Saytın Xəritəsi

18 fevralda gözlənilən hava şəraiti

18 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

Fevralın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti,  Bakıda gecə 2-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 772  mm civə sütunu,  nisbi rütubət  80-90 faiz təşkil edəcək. 

Gecə və səhər yollar  buz bağlayacaq.

 

Azərbaycanın rayonlarında

Fevralın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar  buz bağlayacaq. 

17 Fevral 2017

Oxunma sayı : 182