oxunma sayı : 168